PDF Oxu

Müxalifət

  • 14

İsa Qəmbərov Müsavatı bütünlüklə ermənilərə sata bilər

İsa Qəmbərov Müsavatı bütünlüklə ermənilərə sata bilər
İsa Qəmbərova yaxın mənbədən əldə etdiyim məlumata görə, o, Müsavatın hazırkı siyasəti də əsasən üç məsələni prioritet seçib. Birincisi, Azərbaycan hakimiyyətinə qərəzli hirsini boğmaq üçün, daha doğrusu, acıq verməsi üçün ermənilərlə ciddi "dostluq" etmək. İkincisi, Müsavatı maliyyə cəhətdən tamamilə və qəti olaraq xarici qüvvələrdən, o cümlədən, ermənilərdən asılı vəziyyətə salmaq.Üçüncüsü, Müsavatı tədricən parçalayıb fərqli bir birlik yaratmaq. Elə buna görə də, onun "başqanlıq" məsələsi ortaya atılıb, özü də İsa Qəmbərovun göstərişi ilə. Maraqlı məlumatlardan biri odur ki, İsa Qəmbərovun başqanlıqdan getməsini istəyənlər elə onun ermənilərlə dostluq sazişinin əleyhinə olan qüvvələrdir. Arif Hacıyev İsa Qəmbərovun əsas "ayaqqabısı" rolunu oynayır və İsanın başqanlıqdan getməsini partiya üçün şərəfsizlik sayır. Sülhəddin Əkbər isə İsanın getmə vaxtının yetişdiyi fikrini bildirir və əgər belə olarsa bunu demokratik addım kimi qəbul edir. "Yeni Müsavat" isə, birmənalı olaraq, İsa Qəmbərova dəstək verir. Həmsöhbətim onu da bildirdi ki, İsa Qəmbərov 7 noyabr parlament seçkilərində Müsavat-AXCP (i) namizədlərinin deputat seçilməyəcəyini bildirdi. Onun arxayın olduğu əsas qüvvə ekstremist qruplar və erməni lobbi təşkilatlarıdır. Onlar isə İsa Qəmbərova lazımi dəstək verə bilmədilər. Ona görə ki, xalq amili qarşısında bütün təşkilatlar acizdir. Həm də ki, ölkə rəhbərliyinin uğurlu xarici siyasəti həmin təşkilatların, qrupların Azərbaycan əleyhinə olan addımlarını vaxtında dəf etmişdi. İsa Qəmbərov 7 noyabr seçkilərindən əvvəl sevinə bilmirmiş, ancaq bədbin tərzdə olub. Çünki onu nə xalq, nə də xarici qüvvələr dəstəkləmədi. Xarici qüvvələr onu, sadəcə olaraq, satqın kimi ələ aldılar. Ümumiyyətlə, İsa Qəmbərov 2003-cü ildən sonra siyasi dəyərini bir daha və birdəfəlik itirdi. O, hələ o vaxt ermənilərə və terrorçu qruplara arxayın olaraq hakimiyyəti zorla ələ keçirməyə cəhd etdi. O vaxt İsa Qəmbərov prezident olacağına o qədər inanırdı ki, meymun bananı sevdiyi kimi, o da erməni "dayı"larından ötrü sino gedirdi. Hazırda İsa əkənin siyasətdə, heç olmasa, bircə dəfə doğru addım atması üçün bir şans qalıb: Müsavat başqanlığından çıxıb getmək. Mən sizə söz verirəm, əgər Müsavat fəallarının böyük qismi bir müddətdən sonra erməniləri müdafiə etməsə, onlarla qardaşlıq çayı içməsə və cəbhəçilər pedofillər və hemoseksuallara çevrilməsə, onda mənim yox, şəxsən İsa Qəmbərovun dazına, Əli Kərimovun simasız simasına, Hafiz Hacıyevin isə gözünün içinə tüpürərsiniz. Belə baxanda, tüpürcək də heyifdir, axı o da insanın içindən gəlir. Radikal müxalifət adlı zibilxanada parıldayan bir şüşə var. O, kimdir? Düzdür, deyirlər ki, o, İsa Qəmbərova başa salıb ki, düzgün hərəkətlər eləmir. Həmin adam şəxsən bu liderlərə nifrət edir. Bəs niyə onların yanındadır? Deyirlər ki, onu başqa addım atacağı təqdirdə, güclü şantaj edəcəkləri ilə qorxudurlar. Bu barədə gələn saylarımızın birində...

Digər xəbərlər