PDF Oxu

Müxalifət

  • 8

Xalq müxalifəti siyasi səhnədən zibil yeşiyinə tulladı

Xalq müxalifəti siyasi səhnədən zibil yeşiyinə tulladı
Müxalifətin yaratdığı blok sabun köpüyü kimi bir şeydir. İlk növbədə, Azərbaycan xalqı şahid oldu ki, radikal müxalifət simasız şəxslərin yığnağıdır. Quldurlar, əxlaqsızlar, pul düşkünləri və vəzifə hərisləri müxalifət partiyalarına rəhbərlik edir. Konkret olaraq, "Müsavat-AXCP (i)" blokunun seçki ərəfəsində fəaliyyəti biabırçılıqla müşahidə olundu. Əvvəla, "Azadlıq" qəzetinin baş direktoru Azər Əhmədov əxlaqsızlığını bütün Azərbaycana nümayiş etdirdi. Digər tərəfdən Müsavat başqanı İsa Qəmbərov uşaq konfet görəndə sevinən kimi, erməni müxalifətinin lideri Aram Manukunyanla əməkdaşlıq sazişi imzalayaraq, sevincək oldu. Ən əsası xalq radikallara seçkilərdə "yox" dedi. Yəni xalq bununla "Müsavat-AXCP (i)" blokunu faktiki olaraq, siyasi səhnədən zibil yeşiyinə tulladı. "Müsavat-AXCP (i)"nin təşəbbüsü ilə noyabrın 23-də keçirilən forumda Pənah Hüseynov təklif edib ki, deputatlığa keçmiş namizədlərdən ibarət "xalq parlamenti" yaradılsın. Məsələ bundadır ki, radikallar deputat olmaqdan ötrü ölürlər. Dövlətin ali qanunverici orqanı olan parlamentə düşə bilmədikləri üçün indi özlərinə Milli Məclis, yəni "xalq parlamenti" düzəldirlər. Bunu da düzəldəcəklər, amma özləri və əqidələri düzəlməyəcək. Müxalifətin "Demokratiya Uğrunda İttifaq"ı gizlən-qaç oyununa bənzəyir. P.Hüseynov deyir ki, mən blokdan - "DUİ"-dən çıxmışam. Mirmahmud kişi də deyir ki, yox e, qardaşlar, onun deməyinə baxmayın, dedim ki, çıxıb. İndi bu Əhməd Oruc bilmir ki, neyləsin. Bu gün, faktiki olaraq, müxalifətdə çox ciddi problemlər yaşanır və parçalanmalar baş verir. Bloklar və keçirilən forumlar gözdən pərdə asmaq üçündür. Ən ciddi problemlər Müsavat partiyasındadır. Artıq partiyanın rəhbər heyəti və fəalları İsa Qəmbərovun səmərəsiz və səriştəsiz olduğunu gördülər. Lakin İ.Qəmbərovun əlaltısı, başqa cür desək, "çmo"su olan Arif Hacıyev hələ də onu müdafiə etməklə, partiyada parçalanmaları daha da sürətləndirir. Müxalifət blokları məhv olub gedir, onların forumları da iflic olacaq, onlar sadəcə nümayiş etdirmək istəyirlər ki, guya fəaliyyətdədirlər. Bir sözlə, xalqın seçmədiyi kəslər arxivdə, o da yoxdursa, zibillikdə eşələnməkdədirlər.

Digər xəbərlər