İddiaları ilə “məşhur” olmaq istəyən Rauf Arifoğlunun “siyasətə qayıdış”ı...
Müxalifət mətbuatında ayağısürüşkən baş yazar kimi təmsil olunan "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu yenidən "Jurnalistikanı" kənara qoyub siyasət arenasına baş vurmağı qarşısına məqsəd qoyub. Əslində, siyasətlə maraqlananlar öncələr də bu tipli gah baş redaktor, gah "siyasi ekspert", gah da Müsavat partiyasında hər hansı bir vəzifədə təmsil olunduğunu, yəqin ki, unutmayıblar. Eləcə də, diqqət yetirsək, görərik ki, Rauf Arifoğlunun siyasət ümmanına kəllə vurmağı hər dəfə ölkədə mühüm siyasi hadisələrin baş verdiyi dövrlərə təsadüf edir. Yəni istənilən seçkilər ərəfəsində onun yağışdan sonra pırtlayıb ortaya çıxan göbələk kimi papağını qızartması başqalarını deyə bilmərəm, məndə maraq doğurur. Həmin ərəfələrdə rəhbəri olduğu "Yeni Müsavat" adlı kağız parçasının (çünki ona qəzet adı vermək yaraşmır- R.R.) qardaşı Azər Ayxana ötürüb, siyasət meydanına ac çaqqal kimi atılması, onun bəzi sərsəm ideyalarla və "müddəalarla" çıxış etməsi də bir sıra qaranlıq məqamların üstünü açır.
Yuxarıda qeyd etdiyimiz kimi, R.Arifoğlu kimi ünsürün ölkənin mediasında bir neçə sifətə malik olması sözün həqiqi mənasında, onun təmsil olunduğu düşərgəni də çaş-baş vəziyyətində qoyub. Məsələn, hələ 2003-cü ilin prezident seçkilərində İsa Qəmbərovun məğlubiyyəti baş verdikdən sonra onun baş redaktorluqdan istefa verəcəyi barədə açıqlamaları, eyni zamanda, "Yeni Müsavat" adlı siyasi qurum yaradacağı barədə verdiyi bəyanatları az sonra, nəinki həyata keçdi, hətta Arifoğlunun rəhbərlik etdiyi qəzetdə səsi uzun müddət kəsildi. Bu və digər hallarda R.Arifoğlunun tüpürdüyünü yalaması vəziyyəti də heç kəsə sirr deyildir. Müəyyən gizli görüşlərdən və vədlərdən sonra o, yaratmaq istəyində olduğu yeni siyasi təşkilatın işlərini kənara qoyaraq, baş redaktorluq vəzifəsinə qayıtdı.
Lakin bu da son olmadı. Həmin vaxtlar qarşısına çıxanları kimliyindən asılı olmayaraq, "asıb-kəsən", təhqir edən qondarma baş yazar nəticə etibarilə bumeranq zərbələri yeməyə məcbur oldu. Ayağısürüşkənliyi ucbatından ŞENOL (K) ayamasını qazanan R.Arifoğlu bundan daha da biabır olacağını fərq edib, guya ki, radikallıqdan loyallığa istiqamətləndi. Amma bunun bu cür siçan-pişik oyunlarına bələd olan sağlam düşüncəli media nümayəndələri yenə də onun bir neçə sifətə malik olduğunu şahidi oldu. Çünki növbədə 2005-ci ilin parlament seçkiləri dayanmışdı. Bu dəfə də onun baş redaktorluqdan kənara çəkilib siyasətçi olmaq arzuları baş qaldıraraq R.Arifoğlunun "xəyallar dünyasına" rəng qatdı. Əslində, İ.Qəmbərovun namizədliyini həzm edə bilməyən baş yazar müxtəlif səbəblərlə onun yolunda yolkəsici şlaqbaum, ya da baryer olmağa cəhd etdi. Bu isə, bilavasitə, Arifoğlu-Qəmbərov qarşıdurmasının nəticələrindən biri idi. Və bu dəfə də Müsavat başqanının məğlubiyyət tendensiyası baş yazarda gizli sevinc hissləri oyatdı. Bu səbəbdən də, o, "Yeni Müsavat"ın baş redaktoru vəzifəsini öz adı ilə bərpa etdi.
Göründüyü kimi, hər vəchlə siyasi arenada söz deyə bilmək imkanına malik olmaq istəyən R.Arifoğlunun iddiaları arxasında digər məqamlar da dayanır ki, bu mövzu da artıq hər kəsə aşkardır. Çünki onun Müsavata qarşı yönəlmiş planları arxasında müxalifətdə formalaşan anti-müsavatçı qruplarla əlaqələri vardır. Məhz bu əlaqələrlə planlarını reallaşdırmağa səy göstərən R.Arifoğlu bütün alçaq, rəzil və şərəfsiz metodlardan istifadə etməyi özünə "şərəf" bilir. Onun öz iddiaları naminə, kimliyindən asılı olmayaraq, ibnəlik hərəkətləri, əslində, bütün məqamları açıq-aşkar sübuta yetirir.