Uzun müddətdir ki, radikal müxalifətin mətbuat səhifələrindən düşməyən mövzu olan Eynulla Fətullayev barəsində yayılan fikirlər, sözün əsl mənasında, ictimaiyyəti və sağlam düşüncəli insanları bezdirməkdədir. Xarici antiazərbaycançı qüvvələrə satılmış bu xain "jurnalist" az qala bütün dünya ictimaiyyətini inandırmağa cəhd edir ki, onun heç bir günahı yoxdur, necə deyərlər aydan arı, sudan durudur.
Radikal mətbuatda onun "qəhrəmanlıqlarından" şişirdilmiş formada, qatı dezinformativ şəraitdə yazılan hər bir cümlə, hər bir sətir, əslində, Eynulla Fətullayevin iç üzünü daha qabarıq şəkildə sərgiləyir. Belə ki, onun adına xarici ölkələrdən ünvanlanmış "qalaq-qalaq" məktub və materialların kollaj şəkilləri, beynəlxalq jurnalist təşkilatlarının "dəstək" imitasiyaları, eləcə də, digər ssenarilərə uyğun artistlik "məharətləri", birmənalı olaraq, xalq tərəfindən qəbul edilmir və qəbul edilə bilməz də...
Çünki ortada danılmaz faktların, həqiqətlərin mövcudluğu, habelə, Eynullanın sözügedən həqiqətləri dolayısı ilə həzm etməsi, (əgər o qarşısına qoyulan sübutları məhkəməsində sona qədər inkar etsəydi, onda bəlkə də nəyəsə inanıb - inanmamaq olardı.-R.R.) törətdiyi cinayətlərini yüzə-yüz sübut etmiş olur. Məhz bütün bu reallıqlara qanuni qiymət vermiş ölkənin məhkəmə instansiyalarından narazılıq edərək, Avropa Məhkəməsinə şikayət etməyin də mənası yox idi. hər halda, Eynullanın bu ölkədə başından böyük qələtlər etməsi və bu qələtlərin müqabilində cəza çəkməsi heç bir qanun çərçivəsindən çıxmır. Eləcə də, bu tipli hadisələrin törədilməsi Avropanın istənilən ölkəsində baş vermiş olsaydı, hər halda, Azərbaycan məhkəmələrinin çıxardığı hökmdən yumşaq qərarlar qəbul edilməzdi və bəlkə də daha sərt addımlar atılardı. Əlbəttə ki, faktlar və sübutlar qarşısında... Məsələn, E.Fətullayevin yaxın və uzaq tarixdə nurçular adı altında fəaliyyət göstərən radikal dini qruplaşmalarla bağladığı gizli anlaşmaları və həmin anlaşma nəticəsində adıçəkilən qruplaşmanın Azərbaycanda fəaliyyət göstərmələrinə şərait yaratması barədə yayılmış informasiyalar dəfələrlə öz təsdiqini tapmışdır. Onun "nurçu" adlandırılan terror şəbəkəsi ilə mütəmadi əlaqələri nəticəsində ölkədə qanunsuz olaraq nurçuluq dini ədəbiyyatının yayılmasına rəvac verilmişdir. Həmçinin, sağlam düşüncəli gənclərin müxtəlif vasitələrlə bu "ideologiyaya" çəkilməsi hallarına rast gəlinmişdir. Təbii ki, Eynullanın bu işləri görməsi nurçuların onun "ala gözlərinə aşiq olmasından" irəli gəlmirdi. Müqabilində "paçka-paçka" valyutaları cibiştanına endirən vətən xaini həyasızcasına daha irəli gedərək, daha qatı cinayətlərə necə imza atacağı barədə planlarını götür-qoy edirdi.
Gecələr yuxusunda yatıb gördüyü cinayət xarakterli əməllərini səhərisi gün reallığa çevirən Eynulla Fətullayevin "müstəqil jurnalist" adı altında Qarabağımızın işğal olunmuş ərazilərinə gedərək, murdar ermənilərlə, eləcə də, Qarabağın geydirmə prezidenti Qukasyanla çörək kəsməsi, tut arağı vurması, bir sözlə, "çaşka-loşka" olmasına axı başqa nə ad vermək olar?! Bundan ilhama, vəcdə gələrək, Qukasyanı özünə dədə-nənəsindən də yaxın bilib bağrına basan Eynullanın birinci Qarabağ müharibəsi dövründə sıradan çıxmış Azərbaycan tankının üstündə yayxanıb şəkil çəkdirməsi hansı erkəkliyə yaraşar?! Məgər bu addım bilavasitə Azərbaycan xalqına qarşı yönəldilmiş cinayət deyilmi?!
Başqa bir tərəfdən, tariximizin qara səhifəsinə yazılmış Xocalı soyqırımının törədilməsi erməni faşizminin üzərindən "silərək" beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmağa çalışmış bu üzdəniraq fərdin aşkar şəkildə yaşadığı ölkəyə, mənsub olduğu xalqa (hayıf ki, xalq və millət sözünü belə fərdlərin üzərlərindən silmək üçün qanun yoxdur!-R.R.) qarşı antipatik hisslərinin sırf təzahürüdür. Əminliklə söyləyə bilərəm ki, Avropa insan haqları məhkəməsində əyləşmiş istənilən millətdən olan hakimlərin öz ölkələrində bu tiplərə bənzər şəxslər yuxarıda qeyd olunan faktları törətsəydi, həmin cinayətkara ən ağır cəza tədbiri görülərdi.
Eynulla Fətullayevin Bakının keçmiş meri Rafael Allahverdiyevin yəhudi əsilli katibəsi ilə ailə həyatı qurmasının da arxasında "təmiz sevgi" və ya "pak ailə" prinsipləri dayanmayıb. Belə ki, sözügedən həmin izdivacın arxasında görünməyən pərdəarxası məqamlar mövcuddur və bu mövcudluq da birbaşa Eynulla tərəfindən planlı şəkildə tərtib edilmiş addımdır. Onun İsraildə fəaliyyət göstərən və kifayət qədər bank hesablarına malik olan erməni əsilli yəhudilərlə işbirliyinə girməsi, külli miqdarda qazanc əldə etməsi üçün onlar qarşısında vədlər verib öhdəliklərə boyun olması danılmaz həqiqətlərdəndir. Çirkli pulların yuyulmasından tutmuş Bakıda qanunsuz bizneslərin qurulmasına qədər alçaq hərəkətlərə rəvac verən E.Fətullayevin bu gün məhkəmələrində ağız dolusu "qeyrətdən", "namusdan", daha nə bilim "şərəfdən" danışmağa qətiyyən haqqı yoxdur.
Sonda bir məsələni də diqqətinizə çatdırım. Yəqin ki, ictimaiyyətin Eynullanın narkotik aludəçisi olduğundan və bu vərdişdən əl çəkə bilməməsindən xəbəri var. Çünki məhkəmənin onun barəsində verdiyi hökumlərdən biri də qanunsuz olaraq narkotik vasitələrin daşınması, istifadəsi ilə bağlıdır. Yəni bu adam (əgər adamdırsa-R.R.) həm psixi, həm də mənəvi tərəfdən pozulmuş bir "siyasi fahişədir". Onun kimi rəzil şəxsin bundan sonra da hər hansı bir ciddi addımlar atmasına inamın olması qeyri-real görünür. Məhz bu səbəbdən də qətiyyətli şəkildə vurğulamaq mümkündür ki, istər Eynullanın, istərsə də, onu müdafiə edən və ondan heç də fərlənməyən şəxslərin bu ölkədə çörək yeyib, su içmələrini, eləcə də, quruca nəfəs almalarına belə haqları-ixtiyarları yoxdur. Ölkənin belə murdar tipli giyenlərəbənzər goreşənlərdən təmizlənməsi getdikcə daha çox özünü büruzə verməkdədir. Bunu xalq tələb edir.
P.S. Narkotikə gəlincə, Eynullanın yanına narkotik buraxılmır. Ona görə də, o, narkomandan taksomana çevrilə bilər. Yəni onun bundan sonra ayaqqabı kremi, ya da, "Moment" kleyi iyləyib qurdunu öldürəcəyi də istisna deyil.