PDF Oxu

Müxalifət

  • 13

Rəsul Quliyev insanlar arasına çıxa bilmir

Rəsul Quliyev insanlar arasına çıxa bilmir
Müxalifət düşərgəsinin nümayəndələri hər zaman öz mənafeləri naminə gördükləri çirkin, səmərəsiz, qanunsuz ağılsız işlərin köləsinə, əsirinə çevriliblər. Bu insanlar nə etdiklərini bilmədiklər üçün bu cür biabırçı vəziyyətlə üzləşirlər. Belə ki, "ACP" sədri Rəsul Quliyev yaxın günlərdə Strasburqda olarkən onu həbs ediblər. Məlum məsələdir ki, İnterpol tərəfindən axtarışda olan R.Quliyev bununla bağlı olaraq həbs olunub. Məlumatlara əsasən "ACP" sədrini 2 gün həbsdə saxlayıblar. Həmçinin, R.Quliyevin xarici pasportunun istifadə müddətinin vaxtı bitdiyi üçün onun yaşadığı yerdən kənara çıxması qanunsuz sayılır. Bu kimi səbəblər nəzərə alınaraq, o, həbs olunub. Daha sonra isə onu həbsdən azad ediblər. Lakin həbsdən azad olunmasının səbəbləri isə özünün gördüyü işlər qədər çirkin və qanunsuzdur. R.Quliyevi həbsdən azad edənlər isə onun xaricdəki himayədarlarıdır. Məlum məsələdir ki, ölkəmizdə iğtişaşlar yaratmaq istəyən bəzi xarici qüvvələr mövcuddur. Bu xarici qüvvələr isə sapı özümüzdən olan baltalardan istifadə etməklə ölkəmizdə qarşıdurmalar, iğtişaşlar törətməyə cəhd edirlər. Sapı özümüzdən olan baltalardan biri də R.Quliyev olduğu üçün onun əli ilə Azərbaycanda qarşıdurmalar yaratmaqda maraqlı olan xarici qüvvələr onu himayə edərək, həbsxanadan azad ediblər. Bütün bunlar bir daha onu sübut edir ki, AXCP (i) sədri Əli Kərimov, Müsavat başqanı İsa Qəmbərov, "ACP" sədri R.Quliyev və digər radikal "bəy"lər Azərbaycanı sevməyən, ölkəmizə qarşı ciddi surətdə düşmənçilik mövqeyi tutan qüvvələr tərəfindən maliyyələşdirilərək ölkədə qarşıdurmalar, iğtişaşlar yaratmağa hər zaman cəhd göstəriblər və bundan sonrada cəhd göstərməyə hazırdırlar. Belə insanları isə xalqımız heç zaman sevməz və qəbul etməz. Bu insanlar bu cür işlər görməklə yanaşı, bu ölkənin insanlarından hansı dəstəyi gözləyirlərsə, bax, bunu anlamaq olmur. "ACP" sədri gördüyü çirkin işlərlə öz üzünü elə "qaraldıb" ki, daha bu üz "ağarmaz" və bu insan heç vaxt xalqımızın dəstəyini qazanmayacaq. Unutmaq olmaz ki, İsa "bəy"də, Ə.Kərimov da və eləcə də, R.Quliyev də siyasi iradəsi olmayan, siyasətdən tamamilə uzaq və hər zaman öz mənafeləri üçün çalışan insanlardırlar. Bu insanlar, hər zaman olduğu kimi, bu gün də öz mənafeləri və xarici qüvvələrin maraqları naminə işlər görməklə məşğuldurlar. Sözsüz ki, bu cür çirkin işlər görən insanlar siyasi səhnədən tezliklə və tamamilə silinəcəklər.

Digər xəbərlər