PDF Oxu

Müxalifət

  • 18

Kim kimə...?

Kim kimə...?

Əli Kərimovla İsa Qəmbərov özlərini "dost" kimi göstərsələr də, əslində, onlar arasında şəxsi konfliktlər var. Məhz Müsavatda baş verən acınacaqlı proseslər də şəxsi maraqlardan doğan problemlərin nəticəsidir. Əli Kərimov artıq İsa Qəmbərovun hərəkətlərindən, özünü vahid "lider" kimi təqdim etməsindən bezib. Buna görə də onu cəzalandırmaq fikrindədir.
Bundan İsa Qəmbərovun da xəbəri var. Belə ki, hazırda İsa "bəy"in arxalandığı xarici qüvvələrin böyük qismi Ə.Kərimovun razılığı və "dabro"su ilə İsa "bəy"lə əlaqə qurublar. İsa "bəy" xarici ölkələrə gedir, tapşırıqlar və maliyyə "yardımı"ı alır. O, xaricdə spesifik "imic" yaratmağa çalışır və bununla da dəstək aldığı xarici qüvvələrin yanında Əli "bəy"i nüfuzdan salmağa çalışır. Əldə olunan məlumata əsasən, İsa Qəmbərov Əli "bəy"i özünün gənc kadrı kimi təqdim edərək, "lider"liyi ələ almağa cəhd edib. Bundan başqa, İ.Qəmbərova bu il Ə.Kərimovdan artıq pul ayrılacağı vəd olunub. Bu isə Əli "bəy"i qıcıqlandırmaya bilməz. Onlar arasında qarşıdurmanın daxili səbəbləri də var. İsa "bəy" Sülhəddin Əkbərin istefasında Əli Kərimovu günahlandırır. İsa "bəy" deyir ki, S.Əkbərin beynini Ə.Kərimovun tapşırığı ilə Həsən Kərimov doldurub və nəticədə Sülhəddinlə bərabər İ.İbrahimli və Sülhəddin Əkbər də istefa verib.
Çox maraqlı bir məlumat əldə etmişik. 2010-cu ilin fevral ayında Ə.Kərimovla İ.Qəmbərov prestij restoranlardan birində görüşüblər. Onlar arasında şifahi razılıq əldə olunub və "plan"larına start verilib. "Plan"a əsasən Müsavat və AXCP (i) 2010-cu il parlament seçkilərinə qədər bütün konstruktiv müxalifəti - VHP, BQP, BAXCP və bir neçə partiyaları öz ətrafında birləşdirməli idilər. Buna ilk cəhd olunub. 2010-cu ilin mart ayında İsa Qəmbərov konstruktiv müxalifət rəhbərlərinə "gizli" görüşmək təklifi edib, amma bu "təklif" rədd olunub. İsa Qəmbərovun adı hallanmasın deyə bu missiyanı Müsavatdan Mehman Cavadoğlu, partiyanın gənclər təşkilatı, AXCP (i)-dən isa Fuad Qəhrəmanlı öz üzərinə götürüb. Burda təəccüblü bir şey yoxdur. 2005-ci ildə də Əli Kərimov savadsız və səriştəsiz Ruslan Bəşirlini ermənilərlə görüşə göndərdi. Özü isə qıraqdan müşahidə etdi. Nəticədə R.Bəşirli həbs olundu.
Bəs Müsavat-AXCP (i) cütlüyünü konstruktiv müxalifəti ələ almağa nə həvəsləndirirdi? Ortada yalnız bir cavab var. Azərbaycanda bütün partiyaları radikallaşdıracağı və maliyyə cəhətdən xaricdən asılı vəziyyətə salacağı təqdirdə, Əli və İsa "bəy"ləri "sürpriz" gözləyirdi.
Hər gün yeni bir sərsəm, gic-gic fikirlərlə qəzet səhifələrini çirkləndirən İ.Qəmbərov haqda ilginc məlumatlar da əldə etmişik. Deyilənə görə, Ə.Kərimovla onun arasındakı konfliktin əsas səbəblərində biri də məhz bu məsələdir. Belə ki, İ.Qəmbərov xaricdə, Almaniyada ermənilərlə "müqavilə" imzalayanda, ona "ciddi" təklif olunub. Təklifin reallaşması isə 2011-ci ilin may-iyun aylarına nəzərdə tutulub. Təklif ondan ibarətdir ki, Müsavatla Almaniya və Fransanı siyasi partiyaları arasında "siyasi mübadilə" aparılacaq. Yəni Müsavatın gənc üzvləri "siyasi kurs" keçmək üçün Avropaya göndəriləcək, Avropadan isə Azərbaycana gənclər göndəriləcək. Məlumdur ki, heç bir avropalı gəlib Müsavat partiyasında "siyasi kurs" keçməz və Arif Hacıyevin yaramaz məruzələrini dinləməz. Mən şübhə etmirəm bu maddi cəhətdən mümkündür, çünki Müsavat kifayət qədər maddi "dəstək" alır. Amma söhbət siyasi təhsildən, mənəvi tərəfdən gedəndə, adamın gülməyi gəlir. Axı mənəviyyatsızlar mənəviyyatdan necə dərs deyə bilər. Təsəvvür edin avropalılar müsavatçılardan siyasi elm öyrənəcəklər. Mən isə təklif edirəm ki, Müsavat Hafiz Hacıyevi müəllim kimi dəvət edərsiniz və "siyasi əxlaq"dan məruzələr oxuyar. Çünki mənəviyyatsız mənəviyyatdan, qeyrətsiz qeyrətdən danışanda əxlaqsız da əxlaqdan danışmalıdır. AXCP (i)-ə isə bu təklif olunmayıb. Ə.Kərimovu qıcıqlandıran odur ki, İsa "bəy" onun birbaşa köməyi ilə həmin adamlarla "əlaqə" qurub və nəticədə Ə.Kərimovun özü bir çox məsələlərdə unudulub. Ermənilərin burda məqsədi odur ki, geniş "agent bazası" qursunlar. Təbii ki, bunu həyata keçirmək üçün ən optimal vasitə İ.Qəmbərov və Ə.Kərimovdur. Heç şübhəsiz ki, zaman-zaman dövlətçilik maraqlarımızı ermənilərə, Azərbaycanın düşməni olan bəzi xarici qüvvələrə satan bu şəxslərin bu xəyanətkar addımının qarşısı da qanunlarımız çərçivəsində alınacaq, onlar xalqın qarşısında ifşa olunacaq və onlara qarşı ciddi tədbir görüləcəkdir.
Sual oluna bilər ki, İsa Qəmbərovla Ə.Kərimov tez-tez görüşür, səmimiyyət göstərir və "dost"luq nümayiş etdirirlər. Bəs bunun arxasında nə durur? Bu, sadəcə olaraq, xarici sifarişdir ki, hələ ki, onlar bir-birinə qarşı səbr göstərməli və bir-birilərinə "güzəştə" getməlidirlər. Lakin bu gediş Ə.Kərimovu qane etmir, o artıq İsa "bəy"ə qarşı hücuma hazırlaşır.
Əldə etdiyimiz məlumatlara əsasən, Ə.Kərimov, ilk olaraq, Müsavatın gənclər təşkilatından başlayacaq, oradakı gəncləri İsa "bəy"in əleyhinə qaldıracaq. O, artıq buna başlayıb. On gün bundan öncə, Müsavatın gənc fəalları Elmlər Akademiyasına yaxın yerdə yerləşən kafelərin birində bir araya gələrək, İsa "bəy"in avtoritar mövqeyi ilə razılaşmayacaqlarını bəyan ediblər. Həmin gənclərin bir qismi Müsavatın sonuncu iclasında da iştirak etməyiblər. Onlar kütləvi istefaların səbəbini anlamırlar, proseslərdən kənarda qaldıqlarına görə "başqan"larını qınayırlar. Deyilənə görə onlar Müsavatda növbəti dəfə mənfi halın baş verəcəyi təqdirdə, partiyadan istefa verəcəklər. Ə.Kərimov artıq İbrahim İbrahimli ilə münasibətlər qura bilib, Sülhəddin Əkbərdən isə "ehtiyat" edir. Əli "bəy" hazırda Adil Qeybulla variantı üzərində işləyir. O, İsa Qəmbərovu müdafiə edənlərin hərəsinə bir ad qoyub. Məsələn, Nüşabə Sadıqlını "auditoriya qadını", Arif Hacıyevi isə "gədə" adlandırıb.
Bundan başqa, Ə.Kərimov İ.Qəmbərova maddi yardım dəstəyini sıfıra endirmək istəyir. Son vaxtlar, daha dəqiq desək, 2009-2010-cu illərdə Müsavat ermənilərin rəhbərlik etdiyi təşkilatlarda 5 dəfə (hər dəfə 150-200 min dollar), AXCP (i) isə 3 dəfə (məbləğ eynidir) pul alıb. Halbuki 2008-ci ildə AXCP (i) bir dəfə 500 min dollar pul almışdı. Yəni Ə.Kərimov İsa "bəy"in maddi maddi imkanlarını yox etməkdə israrlıdır. Bunların hansı bacarıqlı olacaq onu çoxları bilir. Digər tərəfdən AXCP (i) sədri AXCP (i)-Müsavat blokunun yaradılmasını səhv addım sayır və bu ideyada xarici qüvvələrə "daha çox" yıxıldığı üçün İsa "bəy"i günahlandırır. O, 2010-cu il noyabrın 10-da AXCP (i) qərargahında belə bir cümlə işlədib ki, biz tülkü İ.Qəmbərova qoşulmasaydıq, parlamentə düşə bilərdik. Ə.Kərimov özünə bəraət qazandırmaq üçün ən azı çalışır ki, Müsavat "dayaq"larını itirsin. Müsavatın ölkəmizdə ciddi dayaqları və sosial bazası yoxdur. Onun əsas "dayaq"ları, "ümid yerləri" xarici qüvvələrdir ki, məhz Ə.Kərimov da bu istiqamətdə "iş" aparır. Əvvəllər də yazmışıq, bu gün də qeyd edirik ki, çox yaxın bir müddətə İ.Qəmbərovla Ə.Kərimov arasında ziddiyyətlər, qarşıdurmalar açıq müstəviyə keçəcək və nəticədə hər iki partiya iflasa uğrayacaq. Çünki məğlubiyyətlərə düçar olmuş "lider"lər partiyalarını qələbəyə doğru apara bilməz.
Ən azı ona görə bu gün, faktiki olaraq, Rəhim Qazıyevin, Ayaz Mütəllibovun, Əlikram Hümbətovun və İsgəndər Həmidovun adı necə çəkilərsə, xalq onları vətən xaini kimi necə tanıyırsa, İsa Qəmbərovun və Əli Kərimovun da adı o cür çəkilir, vətən xainləri kimi tanınır.

P.S. İsa "bəy", onsuz da Əli Kərimov sənə erməni dayılarının əli ilə "qulaqburması" verəcək. Amma imkan vermə ki, qulağını kəssin. Çünki qulağı kəsilmiş it tutağan olur, onu-bunu qapır. Bir sözlə, qudurğan olur. Daha mən dedim, sonra gedib Arif Hacıyevi tutsan o da sənin quyruğunu kəsəcək. Bizim tərəflərdə də quyruqsuz itə "o söz"dən deyirlər.

Digər xəbərlər