Əli Kərimov kimlərə və nə üçün işləyir?
Hamıya məlumdur ki, AXCP (i) sədri Əli Kərimov milli maraqlar üçün çalışmır və çalışa da bilməz. AXC hakimiyyəti dövründə onun necə işlədiyinin şahidi olduq. Bəs Ə.Kərimov AXCP (i) sədri olaraq kimlərə və nə üçün işləyir? Atasının Ə.Kərimovla sıx əlaqəsi olan bir gənc deyir ki, builki seçkilərdə Ə.Kərimovun məqsədi o idi ki, Azərbaycana ekstremist qrupların rıçaqlarını ata bilsin. Bunun əvəzində, ona mənbəyi bilinməyən 1 milyon manat məğləğində pul da vəd edilib. Təxribatçı təşkilatların ölkəmizdə əsas rıçaqları Ə.Kərimov və Müsavat başqanı İsa Qəmbərov olmalı idi. Bu iki şəxs partiyadaşlarının deputat seçilməsini onsuz da istəmirdilər. Çünki onların qarşısında şərt qoyulmuşdu ki, seçki ərəfəsində ölkədə xaos yaratsınlar.
Həmin gəncin adını çəkməyəcəm. Yoxsa Ə.Kərimov onun da üstünə "xoruz" kimi tullanar. O daha sonra dedi ki, "mənim atam Ə.Kərimovun yaxın adamıdır, atam onun bütün işlərini bilir. O da atama inanır. Ə.Kərimova hansısa xarici təşkilat dəfələrlə yüz min, iki yüz min, hətta yarım milyon dollar məğləğində pul verib. Həmin təşkilat ermənilərə də pul verir. Özü də həmin təşkilatın rəhbəri əslən ermənidir, amma Avropada yaşayır. Ə.Kərimovun onlardan aldığı pul, əsasən, onun özünə və bir neçə adama sərf olunur. Pul daha çox Ə.Kərimovun maşınlarına, mühafizəçilərinə, şəxsi ehtiyaclarına və ailəsinə xərclənir".
Bu yaxınlarda Ə.Kərimov AXCP (i)-nin rəhbərliyində olan partiya üzvləri ilə görüşündə (bu görüşdə 6 nəfər olub) Qarabağ məsələsindən danışarkən, Serj Sarkisyana müsbət münasibətlərini bildirib və ermənilərin hazırkı mövqeyinə düzgün "mövqe" kimi qiymət verib. Onun verdiyi qiymət gözünə girsin! Bir faktı da qeyd edim. Seçkidən əvvəl, yəni təbliğat ərəfəsində Ə.Kərimov "AXCP (i)-Müsavat" seçki blokunun 11 saylı Qaradağ seçki dairəsindən vahid namizədi Tahir Xanəliyevin Qobustan qəsəbəsində Mədəniyyət Evində insanlarla təşkil olnmuş görüşdə ağzına gələni danışıb. Məsələ Ə.Kərimov təbliğat aparmaq əvəzinə, polisləri söyüb və seçkiyə dəxli olmayan məsələlərdən danışıb. O, özünə də xas olmayan məsələlərdən-kişilikdən, düzgünlükdən, demokatiyadan danışıb. Ən maraqlısı o olub ki, onu "xoruz" (bunun ruscasını da) adlandırıblar. Kim isə bir nəfər Ə.Kərimovdan maddi vəsaiti, pulu hardan əldə etdiyini soruşub. O cavab verib ki, biz pulu demokratik dövlət dediyimiz Ermənistandan alırıq. Əldə etdiyimiz məlumatlara görə, Ə.Kərimovun və İ.Qəmbərovun pul aldığı xarici donor təşkilatlar ermənilərin XX əsr geniş fəaliyyət göstərdiyi ÇKAC terrorçu şəbəkəsinin təşkilatıdır. Bu, həmin təşkilatdır ki, onlarla türk diplomatını və jurnalistini qətlə yetirmişdir. Bu təşkilatdan pul almaq nə dərəcədə qeyrətli və namuslu addım sayılır?! Təbii ki, əgər bu pulu qeyrətsiz alırsa, qınamağa dəyməz. Erməniyə, onun puluna işləyən Ə.Kərimov Sarkisyanı necə ittiham edə bilər? Xaos yaratmaq üçün pul alan Ə.Kərimov istəyirmi ki, Azərbaycanda demokratiya olsun?! Ə.Kərimov həyatda çoxlu səhvlər edib, amma ən əsası bunlardır: kostyum geyinməsi, saçının qısa olması, o vaxt dövlət vəzifəsində olması, xoruz saxlaması, seçkilərdə iştirak etməsi və ermənidən pul alması. Bunların da ən pisi bilirsiniz hansıdır...