PDF Oxu

Müxalifət

  • 11

Müxalifət düşərgəsində təlatüm böyüməkdədir

Müxalifət düşərgəsində təlatüm böyüməkdədir

Artıq noyabrın 7-də ölkəmizdə keçirilmiş parlament seçkiləri Azərbaycanın inkişaf tarixində yeni bir mərhələnin başlanğıcı kimi yadda qaldı. Cəmiyyətin böyük maraq və diqqətlə izləmiş olduğu bu proses, həmçinin, yüksək seçki fəallığı ilə keçirildi.
Ölkədə keçirilən hər bir seçkiyə artıq gələcəyimizin daha da işıqlı və firavanlığının təminatı kimi yanaşan xalqımız bu seçki prosesinin də milli dəyərləri özündə ehtiva edən demokratik dəyərlərə yeni baxış prizmasını nümayiş etdirmiş oldu. Bu faktı, sadəcə olaraq, bu kəlmə ilə ifadə etmək olar: seçki kampaniyasını izləmək üçün 50 min nəfərdən çox yerli müşahidəçi, 1000 nəfərdən çox isə beynəlxalq müşahidəçi iştirak etmişdir. Bütün bunlar isə, ümumilikdə, seçki kampaniyasının demokratik və şəffaf keçirilməsini təmin edə bilmişdir. Onların gəlmiş olduğu qənaət parlament seçkilərənin bərabər mübarizə və açıq vətəndaş münasibəti fonunda keçdiyini isbat etdi. Lakin 7 noyabr parlament seçkilərində böyük məğlubiyyətə uğrayan radikal müxalifət düşərgəsinin təmsilçiləri, adətləri üzrə, yenə də uğursuz şəkildə seçkilərin nəticələrinə kölgə salmağa çalışırlar. Ancaq bilmək lazımdır ki, demokratiya seçkilərin ədalətli və şəffaf keçirilməsi ilə bir şəxsin istənilən dairədən lazım olan uğuru qazanmaması ilə ölçülmür. İstər İsa Qəmbərovun, istər Əli Kərimovun bu seçiklərdə uğur qazanmaması demokratiya və şəffaflıq məfhumu ilə eyniyyət təşkil etmir. Bütün seçkiərəfəsi və seçki günü də daxil olmaqla, mövcud şərait və situasiya isə müxalifətin hər hansı bir mövqe ortaya qoymaqda hələ də çətinlik çəkdiyini sübuta yetirdi. Bir də, 20 faiz torpaqlarımızı işğal edən, bir milyondan çox soydaşlarımızı qaçqın edən düşmənlə saziş imzalayan və sonra da gedib Azərbaycan xalqından onun parlamentdə təmsil olunmasına səs verməsini istəmək, ancaq düşüncəsiz bir xəyaldır. Ona görə də, Azərbaycan xalqı kimlərin Milli Məclisdə təmsil olunmasını düzgün müəyyən edir.

Radikallar siyasi arxivə gedir
Bir məsələni də radikallara xatırlatmaq istərdik ki, hələ parlament seçkilərinə bir neçə müddət qalmış müxalif düşərgədə bu prosesə necə qatılmaq və hansı formada mövqe sərgiləmək uğrunda var-gəllər gedirdi. Hələ parlament seçkiləri ərəfəsində, təbliğat-təşviqat kampaniyasından əvvəl radikalların siyasi-təşkilati cəhətdən, acınacaqlı, pərakəndə durumu cəmiyyətə tam şəkildə aydın görünürdü. Bu baxımdan, radikal düşərgənin bir çox namizədlərinin elə imzatoplama kampaniyasının gedişində uğursuzluğa düçar olması müxalifətin mövcud məğlub durumunu irəlicədən şərtləndirirdi. Sonluqda isə seçki günü onların xalq tərəfindən dəstəklənməməsi bir daha onların sosial bazalarının olmamasını bütün çalarları ilə açıb cəmiyyətə göstərdi. Bu gün iqtidarın ünvanına böhtanlar deməsi isə onların anormallığını bir daha sübut etdi. Belələrindən soruşmaq lazımdır ki, bir siyasi-ictimai qurumun rəhbəri kimi sən nə etmisən ki, indi də havalı-havalı danışırsan? Öz aramızdır, bu dəqiqə AXCP (i) sədri Əli Kərimovu danışdır, bülbül kimi ötsün "kişi". İ.Qəmbərov da asta-asta özünün ağır göstərməyə çalışmaqla, guya bundan yoxdur və "bir daha da olmayacaq" kimi nəzərə çarpmağa çalışır. Bunların içində isə səhər bir rəngə, axşam bir rəngə düşən ADP sədri Sərdar Cəlaloğlu isə havadarı Rəsul Quliyevdən ayrıldıqdan sonra, özünü tamam itirib. Heç özü də bilmir ki, nə deyir, nə danışır. Müxalifət düşərgəsində hamı onu hakimiyyətə işləməkdə suçlayır, amma hələ də özləri öz aralarında müəyyənləşdirə bilmirlər ki, bu müxalifət düşərgəsində "iş verən" kimdir? Çünki hamısı belədir. Adətən, bəzi müxalifətçilər bizimlə söhbətlərində dolayısı ilə olsa da, öz qəbahətlərini təsdiqləyirlər. Bəziləri isə elə "babam mənə kor deyib, gəlib-gedənə vur deyib" prinsipini əsas tuturaq, "məndən" yoxdur deməklə, cəmiyyətin gözünə kül üfürməyə çalışırlar. Amma unutmaq olmaz ki, Ə.Kərimovu, İ.Qəmbərovu, E.Namazovu və başqalarını xalqımız bizdən də, sizdən də yaxşı tanıyır. Ona görə də "hörmətli bəylər", havayı vaxtınızı bu işlərlə sərf etməyin. Özünüzə münasib bir iş tapıb normal insan kimi yaşayın. Onsuz da, artıq parlament seçkilərindən sonra Müsavat partiyası başda olmaqla, ADP və ALP ilə yanaşı, çürümüş AXCP (i) də real olaraq, buraxılmaq təhlükəsi ilə üzləşib. Çünki bir-iki üzvü qalmış partiyalarda indi salam verməyə bir şəxs tapılmır. Ona görə də, onların mövcudluqları barəsində bu gündən sabaha güman qalmayıb.

Digər xəbərlər