PDF Oxu

Müxalifət

  • 13

Müxalifətdə heç kəs heç kəsi saymır

Müxalifətdə heç kəs heç kəsi saymır
Hamı bilir ki, artıq müxalifət məhv olub və olmaqdadır. Müxalifət partiya sədrləri hərəsi bir dildə danışır, bu dili nə özləri başa düşür, nə də ki, xalq. Müxalifət rəhbərləri özlərinə "lider" deməyi və dedirtməyi xoşlayırlar, özlərini bəşəriyyətin və Azərbaycanın "xilaskarı" kimi təqdim edirlər.
Xüsusən, Müsavat-AXCP (i) həftəbecərləri özlərindən başqa bütün partiyalara yuxarıdan aşağı baxırlar, özlərini radikal müxalifət, daha doğrusu, "radikal buzovlar" adlandırırlar. Müsavat-AXCP (i)-nin yalnız özlərini "lider" və "demokrat" adlandırmasına Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun münasibətini öyrəndik. O bildirdi ki, "Kim öz adını necə qoyursa-qoysun. Mən onların özlərinə qoyduğu adı özümə qoymuram. Bəzi adamların işi-gücü qurtarıb və ad qoymaqla məşğuldurlar. Onlar iş görmək əvəzinə, xaricdən də çox gülünc görünən işlərlə məşğul olurlar. Hərəsi özünə bir ad qoyur. Biri deyir mən Koroğluyam, biri deyir Qaçaq Nəbiyəm, o biri də deyir ki, mən brilyantam. Mən bunları qısqanmıram. Kim özünü "radikal müxalifət", "yeganə müxalifət" hesab edirsə etsin. Məsələn, AXCP (i)-Müsavat özünü dünyada ən güclü, ən yeganə, ən radikal müxalifət, nə bilim nə, nə, nə hesab eləyir?! Özlərinə müxalifətin müxalifəti hesab etməklə nə isə əldə etmək olmayacaq. Onların bu mövqeyi kimə ziyan vurursa, qoy onlar özləri bunun qayğısına qalsınlar. AXCP (i)-Müsavat cütlüyünün fəaliyyəti, nə istəməsi məni qətiyyən maraqlandırmır. Mən onlar kimi radikal müxalifət adı uğurunda vuruşmuram. Dünənə qədər bir-birini agent adlandıranlar bu gün guya qardaş olublar. Bunların hamısı siyasi mədəniyyətin olmamasını göstərir. Üzeyir Hacıbəyovun çox gözəl bir misalı var. Deyir ki, atın şəklini elə çəkmək lazımdır ki, sonra lazım gəlməsin ki, şəklin altından yazasan ki, bu atın şəklidir. Bilirsiniz ki, hər bir siyasi partiya müəyyən təbliğatla məşğul olur. İndi onlar da elə bir təbliğat aparırlar ki, guya ən düzgün, ən demokratik, ən güclü müxalifət bizik. Bu, sadəcə, reklamdır və onlar da bunu edirlər".
İsa Qəmbərovun ermənilərlə tez-tez görüşməsi ilə bağlı Sərdar Cəlaloğlu qeyd etdi ki: "Şəxsən mən özüm də imkan olan kimi ermənilərin demokrat partiyası ilə görüşəcəyəm. Mən bu gün buna çox cəhd göstərirəm".
Sərdar Cəlaloğlu Rəsul Quliyevin yenidən ADP-yə qayıtma məsələsinə toxunaraq, dedi ki, bu məsələni biz dəfələrlə müzakirə etmişik. Bu nə siyasi, nə də əxlaqi cəhətdən lazım deyil və bu məsələyə son qoyulub.
Sərdar Cəlaloğlu müxalifətin birləşə bilməməsindən, parçalanmasından da danışdı : "Bunun birinci səbəbi şəxsi istəklər, iki-üç şəxs arasında olan ziddiyyətlər, şəxsi maraqlardır. Məhz Qarabağ bloku da dağıldı. Yəni artıq su bulanıb. Hamı da bulanıq suda balıq tutmaq istəyir".

Digər xəbərlər