PDF Oxu

Müxalifət

  • 12

Əli Kərimov Əbülfəz Elçibəyin qardaşına nə üçün kömək etmir!?

Əli Kərimov Əbülfəz Elçibəyin qardaşına nə üçün kömək etmir!?

Məlumdur ki, Əbülfəz Elçibəyin qardaşı Əlmurad Əliyev dəfələrlə imkansızlığından, xəstəliyindən "Yeni Müsavat" qəzetinə danışaraq kömək istəyir.
Əldə olunan məlumatlara əsasən Ə.Əliyev o kəslərdən kömək istəyir ki, Ə.Elçibəyin həmin adamların boynunda haqqı var. Məsələn, Əli Kərimovun və İsa Qəmbərovun. "Yeni Müsavat" bar-bar bağırır ki, Ə.Əliyevə dövlət kömək etmir. Lap tutaq ki, etmir. Bəs siz necə? Ə.Kərimov oturub-durub Elçibəy ideologiyasından danışır, onu "təbliğ" edir, bəs milyonlarla qazancından onun ailəsinə niyə kömək etmir. Bax, burda deyiblər ki, qeyrətsiz qeyrətdən danışanda, adam dəli olur. Elçibəyin Ə.Kərimovun boynunda çox haqqı var, onu Elçibəy "adam" elədi. Ə.Kərimova vəzifə verdi, pul verdi, ev verdi, maşın verdi və daha nələr... Ə.Kərimov isə xəyanətkar çıxdı, həm Azərbaycan dövlətinə, həm də Elçibəyin ailəsinə. Ə.Kərimov utanıb yerə girmir, yəqin bütün bunlar onun burnundan gələcək. Ə.Kərimov bir ildə 5-10 dəfə ermənilərdən pul alır, hər dəfə də 200-300 min dollar. Axı nə olar ki, aldığın pullardan (haram da olsa) bir az da Ə.Əliyevə verəsən.
Əldə etdiyimiz məlumatlara görə, Ə.Kərimov Ə.Əliyevə cəmi bir dəfə pul təklif edib, o isə bunu qəbul etməyib. Səbəbi də o olub ki, birincisi Ə.Kərimov Ə.Əliyevə dilənçi pulu verib və onu borclu çıxarıb. İkincisi isə Əlmurad kişi Ə.Kərimovu millətə xəyanətdə qınayır və onun heç bir yardımını qəbul etmir. Bütün günü qeyrətdən, kişilikdən, vətənpərvərlikdən danışan İ.Qəmbərov necə?! Onun iki övladı Avropada oxuyur, özü də erməni pulu ilə. Bəs Elçibəyin oğlu nə üçün Türkiyədə Milliyyətçi Hərəkat Partiyasının (MHP) pulu ilə oxumalıdır?! Mən Elçibəyi xalqın xilaskarı kimi qəbul etmirəm. Bu xalqın xilaskarının Ulu Öndər Heydər Əliyev olduğunu hamı bilir. Amma siz Elçibəyin "xilaskar"lığından danışırsınız, onda gedin xilaskarınızın qardaşına, oğluna kömək edin də. Ay Əli və İsa "bəy"lər mən sizdə günah görmürəm. Günah sizi "adam" yerinə qoyub bu millətin üstünə qısqırdanlardadır. Sizin başınız erməni "qardaş"larınıza, pullarınıza qarışıb. Məgər belə çətin işdir ki, bu "boyda" müxalifətdə bir nəfər tapılmır ki, Ə.Əliyevə kömək etsin. And olsun Allaha ki, bu kişidən də istifadə edirlər. Qəzetlərində bu kişinin vəziyyətini yazıb, özlərini reklam edirlər.
Etibarlı mənbədən əldə etdiyimiz məlumata əsasən Ə.Kərimovla Ə.Əliyev arasında təxminən 2 ay bundan əvvəl belə bir söhbət olub:
- Əli, oğlum, bizə nə üçün kömək etmirsən?
- Əlmurad müəllim, darıxmayın, sizin mövqeyinizi bildirəcəyik.
- Ay bala, mənim nə mövqeyim olacaq axı?! Fikrimizi də səhv verirsiniz, hamı da bizdən üz çevirir.
- Biz fikirləşirik ki...
- Mənim dövlətimizdən heç bir narazıçılığım yoxdur. Sözüm sizədir.
- Ən yaxşısı odur ki, gedin xaricə, yəqin ki, Türkiyəyə.
- Xeyr, mən heç vaxt vətənimi tərk edən deyiləm.
Söhbətdən də aydın oldu ki, Ə.Kərimov Ə.Əliyevi xaricə getməyə təkid edir, ona ögey münasibət bəsləyir. Ə.Kərimov Elçibəyə "ata" deyirdi, gərək Ə.Əliyevə də "əmi" desin. Amma soyuqluğa bax ki, bunu da demədi. Əli "bəy" əgər bu yazı qəzetdə getməsəydi, səni yaxşı bir talış söyüşü söyərdim.
Xaricdə onun-bunun adından, guya siyasi mühacir olduğundan istifadə eləyib pul alan Ə.Kərimov bir ayda şəxsi tələbatlarına təxminən 10 min manat pul xərcləyir. Paltarlarını, maşınlarını dəyişəndə, bax gör nə qədər pul olur. Ə.Əliyev, İ.Qəmbərov, Ə.Kərimov, Rauf Arifoğlu, İqbal Ağazadə, Mirmahmud Fəttayev, Pənah Hüseynov kömək edə bilər və etməlidirlər. Vaxtilə kişilərin haqqını yemisiniz, indi də çağırın otağınıza, adam kimi söhbət edib, kömək edin.

P.S. Ə.Kərimov deyir ki, Elçibəyin ruhu AXCP (i)-nin qərargahında daima dolaşır. Mən də deyirəm ki, Əli "bəy" əgər Ə.Əliyevə kömək etməsən, bu ruh boğazına yapışıb səni boğacaq.

Digər xəbərlər