Müsavatda ailə dramı baş verir
Müxalifət cəbhəsində dramatik durum böyük sürətlə davam etməkdədir. Sonluğa doğru yüksək sürət almış müxalifət düşərgəsində baş verənləri analiz etmək və nəticə çıxarmaq elə onların özləri qədər dolaşıqdır. Çünki dəfələrlə düşərgənin acı sonluğa doğru istiqamət aldığını və müxalifətçilərin həyata keçirmiş olduqları yanlış siyasətləri nticəsində belə bir durumun mövcud olduğunu dərc etimşik.
Təəssüflər olsun ki, nə müxalifət partiya rəhbərləri nə də ki, onların ətrafında olanlar bu reallığı qəbul etməyərək, məsələni öz bildikləri səmtə yönəltmişdilər. Amma fakt və reall mənzərə gündəmdən düşmür. Çünki düşərgədə özünü "ana müxalifət" hesab edən Müsavat partiyası addım-addım, saniyə-saniyə iflasa doğru irəliləyir. Qeyd edək ki, Müsavat Ali Məclisinin sədri Sülhəddin Əkbər, eləcə də, partiyanın Divan üzvü İbrahim İbrahimli istefa verəndən sonra onlara yaxın insanların da partiya sıralarından uzaqlaşacağına dair xəbərlər yayılmağa başlayıb. Artıq adıçəkilən qurumda qalmağın mənasız olduğunu qərarlaşdıran sıravi müsavatçılar reallığı gec də olsa dərk etməyə çalışırlar. Müsavatın qurucularından olan iki şəxsin İ.İbrahimlinin partiyanın onun etimadını doğrultmadığını, S.Əkbər isə partiyanın strateji xətti ilə razılaşmadığını əsas gətirərək, istefa verdiyini açıqlayıb. Bu arada Sülhəddin Əkbərin qardaşı, Müsavat partiyasının sərbəst məclis üzvü Səlahəddin Əkbər də partiyadan istefa verməsi barəsində məlumatları təsdiqləyib.
O bildirib ki, S.Əkbərin istefa verəcəyindən xəbəri olmayıb: "Bu haqda aramızda əvvəllər hansısa müzakirə və söhbət də baş verməyib. Ancaq sonradan xəbər tutmuşam. Sülhəddin "bəy"in istefası mənim üçün gözlənilməz oldu". Səlahəddin Əkbər bildirib ki, Sülhəddin Əkbərin istefası başadüşüləndir: "Çünki hal-hazırda Müsavat partiyasında kifayət qədər ağır vəziyyət hökm sürür".
Səlahəddin "bəy" partiyadan narazılığının qardaşı S.Əkbərin istefasından əvvəl də olduğunu söyləyib. "Uzun müddətdir partiya ilə əlaqə saxlamıram. Sülhəddin "bəy"in istefasından sonra mən də istefa verməyi düşünürdüm, amma bu haqda fikrimi hələ konkretləşdirmədiyimdən qərarımı məhz indi verməli oldum". Onun Müsavatdan narazılığının səbəblərinə gəlincə, S.Əkbər bir sıra mətləblərə də aydınlıq gətirdi. "Etirazımın səbəbini İ.Qəmbərov da bilir. Narazılığım partiya məclisinin son iclasında baş verən proseslərlə bağlı olub. İsa "bəy"lə aramızda söhbət oldu və onun cavabı məni qane etmədi. Ona görə də o zaman geri çəkildim. Narazı qaldığım məsələnin mətbuata çıxarılmasını istəmirəm. Məsələ İ.Qəmbərovla aramızda qaldı. Ancaq onu deyə bilərəm ki, bu siyasi məsələ olsa da, bir qədər şəxsləşdirilmişdi".