O kəsi təqdim edib haqqında yazın ki, o özünü zorla cəmiyyətə sırıyır (K.London) Əli Kərimovun "siyasətçi" kimi siyasi arenaya atılması.
XX əsrin 80-cı illərində Azərbaycanda ümumxalq hərəkatı başlayanda, bu həm də faciələrə doğru yaxınlaşman demək idi. Əksərən bu, cür tarixi şəraitdə ölkə başsız qalır, imperiya isə canavar kimi bu dövləti parça-parça etməyə çalışır. Həmin dövrdə hamı özünü "lider" kimi aparırdı, özünü xalqın "xilaskarı" hesab edirdi. Xalq hərəkatının bizə bu günə qədər "miras" qoyduğu şeylərdən biri də, daha doğrusu, ən pis "yadigarları" bugünkü müxalifətdir. Məhz bugünkü müxalifət rəhbərlərindən olan Əli Kərimov vaxtilə onun-bunun əli altında guya millətin azadlığına çalışırdı. Lakin əslində, ona da digərləri kimi müstəqil Azərbaycan yaranacağı təqdirdə, vəzifə vəd olunmuşdu. Belə də oldu. O, Əbülfəz Elçibəyin vaxtında yüksək posta təyin olundu. Bu xalq amilindən istifadə etmək idi. Axı azadlığı xalq özü qazanmışdı. Məhz demək olar ki, o vaxtdan Əli Kərimov erməni separatçıları, rus kəşfiyyatçıları ilə əlaqəyə girərək, Azərbaycana qarşı xəyanətlər etdi. O, bu gün də terrorçuların, türk düşmənlərinin "tətikçisi" rolunu oynayır. Ə.Kərimov Allah kimi sitayiş etdiyi Əbülfəz Elçibəyə də xəyanət etdi. Onun kövrəkliyindən, sadəlövhlüyündən istifadə edərək, Elçibəyin başının üstündən erməni ekstremistlərlə separat müqavilələr bağladı. Bunu erməni müxalifəti, erməni xüsusi xidmət orqanları açıq şəkildə dəfələrlə xaricdə deyiblər ki, bizim Azərbaycanda ən çox müdafiə etdiyimiz adam Ə.Kərimovdur. Yəni vaxtilə Ə.Kərimov "siyasi fiqur", sonra isə "dövlət məmuru" kimi ortaya atıldı və Azərbaycanın əleyhinə istifadə olundu. O vaxtdan bu günə qədər Ə.Kərimov erməni dairələrinin agentli, əl oyuncağı kimi "fəaliyyət" göstərir. Amma özünü elə aparır ki, guya rəhbərlik etdiyi AXCP (i) xalqın mənafeyini müdafiə edir. Konkret desək, 1990-cı ilin əvvəllərində hakimiyyətdə olan AXCP (i) "kruqu" bu gün lazımsız əşya olduqlarını anlasalar da, 20 il bundan əvvəlki primitiv metodlarıdan əl çəkmirlər. Bu da tarixi faktdır ki, 1992-ci ildə torpaqlarımız işğal olunanda Azərbaycanda yeganə şəxslərdən biri də Ə.Kərimov idi ki, ona Azərbaycanın məhv olacağı təqdirdə, "xidmətlərinə" görə mükafat veriləcəkdi və onun üçün Almaniyada ömürlük həyat şəraiti qurulacaqdı. Bu, belə olmadı. Bu günə qədər Ə.Kərimov "siyasətçi", partiya sədri adı altında təxribatçı işlərini görür. Halbuki onun bir siyasətçi kimi dəyəri heç vaxt görünməyib, bu gün də görünmür və yəqin bundan sonra da görünməyəcək. Ə.Kərimovun digər müxalifətçiləri aşağılaması.
Ə.Kərimov özündən başqa alternativ görmür. Elə buna görə də digər müxalifət partiyaları arasında təxribatçılıqla məşğuldur. ADP-də, Müsavatda, "Ümid"də, ALP-də son beş ildə Ə.Kərimov bir sıra çaxnaşmalar yaratmışdır. O İ.Qəmbərova qardaş deyir, o tərəfdə isə İsa "bəy"in əleyhinə olan qüvvələrlə sövdələşmələr imzalayır. Məsələn, Ə.Kərimov yaxınlarda "Ümid" partiyasından gedən Fuad Qocayevlə, Müsavatdan gedən Sülhəddin Əkbərov və İbrahim İbrahimli ilə görüşüb. Qəribə qütbləşmə yaranıb. Müxalifətdən istefa verənlərin, demək olar ki, hamısı Ə.Kərimovla "dost" olur. Yerdə qalanlar isə onu "lider" kimi görmürlər. Rauf Arifoğlunun, Pənah Hüseynovun ona münasibəti olduqca pisdir. Maraqlısı budur ki, görəsən, İ.Qəmbərov onun ikili "siyasəti"ni görmür? Əgər görürsə, bəs niyə reaksiya vermir, əksinə, qardaş olur. Deməli, İsa "bəy" də onunla bir çox məsələlərdə əlbirdir. Dəfələrlə olub ki, müxalifətin yarıtmaz debatlarında, konfranslarında Ə.Kərimov özünü ümummüxalifət "lideri" kimi göstərmiş, ümumi qərarlara deyil, yalnız öz qərarlarına qulaq asmış, digər müxalifətçilərlə elə danışmışdır ki, elə bir müəllimdir. Bu da onun şəxsiyyətinin son dərəcə aşağı olmasının, tripaçlığının nəticəsidir. Ə.Kərimov bütün sahələrdə özünü kamil sayır, İsa "bəy"dən başqa heç kəslə açıq-aydın görüşmür və "planlarını" gizli saxlayır. Əsas odur ki, onun "planları" yalnız özünə, tərəfdaşlarına və partiyasına ziyan edir, daha doğrusu, ümumilikdə, müxalifət çirkab içində çürünür. Təkbaşına nə isə etmək istəyir, lakin bu, heç vaxt bəhrə verməyib, bundan sonra da verməyəcək. Ə.Kərimov sonluğu...
Bu sonluq bütün mənalarda keçərlidir - kişilik, siyasi fəaliyyətsizlik, böhtan və s. sonluğun da nəticəsi olur. Amma Ə.Kərimov nəticəsiz (bu da bütün mənalarda) şəxsiyyətdir. Dəfələrlə demişəm ki, Əli "bəy" get, çıx bu AXCP (i) adlı cəhənnəmdən, canını qurtar. Sonra canını qurtara bilməyəcəksən. Xalq xirtdəyindən yapışıb səni sürüyəcək. Sənə ən yaxşı arxa-dayaq erməni dayılarındır.
P.S. Əli "bəy" mən səni bu yaxınlarda harda görəcəyimi bilirəm. Bilmədiyim yenə də bir şey var: sənin qanın nə qanıdır?