PDF Oxu

Müxalifət

  • 16

Əli Kərimov Serj Sarkisyanı sevindirib

Əli Kərimov Serj Sarkisyanı sevindirib
Noyabrın 7-də keçirilən parlament seçkilərində müxalifət növbəti dəfə acı və biabırçı məğlubiyyətin ağuşundan çıxa bilmədi. Cəmiyyətin dəstəyindən kənara qalmış radikal müxalifət yetkililəri artıq öz məğlubiyyətlərinin acığını çıxarmaq üçün müəyyən uydurma bəyanatlar, ucuz fikirlər səsləndirirlər. Bu sıradan AXCP (i) sədri Əli Kərimov yenidən fəallıq nümayiş etdirməkdədir.
O, ermənilərlə işbirliyini genişləndirmək və qarşılıqlı şəraitdə münasibətlər yaratmaq üçün müəyyən addımlar atmağa başlayıb. Axır vaxtlar radikal müxalifət düşərgəsində baş verən anormal prosesləri diqqətdə saxlayan müəyyən qüvvələr bundan öz maraqları naminə istifadə etməyə çalışırlar. Daxili ziddiyyətlər məngənəsində sıxılan və heç bir imkana malik olmayan müxalifət partiyaları üçün acı sonluğun başlanğıcında saman çöpündən yapışmaq belə çıxış yolu kimi qiymətləndirilir. Ona görə də, bu gün müxalifət düşərgəsində bir qədər özünü fəal göstərməkdə maraqlı olan şəxslər müəyyən addımlar atmaq niyyətinə düşüblər. Ə.Kərimovun bu aktivliyi isə, müxalifətdaxili çəkişmələrdə nə uğur əldə etmək, nə də düşərgədəki rəqiblərini sıradan çıxarmaq prinsipinə əsaslanır. Bu dəfə AXCP (i) sədri milli maraqlar üzərindən tullanaraq, siyasi bazarlıq etmək iddiasına düşüb. Belə ki, AXCP (i) sədri həm partiyasının parlament seçkisindəki acı məğlubiyyətindən sonra mətbuata açıqlamasında növbəti dəfə ölkəmizin bir nömrəli problemi olan Dağlıq Qarabağ məsələsində istənilən şərtlə güzəştin tərəfdarı olduğunu bildirib. O, hətta bir qədər də irəli gedərək, AXCP (i) hakimiyyətə gələrsə, Dağlıq Qarabağ problemində ermənilərə istənilən şərtlə güzəştə gedib, məsələnin həllinə nail olacağını da vurğulayıb. Ə.Kərimov bu açıqlaması ilə Ermənistandakı dostlarını bir qədər xoşhal etsə də, onun nə dərəcədə şikəst bir düşüncəyə malik olduğu növbəti dəfə öz sübutunu tapmış olub. Çünki dəfələrlə AXCP (i) sədri bu cür sərsəmləmələrlə diqqət mərkəzində olub. Amma danılmaz bir fakt isə, ondan ibarətdir ki, bu gün radikal müxalifət düşərgəsində Ə.Kərimovun düşüncəsində olanlar da az deyildir. Onlar istənilən məsələdə şəxsi dividend əldə etmək niyyətini güddükləri üçün məhz bu cür bəyanatlarla çıxış edirlər.
İnkaredilməz bir fakt da ondan ibarətdir ki, AXCP (i) sədri xarici donor təşkilatların əlində bir vasitəyə çevrilib. Məhz bu donor təşkilatların ayırmış olduğu vəsaitlərin hesabına, hələ də, öz mövcudluğunu nümayiş etdirməyə çalışan Ə.Kərimovun son vaxtlar erməni lobbisi ilə sıx əlaqələrinin olduğu faktı da meydana çıxıb. Ə.Kərimov tərəfindən ermənilərə Dağlıq Qarabağ məsələsində istənilən güzəştin edilməsi ilə bağlı səslənən fikir də, bu əlaqələrin tərkib hissəsi kimi qiymətləndirilir. Elə bu məqamda ermənilərə Azərbaycanın tarixi ərazilərinin güzəştə gedilməsi və düşmən dövlətin maraqlarına xidmət edən bəyanatın Ə.Kərimov tərəfindən səsləndirilməsi Serj Sarkisyan tərəfindən sevinclə qarşılanıb. Görünür, S.Sarkisyan Eynulla Fətullayevdən sonra ikinci dostunun bu yanaşmasından çox məmnun olub. Məhz düşmən dəyirmanına su tökənlər, Şuşanı qəsb edən erməni tanklarının üstündə şəkil çəkdirənlər, erməni kilsələrində zori balayanlarla şam yandıranlar hələ də müxalifət düşərgəsində Dağlıq Qarabağı ermənilərə güzəştə getmək barəsində plan hazırlayırlar. Görünür, şəxsi keyfiyyətləri ilə yanaşı, milli xüsusiyyətlərini də çoxdan itirmiş Ə.Kərimov üçün sonuncu məqam məhz bu cür "iş" planı işə yekunlaşırmış.
Sadəcə olaraq, Ə.Kərimov, hələlik, gözləmə mövqeyindən kənara çıxmaq istəmir. Əgər o, açıq şəkildə dırnaqarası fəaliyyətini qura bilsə, heç şübhəsiz ki, onun S.Sarkisyanla da gizlin əlaqələrinin olması faktları ortaya çıxar. Amma təəssüf və təəccüb doğuran bir məqam da ondan ibarətdir ki, milli-mənəvi dəyərlərdən, vətənpərvərlik hisslərindən tamamilə uzaq düşmüş müxalifət yetkililərinin antiazərbaycan mövqeli qüvvələrlə əməkdaşlığı son zamanlar daha qabarıq şəkildə nəzərə çarpmaqdadır.

Digər xəbərlər