Müxalifət 2010-cu ili də uğursuzluqlarla, məğlubiyyətlərlə başa vurdu. Bu uğursuzluqları gizlətmək, görüntü yaratmaq üçün müxalifət partiyaları daxili auditoriyalarına, şəxsi maraqlarına hesablanmış addımlar atdılar. Ən əsası sosial bazasının olmaması və təxribatçı qruplarla əlaqələri müxalifəti məğlubiyyətə düçar etdi. Müxalifət partiyaları içərisində ən çox itirəni Müsavat və AXCP (i) oldu. Bu partiyaların heç biri parlamentə düşə bilmədi və ciddi istefalarla üzləşdilər.
Etibarlı mənbələrdən əldə etdiyimiz məlumata əsasən, elə bütün bu səbəblərə görə, İsa Qəmbərovla Əli Kərimov arasında Bakıdan xeyli kənarda gizli görüş olub. Bu görüşdə onların hər ikisi əsəbi olub və bütün günahları partiyalarının üstünə ataraq, özlərinə bəraət qazandırıblar. Təxminən 3 saat davam edən bu görüşdə onlar 2011-ci ildə fəaliyyət istiqamətlərini müəyyənləşdiriblər. Bu, belə də olmalı idi. Onlar "lazımi" şeyləri partiya iclasında söyləyir və rəy formalaşdırmağa çalışırlar. Hamıya məlumdur ki, Müsavat və AXCP (i) fəaliyyətlərini xarici qüvvələrin müəyyənləşdirdiyi formada "həyata keçirirlər", bədbəxt müsavatçı və cəbhəçilərin isə bir qismi bundan xəbərsizdir.
Mənbə qeyd edir ki, Əli Kərimov İsa Qəmbərova "önəmli" təklif verib və bundan sonra İsa "bəy" bu təklifdən sevinərək, Əli "bəy"ə erməni "lider"lərin tapşırığını çatdırıb. Tapşırıq qısa və konkret olub. Bu ilin aprel və may aylarında Ermənistan Ümummilli Konqresinin təşəbbüsü ilə Almaniyada erməni lobbi təşkilatları və onlarla "həmrəy" olan siyasi partiyalar arasında konfrans keçiriləcək və konfransın yekunu olaraq "Demokratiya ittifaqı" yaradılacaq. Yəni Müsavat və AXCP (i) ermənilərin yaradacağı bu "birliy"ə üzv olacaq. Məlumatlara görə bu "ittifaq"ın rəhbəri yəhudi əsilli Fransa vətəndaşı olacaq. Bu isə, ona görə belə edilir ki, bu "ittifaq"a yalnız ermənilərlə düşmənçilik münasibətləri olan dövlətlərin siyasi partiyaları "cəlb" olunacaq. Buna görə də həmin dövlətlərin şübhələnməməsi üçün "ittifaq"ın rəhbəri fransız olacaq. Tədbirin əsas təşəbbüskarları isə Ermənistanın eks-prezidenti Köçəryan və Erməni Ümmümilli Hərəkatının lideri Aram Manukyandır. Artıq İsa Qəmbərov və Əli Kərimov "razılıq" mesajlarını göndəriblər. Məsələ bundadır ki, "ittifaq"ın yaradılacağı təqdirdə buraya üzv olan bütün siyasi partiyalar 3 aydan bir müxtəlif adlar altında təqdim olunan layihələr əsasında maliyyələşdiriləcəklər. Heç təsadüfi deyil ki, Müsavat və AXCP (i) dövlətdən maliyyələşmə istiqamətdə heç bir irəli addım atmayıblar. Digər tərəfdən onların parlament seçkilərindəki acı məğlubiyyəti onların şansını bir o qədər də azaltdı. Ermənilərin yaradacağı "Demokratiya ittifaqı" bir sıra ölkələrdə ermənilərin rəhbərliyi altında açıq fəaliyyət göstərəcək. "İttifaq"ın fəaliyyətə başlaması üçün artıq indidən fond yaradılıb və bu fonda erməni lobbi təşkilatları, ayrı-ayrı şəxslər pul köçürürlər. Əldə olunan məlumatlara əsasən, bu işdə ermənilərə kömək edən dövlətlər Fransa və ABŞ-dır. Hər il qondarma erməni soyqırımı məsələsini Konqresə çıxaran ABŞ konqresmenləri ermənilərin bu ideyasına ən yüksək səviyyədə "dəstəy"in verilməsi üçün canfəşanlıq göstərirlər.
Bizim heç kəslə işimiz yoxdur. Kim nə yaradır yaratsın. Kim kimə qoşulur, özü bilər. Amma söhbət milli dövlətçilik maraqlarından gedəndə, Əli Kərimov və İsa Qəmbərov kimilərin üzünə söyməsən, peysərlərindən tutub boyunlarını qırmasan düzgün olmaz. Çünki ermənilərin bu addımlarının arxasında iki məqsəd durur. Birincisi, ABŞ Konqresində "erməni soyqırımı" qətnaməsini qəbul etdirmək, daha sonra bunu dünyanın ən mötəbər beynəlxalq təşkilatlarında- AŞ-də, BMT-də səsləndirərək, orada da buna nail olmaq. Düzdür, onsuz da mənim BMT-yə mötəbər deməyə dilim gəlmir. Qətnamələri də özü kimi elə bil, lal uşaqdır. İkincisi, Qarabağ münaqişəsinin həlli prosesini uzatmaq, Azərbaycanın bu istiqamətdə günbəgün möhkəmlənən mövqeyini gücləndirmək. İndi fikirləşin, bu, qeyrətsizlikdir, yoxsa yox? İsa və Əli "bəy" kimi qeyrətsizləri, şərəfini ermənilərə satanları ən azı ya həbs etməli, ya da ölkədən qovub çıxarmaq lazımdır.
2010-cu il dekabrın sonunda Müsavat partiyasının iclasında partiyanın 2011-ci fəaliyyət istiqamətləri müəyyənləşdirilib. Qeyd olunub ki, aprel ayında Müsavatın qurultayı keçiriləcək, Müsavatın 100 illiyi qeyd olunacaq və partiyanın maliyyə məsələləri "qayda"ya salınacaq. Gördüyünüz kimi dövlətçiliyimizə, təhsilimizə, səhiyyəmizə, iqtisadiyyatımıza dair heç bir proqram və təklif yoxdur. İsa Qəmbərov, Əli Kərimov və başqa müxalifətçilər gecə-gündüz anqırırlar ki, Qarabağın həlli yolu başqa cür olsa, həll olunar. Bəs bu "uğur"lu həll yolunu İsa "bəy" bilirsə, niyə göstərmir?! O deyir ki, ideoloji konsepsiyamız yoxdur. Yaxşı, ay İsa "bəy", yoxdursa, bəs niyə hazırlayıb vermirsən? Çünki sənin heç Müsavatının özünün nəinki ideoloji konsepsiyası, hətta əxlaqi-tərbiyəvi dəyərləri də yoxdur. Ən azı ona görə ki, bu gün Müsavata sənin kimi erməni çaqqalı və Əli Kərimov kimi fransız "xoruzu" rəhbərlik edir.
Müsavat 2011-ci ildə nə edəcəyini necə planlaşdırır özü bilər. Lakin indiyə qədər real olan proqnozlarıma birini də əlavə edirəm. Əldə etdiyim məlumata görə, İsa Qəmbərov planlaşdırır ki, müxalifət partiyalarının hamısı onun əli ilə xaricdən maliyyələşsin. Beləliklə, olnları iqtisadi cəhətdən ələ alaraq "siyasi" diktələrini edə bilsin. Bu addıma cəhd etsə, yüz faiz İsa Qəmbərov ən uzağı 3 ay müddətində xaricdə həbs olunaraq, Azərbaycana ekstradisiya olunacaq. Çünki onun bu iyrənc hərəkəti ona qarşı ciddi şantaj və həbs tədbirlərinin görülməsini reallaşdıracaq. Bu hadisə qismən Ruslan Bəşirli olayına oxşayacaq. Yəni İsa "bəy" də xarici qüvvələrlə Azərbaycan əleyhinə hər hansı addım atanda, həmin xarici qüvvələr öz "imic"lərini itirməmək üçün onu "qurban" verəcəklər. Başqa bir məlumata görə, İsa Qəmbərov bu il Ərəbistanda, Türkiyədə islam dinində zaman-zaman təfriqə, düşmənçilik yaradan dini qruplaşmalarla da əlaqələrini genişləndirmək niyyətindədir. Onsuz da bu faktdır ki, Müsavat partiyasında müxtəlif dini təriqətlərə mənsub adamlar var. Həmin adamlar adını çəkmək istəmədiyim (Allahın evi Müsavat qərargahı deyil ki, dilimə gətirim. Min dəfə tövbə...) məsciddə hər gün siyasi söhbətlər edir və möminlərin zəhləsini tökürlər. Həm də Əli Kərimov və İsa Qəmbərov Türkiyədə müxtəlif təxribatçı hərbçi təşkilatlarla Azərbaycan və Türkiyə əleyhinə bacardıqları qədər "hərəkət" ediblər. Məsələn, Əli Kərimovun Türkiyədə həbs olunan bir neçə hərbçi ilə əlaqəsi və Turqut Ər qondarması bu qəbildəndir.
Sadəcə, İsa "bəy"ə bir şeyi xatırladım: atan "agent" olub, sən də "agent"sən, bu, bir faktdır. Yəqin xaricdə təhsil alan övladını da "agent" edəcəksən. O da xarici qüvvələrə işləyəcək. Amma arxayın ol, artıq sənin şəcərənə "agent" statusu verilib. Nə plan qurursansa qur, hamısı sənin əleyhinə işləyəcək. Ümumiyyətlə, mən hər dəfə eşidəndə ki, sən plan qurmusan, məni gülmək tutur.
P.S. İsa "bəy", eşitdim ki, Pənah Hüseynovu tez-tez söyürsən, qınayırsan. Deyirsən ki, Hafiz Hacıyevlə görüşmə. Axı, Pənah Hüseynov Hafiz "kişi"nin maşınında gəzir. İki ay bundan əvvəl, sən Pənahla bərkdən də danışmırdın. Axı birdən-birə sənə nə oldu?! Mandat nə yaman şeymiş...