PDF Oxu

Müxalifət

  • 16

İflasa uğramış müxalifət partiyalarının "liderləri" hansı səbəbdən istefaya getmirlər?

İflasa uğramış müxalifət partiyalarının "liderləri" hansı səbəbdən istefaya getmirlər?
Artıq uzun illərdir ki, öz partiyalarında, sədr postunda oturub, heç bir əməli tədbirlər görə bilməyən, yalnız boş-boş müsahibələr verməklə gündəmdə qalmağa çalışan müxalifətin partiya sədrləri istefa vermək məcburiyyəti ilə qarşı-qarşıya qalıblar. Lakin hər gün sözügedən istefaların reallaşmasını gözləyən ictimaiyyət nədənsə bunun şahidi olmur.
Daha dəqiq desək, ikiəlli sədr kreslolarından yapışıb qalan dırnaqarası siyasətçilər nə gedirlər, nə də ki, getməmələri haqda arqument və faktlar ortaya qoya bilirlər. Bilavasitə siyasi qərar vermək gücündən məhrum olan müxalifət rəhbərləri, eyni zamanda, öz zəif tendensiyalarını ört-basdır etmək üçün bir-birilərində günah axtarmaqla məşğuldurlar. Və nəticədə öz paxırlarını, gizli əməllərini açıb ictimaiyyətə bildirirlər. Təbii ki, burada sual yaranır: bəs onların həmin əməlləri nədən ibarətdir?
Qeyd edək ki, zaman-zaman keçirilmiş bütün seçkilərdə gah blok, birlik, gah da digər siyasi qurumlar adı altında sözdə birləşən radikal müxalifət partiyaları xaricdə fəaliyyət göstərən antiazərbaycan meyilli təşkilat və fondlarla əməkdaşlığa can atmış, habelə, onların qarşısında hesabat vermək şərtləri ilə nökərçiliyə razılıq vermişlər. İflasa uğradıqda isə qazandıqları çirkli qrantları bölə bilməmək üzündən bir-birilərinə qənim kəsilmişlər. Azərbaycanda dövlətçiliyin nə qədər möhkəm və təməli dayaqlara söykəndiyini görən xarici qüvvələr isə boş yerə əmək və valyuta xərclədiklərini anlayıb, müqabilində, heç nə edə bilməyən zəif partiya sədrlərindən pullarını geri istəyirlər. Həmin pulları eyş-işrətə, yeyib-içməyə, qumara qoyan "liderlər" də başlayıblar bir-birilərində günah axtarmağa. Bu "insanlar" o dərəcədə həyasız "siyasətə" aludə olublar ki, bütün deyilən həqiqətləri həzm edib, istefaya getməkdən yan qaçırlar. Sözsüz ki, bu buqələmunlardan, nəinki siyasi iradə və mədəniyyət, hətta primitiv etik normaları da gözləmək boş və əbəsdir. Bax, bu üsullarla onlar bu və digər obrazlarda artistlik edərək, növbəti-qarşılardan gələn hər hansı seçkilərə qədər sədr postunda qalıb iylənirlər.
Radikal müxalifət "liderlərinin" istefaya getməmək məsələlərinin önündə isə yenidən kiməsə yalmanıb, beş-on qəpik dilənmələridir. Ancaq başqa bir reallığı da diqqətə çatdırmağı vacib bilirik. Yuxarıda qeyd etdiyimiz kimi, seçkilərdə və digər siyasi olaylarda uğursuzluğa düçar olan müxalifətin partiya sədrləri nədənsə get-gedə tərəfdarının boşalmalarına, vaxtilə həmin partiyaları ayaqda saxlamağı bacarmış funksionerlərin, müavinlərin istefalarından da ibrət götürmürlər. İbrət götürmələri qalsın bir yana, hətta istefa verənlərə hədə-qorxu da gəlirlər. Bu barədə həm qəzetimizdə, həm də başqa mətbuat orqanlarında ətraflı şərhlər verilmişdir. Yetərincə həyasızlaşmış, mən deyərdim padoşlaşmış, eyni zamanda, sözün bütün mənalarında, öyrəncəli olmuş radikal partiya sədrlərinin tarixin arxivinə gömülməmələri üçün verdikləri çabaların heç bir "xeyirli" nəticəsi olmayacaq. Bir halda ki, onlardan həm partiyadaşları, həm də siyasi kuluarlarda "siyasi əqidə dostları" imtina edibsə, onlar da öz postlarından müvəqqəti imtina etmək məcburiyyətindədirlər. Onlar getməlidirlər...

Digər xəbərlər