PDF Oxu

Müxalifət

  • 12

Müsavatdakı son olaylarla bağlı şok məlumatlar yayılmaqdadır

Müsavatdakı son olaylarla bağlı şok məlumatlar yayılmaqdadır
Ölkəmizdə keçirilən parlament seçkilərindən sonra müxalifət düşərgəsində proqnozlaşdırılan parçalanma və qopmalar geniş vüsət alıb. Özünü az qala "ana müxalifət" adlandıran Müsavat partiyasındakı daxili ziddiyyətlər bu baxımlan daha qabarıq şəkil almaqdadır. Müsavat Ali Məclisinin sədri və partiya üzvlüyündən, Divan üzvlüyündən istefa verən Sülhəddin Əkbər, İbrahim İbrahimli atmış olduqları addımlarının səbəbləri barədə əsas məqamlara aydınlıq gətirdilər.
Qeyd edək ki, S.Əkbər Müsavat rəhbərliyi ilə strategiyasının uyğun gəlmədiyini, İ.İbrahimli isə partiyanın ona etimadsızlıq etdiyini əsas gətirərək, qurumdan təşkilatdan istefa verdiklərini bildirmişdilər. Amma atmış olduğu addımlarını bir qədər qapalı saxlamağa çalışan S.Əkbər və İ.İbrahimli yenidən məsələnin üzərinə qayıdaraq, şok yaradacaq xəbərləri geniş ictimaiyyətə açıqlayıblar. S.Əkbər özünün və İ.İbrahimlinin Müsavat üzvlüyündən istefası ilə bağlı yaranmış informasiya boşluğunu doldurmaq, həmçinin, AXCP (i) və Müsavatın birləşməsi məsələsinə və bu prosesə mane olanlara qarşı ictimai qınağın təşkilində jurnalistlərdən kömək istəmək niyyətində olduğunu söyləyib. Müsavat Divanının noyabrın 29-da keçirilən iclasında aparılan müzakirələr haqda şok məlumatlar verən S.Əkbər AXCP (i)-nin son qurultayında qəbul olunmuş "heç bir şərt irəli sürmədən birləşmə" haqqında qərarına Müsavat rəhbərliyinin hələ də münasibət bildirmədiyini xatırladıb: "Müsavat özünün 100 illiyinə bir qrup adamın şəxsi maraqları ucbatından bu cür vəziyyətdə gedir. Bütün bunları və birliyin baş tutmayacağı halda, hansı hadisələrin baş verəcəyini biləndən sonra istefa vermək qərarına gəldik. Gördük ki, Müsavatın siyasi perspektivi baxımından bizim düşüncələrimiz arasında dərin strateji fikir ayrılığı var. S.Əkbər bildirib ki, İ.Qəmbərov başda olmaqla, bütün Divan üzvləri iki partiyanın birləşməsini istəmirlər. "AXCP (i)-Müsavat birliyi ideyasının müəllifi İsa Qəmbərov idisə, niyə fikrindən döndü" sualına isə S.Əkbər tamam fərqli bir münasibət bildirib. Vurğulayıb ki, bu gün mövqeyini dəyişən siyasətçiyə cəmiyyət tamam fərqli bir münasibət bəsləyir. "İsa "bəy" Divanın iclasında açıq şəkildə bəyan etdi ki, mən parlament seçkilərindən öncə Müsavat başqanlığından 2-3 il çəkilməyi düşünürdüm, amma seçkilərin nəticələrindən sonra fikrimi dəyişdim və partiyanı bu vəziyyətdə qoyub gedə bilmərəm. Yəni "İsa" bəy fikirləşirdi ki, partiyada bir qrup iddialı adamın siyasi iddiaları parlamentdə təmsilçilik yolu ilə həll olunacaq - mənim anlayışım budur. Ortada bir ziddiyyət var - İ.Qəmbərov həm fikrinin dəyişdiyini deyir, həm də hətta birləşmə variantında belə başqanlıqdan gedəcəyini bildirir. Mən sual verdim ki, bu ziddiyyət necə həll olunacaq, cavab vermədi. Fikrimcə, bu halda ortada bir variant qalır - qurultayın vaxtını uzatmaq. Uzun illər Müsavat rəhbərliyində təmsil olunan bir şəxs kimi açıq deyirəm - İ.Qəmbərov bu birliyin lehinə olsa, partiyada heç kim buna qarşı çıxmayacaq. İ.Qəmbərov kimin başqan olmağını istəsə, o da olacaq. İsa "bəy" söhbətlərimizin birində mənim sualıma cavab olaraq dedi ki, özündən sonra Müsavatda parçalanma olmaması üçün ən azı 2-3 variantda planı var".
Bundan sonrakı siyasi fəaliyyət formasına gəlincə, Müsavat məclisinin keçmiş sədri başqanlığa da iddiasının olmadığını, bu vəzifəyə Vurğun Əyyubu layiq gördüyünü bəyan edib: "Hətta Adil Qeybulla vasitəsilə Nəsib Nəsibliyə xəbər göndərmişəm ki, Vurğun bəy başqanlığa iddialı olmasa, mən Nəsib bəyi dəstəkləməyə hazıram". S.Əkbər İ.İbrahimlinin "İsa Qəmbərova əl uzatdım, əlimi sıxmadı" ifadəsinin doğruluğunu təsdiqləyib: "Mən isə heç kimə əl uzatmadım".

Digər xəbərlər