PDF Oxu

Müxalifət

  • 11

Uğursuz müxalifətin uğursuz yolu

Uğursuz müxalifətin uğursuz yolu
Ölkəmizdə demokratik prinsiplərə tam cavab verən parlament seçkiləri keçirildi. Bu seçkilərdə hər hansı bir qanun pozuntusuna yol verilmədi və seçkilər yüksək səviyyədə baş tutdu. Respublikamızda keçirilmiş seçkilərin uğurlu sonluqla nəticələndiyini yerli və xarici müşahidəçilər də təsdiqlədi. Lakin hər zaman olduğu kimi, reallığı qəbul etmək istəməyən radikal müxalifətçilər, yenə də, ədalətli qərardan uzaq mövqe sərgilədilər. Hər hansı bir məsələ haqqında mənfi fikirlər bildirərkən, müxalifətçilər öz qüsurlarını görmədən, qəbul etmədən müzakirələrə başlayırlar. Əslində isə, onlar özləri ciddi qüsurlara yol verdiklərini anlamalı və seçkinin uğurlu keçdiyini qəbul etməli, həmçinin, məğlubiyyətləri ilə barışmalıdırlar. Heç bir sosial bazası və siyasi gücü olmayan, siyasi sriştəsizlik imici qazanan, xalqın inamını çoxdan itirmiş radikalların məğlub olacaqları əvvəlcədən məlum idi. Maraqlı cəhət isə budur ki, müxalifiətçilər, əvvəlki seçkilərə olduğu kimi, fəaliyyətsizliklərinin nəticəsində bu seçkiyə də maraq göstərmir və sonradan isə etiraz etməyə başlayırlar. Bir də halva-halva deməklə ağız şirin olmur... Seçkidən sonra istər Müsavat partiyasının, istər AXCP (i)-nin və istərsə də digər yersiz fikirlər söyləyən müxalifət partiyalarının iddiaları tamamilə yanlışdır və həqiqətə uyğun deyil, reallıqdan uzaqdır. Təbii ki, onlar üçün həqiqəti qəbul etmək çox çətindir. Amma bu çətinliyə baxmayaraq, onlar sonda reallıqları, hər zaman olduğu kimi, yenə də qəbul edəcəklər. Bir məsələni unutmaq olmaz ki, xalqına xidmət etməyən bu radikalları xalq heç bir seçkilərdə dəstəkləməyəcəkdir. Seçkidə namizədliyini irəli sürən müxalifətçilər və ya müxalifət partiyaların üzvləri çox yaxşı dərk etməlidirlər ki, xalqın onlara, onların siyasi fəaliyyətlərinə inamı qalmayıb və vətəndaşlar müxalifətçilərin xalq üçün hansısa müsbət fəaliyyət göstərə biləcəklərinə inanmır. Bütün bunları bilən müxalifətçilərin parlament seçkiləri ilə bağlı söylədikləri əsassız mənfi fikirləri gülməlidir və ağılabatan deyil. Onlar bu saxta fikirləri ilə yenə də özlərini gülüş obyektinə çevirmiş oldular. Yaxşı olar ki, radikallar gülüş obyektinə çevrilməkdənsə, öz hökmləri ilə siyasi səhnədən getsələr, daha yaxşı olar.

Digər xəbərlər