Konstruktiv müxalifətlə radikal müxalifətin fərqi
Parlamentin üçüncü çağırışına təsadüfi olaraq düşmüş və düşən kimi də "mübariz müxalifətçiliyin danılmaz faktoru" kimi yadda qalmağa səy göstərmiş Pənah Hüseynovun bu dəfə kənarda qalması onun dövrdə olan "müxalifətçilik konsepsiyaları qanuni" kimi sərsəm ideyanı həyata keçirmək arzusu hələ də sönməyib.
İndi də mətbuat səhifələrində "dahi idrak sahibi" kimi müxalifətin "mühafizəkarlığının" vacibliyindən dəm vuran Pənah bəy irəli sürdüyü "konsepsiyanın" qəbul edilməsi kimi verdiyi bəyanatları ilə gündəmdə qalmağa çalışır. Digər maraqlı məqamlardan biri də ondan ibarətdir ki, Pənah Hüseynovun "ideyası" istər təmsil olunduğu fəaliyyətsiz radikal müxalifət düşərgəsində, istərsə də, fəaliyyəti kifayət qədər olan konsturktiv müxalifət kuluarlarında qəbul edilmir. Yalnız bir nüans ilə razılaşmaq mümkündür ki, hər bir demokratik ölkədə müxalifətin olması vacib amillərdən biridir və sözügedən amil demokratik cəmiyyətin inkişafında müəyyən qədər rol oynayır. Ancaq P.Hüseynovun təmsil olunduğu sözdə müxalifət düşərgəsi, əslində, heç bir fəaliyyətə yaramayan, yalnız boş-boş çərənləyib zəhlə aparan bekarlar yığıncağından başqa heç nə deyil. Qeyd edək ki, Pənah bəyin "müxalifətçilik konsepsiyasına" əks fikirlər söyləyən radikal müxalifət mənsubları onu qınamış və bildirmişlər ki, hazırda məhv olub çökən düşərgənin xilasına çalışmaq əvəzinə, yersiz-yersiz ideyaları ilə gündəmdə qalmağa çalışır. O isə fikrindən dönməyərək, iki ayağını bir başmağa dirəyib irəli sürdüyü "konsepsiyada" məhz oların xilas olmalarına şərait yaradacaq müddəaların vurğuladığını bildirir. Faktiki olaraq, heç bir çıxış yolu qalmayan radikalların özləri içində narazılıqlara mübtəla olmaları onsuz da gərgin olan vəziyyətlərini daha da gərginləşdirir.
Necə deyərlər, Pənah bəy qaş düzəltdiyi yerdə vurub göz çıxarır. Bu, öz yerində. Bəs görəsən, ideya dağarcığı olan P.Hüseynov "müxalifətçilik konsepsiyasında" nələr yazıb-pozub? Onun bu qədər dəridən-qabıqdan çıxmasına səbəb nədən ibarətdir?
Deyilənlərə görə, Pənah bəy "konsepsiyasının" bir "müddəasında" yalnız bir müxalifət düşərgəsinin fəaliyyət göstərməsini nəzərdə tutub. Yəni guya xalq tərəfindən qəbul edilmiş müxalifət mənsubları "ona müxalifət" də birləşib ümumi fəaliyyət göstərəcəklərmiş. Təbii ki, bu mövzu ancaq və ancaq dağıdıcılıq prinsipləri ilə yadda qalan radikal müxalifət ünsürlərinin fəaliyyətinə hesablanmış bir addımdır. P.Hüseynov burada hazırda parlamentdə və siyasi meydanda normal fəaliyyət göstərən, düşmənçilik prinsiplərinə xələl gətirməyən həqiqi müxalifəti - konstruktivləri nəzərə almayıb. Çünki normal siyasi fəaliyyət termini P.Hüseynova və onun kimi radikal ünsürlərə anormallıq kimi görünür. Lakin məlum olduğu kimi, xalq dağıdıcıları deyil, konstruktiv fəaliyyətə qiymət verdi və bununla da radikal müxalifətin qəbuledilməzliyi bir daha isbat olundu.
Gəlin radikallarla konstruktivlər arasında yaranmış dərə uçurumu ilə olan fərqə səthi nəzər salaq. Müsavat partiyası və BQP və ya İsa Qəmbərov -Fazil Mustafa. Biz, sadəcə, partiyaların adlarına, eləcə də, partiyaların başqanlarına diqqət yetirsək, nəyin və kimin kim olduğunu aşkarlamış oluruq. Yaxud da AXCP (i) və BAXCP və ya Əli Kərimov -Qüdrət Həsənquliyev. Bu da yuxarıda qeyd etdiyimiz kimi.
Bütün bu şəxslər, əslində, bir "şineldən" çıxmış insanlardır.
Onların ilkin müxalifətçilik müstəviləri eyni zamanda, gerçəkləşmiş, necə deyərlər, bir qabdan su içmişlər. Lakin dövrün tələbləri dəyişdikcə, müxalifətin yeniləşməsi tələbi əsil radikalların üzə çıxardı. Məhz bu istiqamətdə müxalifətdə parçalanmalar boş qalırdı, yeni radikal-konstruktiv terminologiya mətbuat səhifələrində yer almağa başladı. Bir sözlə, dağıdıcı öz anti-dövlətçiliyini, konstruktiv və dövlətçiliyə meyilliyini sərgilədi. Və xalqın gözündən yetərincə düşmüş radikal təxəyyüllər get-gedə, zaman-zaman yox olmağa doğru yuvarlanmağa başladı. Bu gün konstruktiv müxalifət partiyaları olan - Demokratik İslahatlar Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, BQP, BAXCP və daha bir neçəsi bu və ya digər şəkildə öz siyasi kurslarını sırf dövlətçilik prizmasına yönəlibdir. Nəticədə mövqeləri demokratik müxalifət anlamı üst-üstə düşür və bu anlam istər ölkə daxilində, istərsə də beynəlxalq sferada müsbət rəy alır.
Pənah Hüseynovun öz təbirincə desək, "əsil müxalifətçliyi" özündə və ətrafındakı siyasətbazlarda görməsi isə heç nəyi dəyişmir. Fərq ortadadır. Kimin həqiqi müxalifətçi olması da çoxdan məlumdur. Sadəcə, qalır məğlubiyyəti etiraf etməyə ki, onun da buna cürəti çatmır. Məhz cürəti çatmadığına görə də tutduğunu buraxmayan Pənah Hüseynov "müxalifətçilik konsepsiyasını" əlində ələm tutub dərd-fəryad edir. Görək bu nə qədər davam edəcək?