Həyat davam edir... Amma həyat dedikdə, sadə insanları nəzərdə tuturam. Müxalifətin isə buna heç də dəxli yoxdur. Çünki onlar nə sadədir, nə ortabab, nə də ki, yüksək. Bir də ki, radikalların insanlığa nə dəxli var axı? Onlar hələ rüşeym halında olanda, insanlıqdan kənar bir varlıq kimi inkişaf etməyə başladılar. Yəni statistik və bioloji baxımdan onların indi düppədüz iyirmi yaşları olardı, əgər adam olsaydılar... Amma ki, adam yox, radikal olduqlarına görə, iyirmi il keçməsinə baxmayaraq, elə rüşeymdilər ki, rüşeymdirlər.
İndi bu rüşeymlər cüyüldəməsi ilə nəsə qayırıb ortaya çıxartmaq istəyirlər. Gah hansısa kölgədən (xalq məclisi), gah hansısa yapışmadan (birlikdən), gah da ki, "əzabkeş", "virtuoz", "qələmdar", "üsyankar", gözü kor, qulağı kar Eynulla Fətullayevdən çənə vaqqıldadırlar. Bunlar demə ki, dərd çəkirlər, ələm çəkirlər, axırda da siqaret çəkirlər... Axır ki, çəkhaçəkdi rüşeymlərdə (radikallarda). Deyəndə ki, ay balam, bəsdi özünüzü didib-dağıtdınız, bəsdi özünüzü yeyib-bitirdiniz, onsuz da bir çırtmalıq canınız qalıb, niyə bu qədər üzünüzə salıb, vayşivənlik eləyirsiniz?! Qayıdıb deyirlər ki, "sənə nə? Özümüz üçün bala-bala dərd çəkirik. Daha heç kimə dəxli yoxdur ki, kimin dərdini çəkirik." Deyirəm, yoxdu da bunlara yaxşılıq. Bunlar yaxşılıq-zad qanan heyvərə deyillər. Ancaq heç nəyə baxmayaraq, mən qəşəng bilirəm bunlar kimin, ya da nəyin dərdini çəkirlər. Bunların dərdi birdimi? İkidimi? Üçdümü? Bunların dərdi o qədər çoxdu ki, həmin dərdləri saymaqla qurtarmaq mümkün deyil. Ona görə də təzə dərdlərini deməklə kifayətlənmək olar. Rüşeymli radikalların təzə dərdləri elə özləridir. Dərd də odur ki, daha buralarda qalmağa, ya da ki, döllənib artmağa nə imkanları var, nə də gücləri. Çürüyüblər bunlar, yox olublar və məhvə sürükləniblər dərdlilər. Ona görə də hara fırladırsan fırlat, çıxış yolları tükənib. Çarə və əlac qalıb "ümidlə" dərd çəkməyə...
Ancaq beş il, on il, on beş il, iyirmi ildir ki, bunlara döşəyirik, deyirik, yazırıq, qulaqlarını çəkirik, barmağımızı silkələyirik ki, ayə, ay dərdi başından əskik olmayan radikal rüşeym ünsürləri, bu qədər özünüzü gözə soxmayın, satılmayın, yola gəlin ki, bəlkə adam olub ortalığa çıxa biləsiniz...
Fəqət, çifayda! İndi vəziyyətiniz olub leş kimi, nəinki sabahınız, elə bir dəqiqə bundan sonranız da sizdən aralanıb qaçdı ki, dönüb adama çevrilsinlər. Sülhəddinlə İbrahimi deyirəm. Bu yandan da İslamzadə Akif zor-güc canına qurtardı. İndi qalıbsıniz özünüz... İş özünüzə qalanda isə... Əşşi, bilirsiniz nə var? Kimin dərdini çəkirsiniz çəkin, dərd də sizin, çarə də sizin, Ruslan Bəşirli də sizin, Eynulla Fətullayev də sizin, Qukasyan da sizin, belə Sarkisyan da...! Gedin öz dərdinizlə məşğul olun...