PDF Oxu

Müxalifət

  • 16

Məğlubların uğursuz forumu

Məğlubların uğursuz forumu
7 noyabr parlament seçkilərində böyük məğlubiyyətlə üzləşən AXCP (i)-Müsavat cütlüyü, belə görünür ki, düçar olduğu uğursuzluğu həzm etmək iqtidarında deyil. Radikalların Müsavat qərargahında keçirdiyi toplantıda baş verənlər bunu bir daha əyani şəkildə təsdiqləyir. Bəlli olduğu kimi, son parlament seçkilərində bu müxalif seçki bloku mandat əldə edə bilməyib. Bununla barışmaq istəməyən radikallar keçirdikləri qeyri-ciddi toplantıda uğursuz şəkildə seçkilərin nəticələrini şübhə altına almağa çalışıblar. Toplantıda iştirak edən radikal düşərgənin başbilənləri - İsa Qəmbərov, Əli Kərimov, Mirmahmud Fəttayev, Pənah Hüseynov, Arif Hacıyev və digərləri burada seçkilərin saxtalaşdırılması ilə bağlı cəfəng iddialarla çıxış ediblər. Radikal müxalifət düşərgəsi təmsilçilərinin öz adətlərinə "sadiq" qalaraq seçkilərin nəticələrinə kölgə salmağa cəhd göstərmələri onların sağlam siyasi düşüncədən uzaq olduqlarını bir daha təsdiqləyir. Başqa sözlə, destruktiv davranış taktikasına sadiq qalan radikallar seçidə düçar olduqları məğlubiyyəti qəbul etmək niyyətindən uzaqdırlar. Burada aydın görünür ki, seçkilərdə kiçik uğur qazanmaq iqtidarında belə olmayan radikallar ləyaqətlə uduzmağı, məğlubiyyətlərini etiraf etməyi də bacarmırlar. Mahiyyət etibarıi ilə, radikalların bu seçkidə uduzacaqları, böyük uğursuzluğa düçar olacaqları irəlicədən bəlli idi. Çünki radikalların köhnəlmiş, qeyri-real iddiaları, cəfəng şüarları Azərbaycan seçiciləri üçün, sadəcə olaraq, mənasız və maraqsızdır. Söhbət ondan gedir ki, nə iddialı namizəd, nə də bu və ya digər siyasi qurumun təmsilçisi kimi elektorat üçün cəlbedici deyillər. Belə olan halda, məğlubların özlərini qalib kimi sırımağa cəhd etmələri, ən yaxşı halda, gülüş doğurur. Onların belə acınacaqlı və miskin vəziyyəti, yumşaq şəkildə deyilsə, siyasi cığallıqdan başqa bir şey deyil. Xatırladaq ki, hələ parlament seçkiləri ərəfəsində, təbliğat-təşviqat kampaniyasından əvvəl radikalların siyasi-təşkilati cəhətdən, acınacaqlı, pərakəndə durumu, onlar qaçılmaz məğlubiyyətini irəlicədən şərtləndirən amillərdən biri kimi dəyərləndirilirdi. Radikal düşərgənin bir çox namizədlərinin elə imzatoplama kampaniyasının gedişində uğursuzluğa düçar olması bu gün müxalifətin mövcud məğlub durumunu irəlicədən şərtləndirən amillərdən biri kimi qiymətləndirilə bilər. Təəssüf ki, radikallar seçkilərin real nəticələrini qəbul etmək əvəzinə, özünü ictimai rəydə "sığortalamaq" üçün belə qeyri-ciddi forumlar, uğursuz toplantılar təşkil etməklə məşğuldur. Sözsüz ki, belə oyunlar radikalların siyasi məğlubiyyətini heç də sığortalamır. Əksinə, belə vəziyyət onları daha böyük uğursuzluqla - növbəti ictimai qınaqla üz-üzə qoyur.

Digər xəbərlər