PDF Oxu

Müxalifət

  • 14

Oğru elə bağırdı ki...

Oğru elə bağırdı ki...

Terrorçuluqla hədələmə... qulluq mövqeyindən sui-istifadə, milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması... külli miqdarda vergidən yayınma... narkotik vasitə saxlamaq...
Qeyd olunan cinayətlərin hər biri Eynulla Fətullayev adlı satılmış, vassal xəyanətkarın qalın boynuna həqiqət və qanun çərçivəsində yazılıb. Onun bu həqiqət yükünü daşımaq istəməməsi, müəyyən vasitələrlə təlxəklik edib, "paklıq simvolu" qismində boğazı yırtılana qədər bağırması heç nəyi dəyişmir, dəyişməyəcək də! Çünki ölkə qanunumuz bir dənədir və həmin qanunun onun istəyinə görə dəyişdirilməsi, ya da haradansa (Avropadan, Afrikadan istərsə lap Antarktidadan - R.R.) tövsiyələrlə əlaqələndirilməsi heç bir məntiqə- QANUNA sığmır. Gözünü Avropa İnsan Hüquqları Məhkəməsinin onunla bağlı qərarına zilləyib sağına-soluna baxmadan, heç bir ermənidən fərqlənməyərək, yaşadığı dövləti günahlandıran satqın Eynullanın damarlarında azərbaycanlı qanının axması şübhələri artırır.
Avropa Məhkəməsi icraatında erməni faşizminin qurbanları olmuş, eləcə də, Ermənistandan döyülərək, əzilərək, həqarətlə və alçalmalara məruz qalmış, Qarabağdan və ətraf rayonlardan qovulmuş, öldürülmüş, Xocalı soyqırımına məruz qalmış soydaşlarımızın baxılmamış işləri, yüzlərlə faktlar bir kənarda qalıb. Lakin Eynulla kimi düşük marionetin, saxta insanın "işi" qabardılıb, bu işə "Avropasayağı qiymət" verilib (?!). Və nədənsə Eynulla Fətullayev yenə də nəyisə bəyənməyərək Avropa Məhkəməsinin hakimlərinə ikibaşlı "məsləhət" verib: "Qoy avropalı hakimlər və hüquqşünaslar Azərbaycan polisi haqqında maraqlı detektivlər oxusun və ədalətli qərar versin".
Maraqlıdır, Azərbaycan polisi barədə belə "qeyzlə" danışan Eynulla onlarda hansı qəbahəti görüb? Məgər o bilmir ki, Azərbaycan polisi öz işini görür, elə məhz onun kimi cinayətkarları ifşa edərək, qanuna təslim edir? Yoxsa yuxarıda sadalanan cinayət əməllərinin üzərindən su içərək, asudə-asudə azadlıqda "şellənməyi" düşünür Eynulla Fətullayev? Onun nəzərinə çatdırım ki, ölkəmizdə hüquq- mühafizə orqanları bütün hallarda qanun keşiyində dayanıb və ictimai asayişi onun kimi digər cinayətkar ünsürlərdən qoruyub-təmizləyir.
Başqa tərəfdən, Eynullanın nəzərinə çatdırım ki, hələ Qarabağ savaşı tamamilə odlanmamış, könüllü özünümüdafiə batalyonları yaradılmamış bir zamanlarda torpaqlarımızın müdafiəsində Azərbaycan polisləri dayanmışdı, ilk şəhidlərimiz də hüquq-mühafizə orqanlarının qəhrəman əməkdaşları olmuşdur. Danışığından Ermənistan vətəndaşı, sözündən isə erməniyə daha çox bənzəyən satılmış Eynullanın bu tipli açıqlamaları təbii ki, onun öz zərərinədir. Onun Azərbaycan xalqına münasibəti isə açıq-aşkar hər şeyi tam çılpaqlığı ilə ortaya qoyur...
Mütəmadi olaraq özünəbənzər mətbuat səhifələrində onun müraciətlər verməsi, çirkin əməllərini ört-basdır etmək məqsədi ilə xəyanətkar açıqlamalar yayması arxasında da bilavasitə antiazərbaycan qüvvələrinin dayanması sübuta yetirilib. Onun ölkə xaricində və daxilində nurçuluq dini-ekstremist ideyalarını yayanlarla iş birliyi, eləcə də, erməni əsilli yəhudilərlə bağladığı gizli anlaşmaları arxasında bütövlükdə ölkəmizin təhlükəsizliyinə müdaxilələr olunmuşdur. Sözügedən olayların təşkilatçısı və icraçısı olan Eynulla Fətullayevin mətbuat səhifələrindəki "artıq kəlmə" kampaniyaları, vaxtilə Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanması və orada onun öz təbirincə desək, "yaşadığı iztirabları" heç bir məntiqlə ayaqlaşmır. Bir halda ki, cinayət törətmisən və bu cinayətin sübuta yetirilib, onda sən təcridxanada öz canının hayına qalıb "iztirablı həyat" çəkməkdənsə vicdanının (vicdansızlığının - R.R.) iztirabını çəkməlisən! Daha "MTN təcridxanasında saxlandığım 9 ay ərzində yaşadığım iztirablar" məzmununda avropalı hakimlərə "stukaçlıq" etməzdin...
Eləcə də, MTN təcridxanasında olarkən, haqlarını tapdaladığın, heysiyyətləri ilə oynadığın Xocalı sakinlərinin ah-naləsini öz şərəfsizliyinə necə qurban verdiyin barədə düşünərdin! Ona görə də, iyirmi ilə yaxın bir müddətdə yaraları hələ də qaysaq bağlamayan, ürəkləri közərən soydaşlarımızın çəkdikləri həqiqi iztirabları ilə sənin geydirmə, şüvənli "iztirabın" arasında dağlar qədər fərq var.
Bundan sonra, azadlığa çıxsa belə (hər halda, Azərbaycan qanunları və cinayət-prosessual maddələri bunu diktə etmir R.R.) Eynullanın rahat-rahat, əlini yoğun peysərinə qoyub ölkə ərazisində veyillənməsi rahat şəkildə həyata keçməyəcək. Çünki bu və ya digər hallarda, onun şəxsi təhlükəsizliyinə heç kim zəmanət verə bilməz. Belə ki, bütün Azərbaycanı və onun xalqını düşmən mövqeyində görən bir "insanın" yenidən bu ölkənin çörəyini yeyib, suyunu içməsi inandırıcı görünmür. Ən yaxşısı elə təcridxanalarda, islah əmək müəssisələrində başını girləyib, həyatını birtəhər, şərəfsizcəsinə başa vurması daha məqsədəuyğundur.
Amma deyilənlərə görə, oralarda da onun vəziyyətinin qənaətbəxş olması müəyyən şübhələr doğura bilər. Yəni Eynulladan fərqli olaraq, cinayət törədib sonra həmin cinayəti danmayan, vicdanının səsinə qulaq verən, törətdiyi əmələ görə peşmançılıq çəkən insanlar da mövcuddur. Bax, həmin insanların əhatəsində Eynullanın başına nələr gəlib-gəlməyəcəyi barədə, hələlik, heç nə deyə bilmərəm...

P.S. Məqaləni yazarkən, yadıma mənfur ermənilərin hələ 1988-ci ilin fevralında özləri haqqında formalaşdırdıqları, rus dilində deyilən "mnoqostradalnıy armyanskiy narod" ifadəsi yadıma düşdü. Bu, Eynullanın "iztirab"ına, "əzabkeş"liyinə nə qədər çox bənzəyir...

Digər xəbərlər