PDF Oxu

Müxalifət

  • 13

Ayrılıb birləşə bilməyənlər...

Ayrılıb birləşə bilməyənlər...

7 noyabr parlament seçkilərində ağır məğlubiyyətə uğrayan AXCP (i)-Müsavat cütlüyü öz siyasi mövcudluğunu təsdiqləmək ümidi ilə birləşmə şousunu yenidən gündəmə gətiriblər. Lakin onların çevrəsində baş verənlər göstərir ki, hələ 18 il əvvəl yolları ayrılan bu iki siyasi təşkilat, deyəsən, heç cür ortaq məxrəcə gələ bilməyəcəklər. Bu mənada, artıq sirr deyil ki, AXCP (i) ilə Müsavatın bir partiyada birləşməsi ideyası məhvə məhkumdur.

Uğursuz alternativ axtarışı

Radikal düşərgədəki birləşmə oyunları, sözün əsil mənasında, böyük çaxnaşmaya səbəb olub. Ona görə də, radikal müxalifət düşərgəsində son günlər səs-küylə müzakirə olunan mövzulardan biri də, AXCP (i) - Müsavatın birləşməsi məsələsidir. Tərəflər arasında hazırda normal müzakirələrin getdiyi bildirilsə də, prosesdə pərdəarxası olayların olması üzə çıxır. Belə ki, birdən-birə müxalifət düşərgəsində bu günə qədər münasibətləri üst-üstə düşməyən iki radikal partiyanın bir araya gəlməsinin və bir qədər də öncədən düşünülməmiş formada verilmiş qərarlar müəyyən qaranlıq mətləbləri ortaya çıxartmaqdadır. Çünki Müsavat başqanı İsa Qəmbərov üçün olduqca həlledici ildə belə bir prosesin yaşanması ortaya müəyyən sualların çıxmasını zəruri edib. AXCP (i) sədri Əli Kərimovun da bu ildən sonra siyasi arenada qalması böyük sual doğurur. Ona görə də, tam iflasın astanasında olan iki radikal partiya yetkilisinin, möcüzə baş vermiş kimi, "yaxınlıq" barəsində qərar vermələri, hələ də, bu işdə bir əmmanın olmasını isbatlayır. İlk növbədə, qeyd etməliyik ki, artıq bütün tərəfdarlarını itirmiş hər iki partiya üçün çıxış yolu ancaq siyasi arenanı tərk etmək variantı idi. Amma daxili çirkablarını büruzə verən AXCP (i) sədri Ə.Kərimovla Müsavat başqanı İ.Qəmbərov, hələ də, maraqlarını təmin etməyincə, siyasətdən əl çəkməyəcəkləri iddiasındadırlar. Siyasətdə olduqları zamanda şəxsi keyfiyyətlərini belə itirən bu tiplər üçün heç bir mənəvi və insani kriteriyalar qalmayıb. Ona görə də, bu gün onlardan istənilən hoqqabazlığı, iyrənc oyunu gözləmək təbii bir şeydir. Radikal düşərgədə olan bütün bu məqamlar isə sadalamaqla bitən məsələ deyil.
Bütün bunlara baxmayaraq, radikal düşərgədəki proseslərdən hər kəsin xəbərdar olması onların, yəni Ə.Kərimovla İ.Qəmbərovun gizlin "iş"lərinin aşkarlanmasını təmin etmiş oldu. Aydın oldu ki, AXCP (i)- Müsavat "yaxınlaşması" barəsində göstəriş də, məhz onlara havadarlıq edən xarici maraqlı qüvvələr tərəfindən verilib. Faktlar və ortada olan ilginc olaylar bu məsələdə digər bir məqamın olmadığın açıq-aşkar təsdiqləmiş olur. Ə.Kərimovla İ.Qəmbərov arxalarına zınqrov bağlayıb, o tərəf-bu tərəfə qaçsalar belə, fakt-faktlığında qalmaqdadır. Sadəcə olaraq, diqqətçəkən bir məqam isə odur ki, İ.Qəmbərov əldə olunmuş süni razılıqdan yararlanaraq, Ə.Kərimovu siyasətdən birdəfəlik çıxarmağı planlaşdırıb. Bununla bağlı qəzetimizi məlumatlandıran mənbə artıq bir aydan sonra AXCP (i) adlı partiyanın siyasi arenadan silinəcəyini bildirib. Çox güman ki, İ.Qəmbərov növbəti dəfə hiyləgərliyini işə salıb əl-ayağına mümkün qədər dolaşa biləcək fiquru, yəni Ə.Kərimovu ya zərərsizləşdirib siyasətdən uzaqlaşdıracaq, yada da ki, Hollandiyaya göndərəcək.

Alçaltmaq
niyyətindən doğan qeyri-səmimi təklif

Buradan belə nəticə çıxır ki, İ.Qəmbərov bu təklifi verməklə, əslində, AXCP (i) mənsublarını növbəti dəfə aşağılamaq niyyəti güdüb. Bununla yanaşı, indi birləşmədən dəm vuran bu partiyaların funksionerləri arasında digər partiyanın sədrinə antipatiyası olan insanlar çoxluq təşkil edir. Uzun müddət AXCP (i) mənsubları Müsavat başqanı, Müsavat funksionerləri isə AXCP (i) sədri haqqında çox təhqiramiz fikirlər səsləndiriblər. Bu iki partiyanın təmsilçiləri arasında münasibətlərin problemli olması son parlament seçkiləri ərəfəsində özünü qabarıq şəkildə göstərirdi. Partiyaların təmsilçiləri seçilmək şanslarının olmadıqlarını bildikləri halda, müxtəlif dairələrdə vahid namizəd olmaq uğrunda ölüm-dirim savaşına çıxmışdılar. İndi bu mübarizənin birləşmiş partiyanın strukturlarına rəhbərlik etmək uğrunda davam etdiriləcəyi bəllidir.
Bu mənada, əminliklə demək olar ki, radikal düşərgədə baş qaldırmış münaqişə ocaqları, birləşmə və yaxınlaşma adı altında cərəyan edən oyunlar, kimin başının kimin harasında qalması müxalifətin acı sonluğa doğru sürət götürməsindən xəbər verir.

Digər xəbərlər