PDF Oxu

Müxalifət

  • 19

Pənah Hüseynov Sülhəddin Əkbərin postuna gətirilir

Pənah Hüseynov Sülhəddin Əkbərin postuna gətirilir

Müsavat Ali Məclisi və Divan üzvünün partiyadan istefasının əsil səbəbləri zaman keçdikcə aşkara çıxmaqdadır. Maraqlıdır ki, özünü hegemon partiya kimi gündəmə gətirmək iddiasında olan Müsavat partiyasında Ali Məclis postuna təyin ediləcək bir şəxs tapılmır. Ona görə də, hazırda gündəmdə kənardan kiminsə Müsavatın Ali Məclis postuna gətirilməsi prosesi gedir. Hər bir məsələdə Müsavatın daxili işlərinə müdaxilə edən və işini bu gün də davam etdirən Pənah Hüseynov Sülhəddin Əkbərin yerinə gətirilməsi gözlənilir. Elə bu məqsədlə də artıq həm P.Hüseynovun özü tərəfindən, həmçinin də, onu bu postda görmək istəyən qüvvələr tərəfindən təbliğat işlərinə start verilib. Amma təəccüb doğuran hal ondan ibarətdir ki, Müsavat üzvü olmayan bir şəxsin həmin qurumda Ali Məclis sədri postuna gətirilməsi hansı prinsiplər əsasında gerçəkləşəcək? Bu isə açıq şəkildə həm müxalifət daxalində, xüsusən də, Müsavat partiyası daxilində konyuktur maraqlardan kənara çıxmamanı şərtləndirən başlıca amillərdən biri kimi qiymətləndirilir.

Müsavat Məclisinin sessiyasına qədər Pənah Hüseynov partiya üzvlüyünə qəbul ediləcək ki, sessiyada sədrliyə namizədliyi irəli sürülsün

Qeyd edək ki, S.Əkbərin və İ.İbrahimlinin Müsavatdan istefa verməsinin üstündən bir aydan da artıq vaxt keçməsinə baxmayaraq, onların yerinə heç kəs təyin edilməyib. Bu baxımdan da, Müsavat partiyasının Ali Məclisinin sədri vəzifəsi S.Əkbərin partiya sıralarından istefa verməsindən sonra hələ də boş qalıb. Müsavat partiyasından isə məsələ ilə bağlı fərqli-fərqli mülahizələr və yanaşmalar ötürülməklə sığortalayıcı rəy formalaşdırılır. Eyni zamanda, bildirilir ki, Müsavat Ali Məclis sədri ilə bağlı məsələ dekabrın sonlarında qurumun keçiriləcəyi sessiyasında həllini tapacaq. Amma ortada olan faktlar və yaşanan real mənzərə deyilənləri bir daha yalanlamış olur. Fakt isə ondan ibarətdir ki, Musavatın Ali Məclisinin sədri postuna potensial namizədlər arasında AXP-nin keçmiş sədri P.Hüseynovun adı daha çox hallandırılır. Hətta etibarlı mənbədən əldə etdiyimiz məlumatlarda məsələ ilə bağlı ümumi razılığın əldə edildiyi də bildirilir. Mənbə bildirir ki, P.Hüseynov partiya Məclisinin sessiyasına qədər Müsavat üzvlüyünə qəbul ediləcək. Sessiyada isə onun sədrliyə namizədliyinin irəli sürülməsi planlaşdırılıb. Partiyanın rəhbərliyi belə bir gediş etməsi məlum istefalardan sonra Müsavatın zəiflədiyi barədə yarana biləcək rəyin aradan qaldırılmasına və partiyaya əlavə güc gəldiyinin ortaya qoyulmasına hesablanıb. Eyni zamanda, P.Hüseynovun Ali Məclis sədri seçilməsindən dərhal sonra onun qurucusu olduğu AXP-nin də Müsavata birləşdirilməsi də gündəmdədir.
P.Hüseynov isə, həmişə olduğu kimi, bu və ya digər şəkildə reallığı başqa səmtə yönəltməyə çalışıb. P.Hüseynov açıqlamasında bildirib ki, onun Müsavat partiyasının Ali Məclisinin sədri postuna iddiası yoxdur. Amma o, namizədliyinin Müsavatda nəzərdən keçirilməsi ilə bağlı məsələni inkar etməyib.

Rauf Arifoğlu: "Müxalifət apardığı işdə çox ciddi, strateji sayıla biləcək səhvlərə yol verib"

Müxalifət normal fəaliyyətinin nə vaxtsa təmin oluna bilicəyi ilə suala "Yeni Müsavat" qəzetinin baş redaktoru öz bildiyi bəlkə də gündə əl-üzünü yumağa çalışdığı İ.Qəmbərovun da ünvanına sərt ittihamlar səsləndirib. Bildirib ki, müxalifətdəki vəziyyəti dəyişmək üçün nələrsə etmək çox vacibdir. "Heç olmasa, daha da onların fəaliyyətini tənzimləmək üçün bir addım atılmalıdır" deyən R.Arifoğlu ortada konkret anormallığın olduğunu və günü-gündən müxalifət zəiflədiyini, yıprandığını, təşkilatlarının dağıldığını, dəyərli kadrlarının itirildiyini bildirdi. "Hətta adi gözlə görünür ki, bu qədər münbit bir şəraitdə, müxalifətçilik üçün çox əlverişli şərtlər olan bir ölkədə müxalifət təşkilatları son 7 ildə ciddi şəkildə zəifləyiblər. Bu baxımdan, mən razıyam ki, bir yol tapılmalıdır və yanlışlar ciddi təhlillərdən sonra veriləcək qərarlar sayəsində aradan qaldırılmalıdır. Bunun üçün isə müxalif təşkilatlarda olan qüvvələri sağlam bir bazada cəmləşdirmək lazımdır. Bu zərurəti müxalifət liderləri, təmsilçiləri də deyirlər. Amma ortaya "qüvvələri cəmləşdirmək prosesi" çıxanda, məlum olur ki, bu, əslində, o proses deyil. Hər dəfə birlik istiqamətində atılan addımlar az sonra müxalifəti daha artıq şəkildə üz-üzə qoyur... Bizimkilər birləşməyə doğru hər hansı bir addım atanda, daha çox ayrılıq, parçalanma olur. Mən bunun səbəbini bilirəm - lakin ifadə etmək istəmirəm - kimlərinsə ciddi olaraq xətrinə dəyə bilərəm" deyən R.Arifoğlu bundan əlavə daha ilginc detallara və mətləblərə aydınlıq gətirib.

"Mən bir qəzetin redaktoruyam və müxalifətin ideoloqu deyiləm"

"Mən özümü İsa "bəy"in məsləhətçisi rolunda görmürəm, dediyim kimi, bir qəzetin baş redaktoruyam, onunla məşğulam. Sadəcə, bir ekspert kimi kimsə israrla duruma dair rəy soruşanda, öz fikrimi bildirirəm. Eyni zamanda, heç birinin əvəzindən araçılıq etmək istəmirəm. Sadəcə, mən prosesləri izləyən qəzet redaktoru kimi İsa "bəy"in əvvəl dediyi ilə indi dediyi arasında heç bir fərq görmürəm. Amma bizim cəbhəçi dostlarımız nədənsə narahatdırlar ki, İsa "bəy" ilkin fikrini dəyişir, birlik ideyalarından geri çəkilir" deyən - R.Arifoğlu Müsavatdan iki ciddi, nüfuzlu şəxsin getməsi ilə bağlı səsələnən səbəblərə də aydınlıq gətirib.

Digər xəbərlər