PDF Oxu

Müxalifət

  • 13

İqbal Ağazadə "Ümid"ini itirir

İqbal Ağazadə "Ümid"ini itirir

Radikal müxalifətin ancaq bir siyasəti var. O da ki, qoturlarını ört-basdır etmək üçün özlərinə don geyindirməkdən ibarətdir. Özbaşınalığın, miskin iddiaların baş alıb getdiyi müxalifət partiyalarından olan "Ümid" partiyası da məhvə sürüklənir. Üç ay bundan qabaq Arif Hacıyev demişdi ki, nə olursa-olsun, "Ümid" partiyasının parlamentə düşməməsi üçün əlimizdən nə gəlirsə, etməliyik. Bunu İqbal Ağazadə də bilir. Arif Hacıyev bu fikri qəzetdə deyil, Müsavat partiyasında səsləndirmişdi və etibarlı mənbədən də bizə daxil oldu.

Düzdür, bu, özünü doğrultmadı. "Ümid" partiyasının sədri Milli Məclisə üzv seçildi. Lakin ortada olan faktlar da bunu sübut etdi ki, Müsavat-AXC cütlüyü seçki ərəfəsində öz təbliğatlarını aparmaq əvəzinə, digər partiyaların namizədlərinə mane oldular, onların əleyhinə kampaniya apardılar. Amma bu primitiv üsul onların özlərini parlamentdən kənarda qoydu. "Təbliğata" sərf etdiyi qeyri-şəffaf xərclər, sifətlərinə layiq iftiralar onların məğlubiyyətini və bugünkü parçalanmalarını təmin etdi.
Bəs "Ümid" partiyasında nələr baş verir? Sirr deyil ki, əgər Müsavat və AXCP (i) dağılarsa, deməli, "Ümid" partiyası da dağılacaq. Daxil olan məlumata əsasən, "Ümid" partiyasının sədr müavini Arif Paşayev partiyadan istefa verə bilər. O, hələ ki, müxalifətdə baş verən proseslərin nəticələrini gözləyir. Əgər Müsavat, AXCP (i) və digər partiyalardan istefa verənlərin mükəmməl birliyi yaranarsa, Arif Paşayev də onlara qoşulacaq. "Ümid" partiyasında da hamı başa düşür ki, bütün səlahiyyətlər, əldə olunan gəlirlər yalnız İqbal Ağazadə də öz maşınını, geyimini və otağını təzələməkdə onun sözü yeriyir və istədiyini edir. Bəs bunu təmin edən nədir? Təbii ki, İqbal Ağazadənin deputat olması. O "Ümid" partiyasının sədri kimi Milli Məclisdə təmin olunur, qərarlara özü münasibət bildirir, belə demək mümkünsə, ikitərəfli səlahiyyətlərə malikdir. İqbal Ağazadə ona görə hələ də partiya sədri olaraq qalır ki, deputatdır. Əgər o, deputat olmasaydı, partiyada monopoliyasını yaratmasaydı, hazırda partiya sədri vəzifəsində qalmazdı. Konkret olaraq, "Ümid" partiyasında bir ay ərzində rəhbərlikdə təmsil olunan şəxslərdən biri istefa verərək, başqa quruma üz tutacaq. Məntiq sübut edir və əldə olunan məlumatlar da deməyə əsas verir ki, İqbal Ağazadə yaxın tərəfdaşlarını itirəcək, partiya fəaliyyətsiz quruma çevriləcək. Yalnız İqbal Ağazadə fəaliyyət göstərəcək, o da ki, deputat kimi. Gələn parlament seçkilərinə qədər "Ümid" partiya olaraq indikilərdən də betər nüfuzsuz şəxslərin yığınağına çevriləcək. Çünki "Ümid" partiyasının sədrini partiya üzvləri də dəstəkləməyəcək.
Artıq Müsavat, şəxsən Arif Hacıyev "Ümid" partiyasına qarşı kifayət qədər düşmən mövqeyindədir. "Ümid" partiyasında Arif Hacıyevə "işləyən" bir neçə adamlar var. "Ümid" də son vaxtlar narazılıqların daha da artmasının səbəblərindən biri də məhz AXCP (i)-Müsavat cütlüyüdür. Ümumilikdə götürdükdə, özbaşınalıq, ətalət bütün müxalifətə sirayət edib. Əslində, müxalifət rəhbərləri bilir ki, radikal mövqe düzgün yol deyil və cəmiyyətlə partiya arasında ünsiyyətin mövcudluğu üçün, ölkədə baş verən proseslərdə aktiv iştirak etmək üçün konstruktiv mövqeyə hazır olmaq, bunu nümayiş etdirmək lazımdır. İqbal Ağazadə zaman-zaman iki yol arasında qalıb: radikalizm və konstruktivlik. Radikallara daha da yaxın olmaq istədi, amma Arif Hacıyev onu adam yerinə qoymadı. Az-çox isti münasibəti Pənah Hüseynovdan gördü. Daha gecdir, "Ümid" partiyası da başqa radikal partiyaların taleyini yaşayacaq. Liderin taleyi partiyasına tamamilə sirayət etsə, dəhşət olar. Təsəvvür edin, Hafiz Hacıyevin taleyi Müasir Müsavat partiyasına köçsə, nələr olar. Onda partiyada hamı bir-birinə "şərəfsiz" deyər.

Digər xəbərlər