Rauf Arifoğlu İsa Qəmbərova düşmən kəsilib
Müxalifət düşərgəsinin nümayəndələri hər zaman öz mənafeləri naminə gördükləri çirkin, səmərəsiz, qanunsuz, ağılsız işlərin köləsinə, əsirinə çevriliblər və bu əsirlik onları elə bərbad vəziyyətə salıb ki, bu vəziyyətdən çıxış yolu tapa bilmirlər. Bu insanlar nə etdiklərini bilmədikləri üçün bu cür biabırçı vəziyyətlərlə üzləşirlər. Bu cəbhədə yaranmış acınacaqlı vəziyyət, hər zaman mövcud olduğu kimi bu gün də davam etməkdədir.
Növbəti ciddi qarşıdurma isə Rauf Arifoğlu ilə Müsavat partiyasının başqanı İsa Qəmbərov arasında yaranıb. Əslində, bu insanların arasında olan düşmənçilik toxumları çoxdan yaranmışdı. Lakin düşmənçilikləri artıq daha da alovlanaraq, hər iki tərəfi öz ağuşuna alıb. R.Arifoğlunun İsa "bəy"ə qarşı nifrəti kəskin şəkildə artdığı üçün öz ətrafına digər radikal "bəy"ləri yığaraq, İ.Qəmbərovun əleyhinə kampaniyaya başlayıb. R.Arifoğlunun başladığı antitəbliğat kampaniyasının əsas mövzusu isə Müsavat başqanının əleyhinə bütün mümkün addımları atmaq və onun onsuz da olmayan imicinə daha güclü zərbə vurmaqdır.
Belə ki, R.Arifoğlu bildirib ki, Müsavat başqanı Müsavat partiyasını öz siyasi səriştəsizliyi, bacarıqsızlığı, ağılsızlığı, mənasız işləri nəticəsində çökdürüb. Həmçinin, R.Arifoğlu qeyd edib ki, Müsavat partiyası İsa "bəy"in səmərəsiz işləri nəticəsində elə pis günə qalıb ki, daha bu partiyanı dirçəltmək mümkün olmayacaq. O deyib ki, Müsavat partiyasından partiya üzvlərinin ayrılmasının əsas səbəblərindən biri də İsa "bəy"dir. Partiya üzvləri artıq Müsavat başqanından beziblər və onlar İ.Qəmbərovu özlərinə düşmən bilirlər. Bu düşmənçiliyi isə Müsavat başqanı özü yaradıb. Yaranmış bu düşmənçilik isə heç vaxt aradan getməyəcək. R.Arifoğlu həm özünün və həm də digər partiya üzvlərinin İ.Qəmbərovla düşmənçiliyə son verməyəcəklərinin səbəbini isə, onunla izah edib ki, Müsavat başqanı hər zaman öz mənafeyini düşünüb və öz mənafeyi naminə çalışıb. O, partiya üzvlərinin və ümumən partiyanın yüksək səviyyəli fəaliyyətinə, partiyanın güclənməsinə, dirçəlməsinə heç bir köməklik, heç bir yardım göstərməyib. Məhz buna görə də bu gün partiya iflic vəziyyətdədir. Artıq partiya tamamilə məhv olur.
Müsavat başqanı İ.Qəmbərov da R.Arifoğlunun bu sözlərinə cavab verərək söyləyib ki, R.Arifoğlu, hər zaman olduğu kimi, yenə də ən çirkin yollarla özünü reklam edir və onsuz da o, belə reklamlardan heç vaxt heç nə qazanmadığı kimi, bu dəfə də heç bir nəticə əldə etməyəcək. İsa "bəy" onu da qeyd edib ki, R.Arifoğlu öz simasızlığını yenə də sübut etdi və bir daha göstərdi ki, o, yaramaz, səfeh və ikiüzlü bir insandır.
Sonda isə qeyd edək ki, bir-birilərinə düşmən kəsilən, müxalifət düşərgəsinin nümayəndələrinin tezliklə məhv olmalarına səbəb olacaq amillərdən biri də onların özlərinə düşmən kəsilmələridir. Unutmaq olmaz ki, İsa "bəy" də, R.Arifoğlu da siyasi iradəsi olmayan, siyasətdən tamamilə uzaq və hər zaman öz mənafeləri üçün çalışan insanlardır. Bu insanlar, hər zaman olduğu kimi, bu gün də öz mənafeləri və xarici qüvvələrin maraqları naminə işlər görməklə məşğuldurlar. Sözsüz ki, bu cür çirkin işlər görən insanlar siyasi səhnədən tezliklə və tamamilə silinəcəklər.