PDF Oxu

Müxalifət

  • 21

İsa Qəmbərovun "Nauman" təşkilatı ilə əlaqəsi aşkarlandı

İsa Qəmbərovun "Nauman" təşkilatı ilə əlaqəsi aşkarlandı
Aylardır ki, düşərgədə mövcud süstlüyü pozmaq cəhdi ilə dəridən-qabıqdan çıxan Müsavat başqanı İsa Qəmbərovun son günlər qanı yaman qaralıb. Noyabrın 7-də keçirilən parlament seçkilərindən böyük məğlubiyyətlə çıxmış Müsavat başqanı hazırda başını gizlətməyə yer axtarır. Ona görə də, İ.Qəmbərov xarici havadalarına onu öz yanlarına çağırmaq üçün müraciətlər edib. Onu da qeyd edək ki, artıq terrorçu qüvvələrin birbaşa maliyyəçisi kimi ad çıxarmış "Nauman" təşkilatı İ.Qəmbərovun yenidən Almaniyaya gəlməsinə razılıq verib. Məhz bu məsələyə görə, İ.Qəmbərov uşaq kimi sevincək olmuşdu. Az qalırdı ki, əyninə şortik geyinib küçələrdə çığır-bağır salsın. Ardıcıl olaraq partiyada qalmış üç-beş qotur tərəfdarını yığıb, onlara yeni məsləhətlər və göstərişlər verən İ.Qəmbərovun hərəkətlərindən də, onun nəyə görə bu dərəcədə xoşhal olduğu məlum idi. Amma onun bu sevinci, həmişəki kimi, heç də uzunömürlü olmadı. İndi əlindən oyuncağı alınmış uşaq kimi boynu bükülü qalan İ.Qəmbərov bu məsələdə hansı səhvə yol verdiyini çək-çevir edir. Təzəcə AXCP (i) sədri ilə izdivaca girmiş İ.Qəmbərov bu məsələnin də, heç dadını çıxara bilmədi ki, bilmədi. Başından qara yellər əsən başqan üçün 2010-cu il, demək olar ki, heç düşərli olmadı. Ümidini ancaq payızda keçiriləcək parlament seçkilərinə bəsləmiş İ.Qəmbərov bu prosesdə uğur qazanmağın deyil, ona asılı olduğu təşkilatların həmin ərəfədə çoxlu vəsait ayıracağı günü gözləyir. Çünki onun özü də bilir ki, nə yuvanın quşudur. Ona görə də, xalqdan dəstək istəyib, onun deputat olmasına köməklik etməyə üzü qalmayan başqan Qəmbərov çıxış yolunu başqa yerlərdə axtarmağa çalışır. Elə bu səbəbdən də, İ.Qəmbərov belə bir məqamda "Soros" və Almaniyada fəaliyyət göstərən daha çox radikal qüvvələrin təmsil olunduğu "Nauman" təşkilatının sifarişini canla-başla qəbul etməli olub. Amma yuxarıda qeyd etdiyimiz kimi, son məqamda yenə də, İ.Qəmbərovun başına bəla gəlib. Sentyabrın sonunda həmin təşkilatların sifarişi əsasında Almaniya və Kambocada hesabat verəcək İ.Qəmbərovun "iş" planı alt-üst olub. Xatırlatmaq lazımdır ki, İ.Qəmbərov bir sıra donor təşkilatlarla qarşılıqlı əlaqədə olub və onlardan aldığı vəsaitin müqabilində müəyyən göstəriş və sifarişləri yerinə yetirib. Beləliklə də, son 20 ildə siyasi arenada ancaq bazar prinsipləri ilə qalmağa çalışan İ.Qəmbərov yeni metodlara tab gətirməyərək, sıradan çıxmaq üzrədir. Məlum səfərdən özü üçün çox şey gözləyən başqan üçün prosesin bu cür sonluqla bitməsi az qala göz yaşları ilə qarşılanıb. İndi bir küncə çəkilib sevgilisindən ayrılmış gənc kimi dizlərini qucaqlayan İ.Qəmbərov harada nə "iş"lər çevirdiyinin, nə xətalara yol verdiyinin təəssüfünü çəkməkdədir. Onun üçün həlledici məqamda pul məsələsinin yoluna qoyulmaması, demək olar ki, İ.Qəmbərov üçün ölümlə eyni səviyyədə qiymətləndirilir. Nəzərə alsaq ki, bu il parlament seçkiləridir və bundan əlavə, onun başqanlıqdan getməsi üçün vaxt da artıq yetişib. Bu səbəbdən də, İ.Qəmbərovun yeganə çıxış yolu şələ-şüləsini götürüb siyasi arenadan birdəfəlik getməkdən ibarətdir.

Digər xəbərlər