PDF Oxu

Müxalifət

  • 18

ƏLİ KƏRİMOV VƏ İSA QƏMBƏROV ÖZLƏRİNƏ BAŞQA MƏŞĞULİYYƏT AXTARCAQLAR

ƏLİ KƏRİMOV VƏ İSA QƏMBƏROV ÖZLƏRİNƏ BAŞQA MƏŞĞULİYYƏT AXTARCAQLAR

Noyabrın 7-də Azərbaycanda növbəti parlament seçkiləri keçirildi. Beynəlxalq müşahidəçilərin də vurğuladıqları kimi yüksək seçici fəallığı ilə keçirilən bu seçkilər də əvvəlki seçkilər kimi demokratikliyi və şəffaflığı ilə yadda qaldı. Ümumilikdə, bu parlament seçkiləri bütün siyasi partiyaların prosesdə iştirakı, Mərkəzi Seçki Komissiyasının iclaslarının açıq olması, namizədlərə 4 dəqiqəlik efir vaxtının verilməsi, milli azlıqların prosesdə geniş şəkildə iştirakına şəraitin yaradılması və digər bu kimi müsbət məqamlarla tarixə düşdü.
Amma yarıtmaz siyasəti, yaramaz əxlaqi dəyərlərə malik olması ilə seçilən və tanınan radikal müxalif ünsürlər yenə də ənənələrinə sadiq qalaraq, seçkilərin nəticələri ilə bağlı sərsəm ifadələr səsləndirirlər. Ancaq radikal müxalifətçilərin iddialarının və ənənəvi hay-küylərinin heç bir əsası olmadığını yerli və beynəlxalq təşkilatlardan olan müşahidəçilərin reallığı əks etdirən fikiləri ilə alt-üst edirlər. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun uzunmüddətli müşahidə missiyasının rəhbəri Odri Oliver radikal müxalifətə ibrət ola biləcək mövqe də bildirir: "Demokratiya güclü müxalifət tələb edir. Lakin onları kimin seçdiyini biz müəyyənləşdirmirik. Onları seçicilər seçir, müxalifət nümayəndələrini seçib seçməmək onlardan asılıdır".

İSA QƏMBƏROV ÖZÜNÜ ƏLİ KƏRİMOVA NİSBƏTƏN AĞILLI GÖSTƏRMƏYƏ ÇALIŞIR

Doğrudan da, demokratiya güclü müxalifət tələb edir. Lakin təəssüflər olsun ki, Azərbaycanda mövcud radikal müxalifət lazım olan gücü daxildə deyil, xaricdə axtarmağa çalışır. Onlar elə hesab edirlər ki, xarici maraqlı güclər qarşısında nə qədər çox öhdəlik götürsələr, ətraflarına nə qədər qaranlıq keçmişə malik şəxsləri toplasalar, milli-mənəvi dəyərlərdən, azərbaycançılıq məfkurəsindən nə qədər uzaq düşsələr, o qədər güclü olarlar. Ancaq bu zavallılar istənilən siyasi qüvvənin söykəndiyi başlıca gücün xalq olduğunu hələ də dərk etmək iqtidarında deyillər. Onların bunu dərk etməməsi isə həmin düşərgəni xalqdan tamamilə uzaq salıb. Necə ki, biz bunu noyabrın 7-də keçirilən seçkilərin nəticələrində də gördük. Daha doğrusu, insanlar millətin və dövlətin mənafeyini xarici güclərin maraqlarına satanlara bir daha, özü də daha qətiyyətli şəkildə "yox" dedi.
Hələ seçkidən öncə müxalifətin xalqdan səs ala bilməyəcəyi məlum idi. Amma hər dəfə çıxışlarında bunu inkar edən, özlərini "ən şanslı" adlandıran İsa Qəmbərov və Əli Kərimov seçki marafonunda geridə qaldılar. Ə.Kərimovu öz keçmiş əqidə yoldaşı Fərəc Quliyev ayaqlar altında tapdaladısa, jurnalist Etibar Hüseynov da İ.Qəmbərovu bir o qədər əzmiş oldu. Ənənəvi şəkildə seçkinin nəticələrini tanımayacağı haqqında bəyanatlar verən, xalqın iradəsi ilə barışmaq istəməyən bu qüvvələr, görəsən, hansı səbəblərdən uduzduğunu, xalqdan səs ala bilmədiyini anlayırmı? Araşdırmalar və ötən siyasi proseslərin nəticələri, onu deməyə əsas verir ki, onların düzəlməsi, səhvlərdən nəticə çıxarmaları qeyri-mümkündür. Çünki bu bədbəxtlər müstəqil deyillər. Hərəsinin dalında bir xarici fondlardan olan ceklər, conlar dayanıb. Yəni pul verib, əllərində it oynadan kimi oynadırlar. Düzdür, aradabir İ.Qəmbərov Ə.Kərimovdan ağıllı olduğunu göstərməyə çalışır. İddia edir ki, ona xaricdən maliyyə yardımları göstərilsə də, bunun müqabilində Ə.Kərimov kimi ortalığa salınıb oynadılmır.

ƏLİ KƏRİMOV DAHA ÇOX MÜXTƏLİF POZALARDA ŞƏKİL ÇƏKDİRMƏYİ XOŞLAYIR

Seçkinin nəticələri açıqlandıqdan sonra yalandan haray salan, Azərbaycanda gedən demokratik seçki prosesinə kölgə salmağa çalışan İsa Qəmbərov erməni müxalifətinin lideri ilə əməkdaşlıq müqaviləsi bağlayanda, bilməliydi ki, Azərbaycan xalqı bu növbəti satqınlığının qarşısında onu özünə vəkil etməyəcək. Təbliğat-təşviqat dövründə yaramaz ünsürlərdən olan dostları ilə küçədə müxtəlif pozalarda şəkil çəkdirib, gözdən pərdə asmağa çalışan Ə.Kərimov bunula düşük yerinə qoyulacağını başa düşməli idi. Təbii ki, İ.Qəmbərovun və Ə.Kərimovun AXC hakimiyyəti dönəmində etdikləri də xalqın yadından çıxmayıb. Kürsü savaşı ucbatından ölkəni qan çanağına çevirən, vətəndaşları qarşı-qarşıya qoyan, Azərbaycanı separatçılıq meydanına döndərən İ.Qəmbərov və Ə.Kərimov, görəsən, hansı üzlə xalqın qarşısına çıxıb, "bizə seçki dəstəyi verin" deyirlər?
İsa Qəmbərov, Ə.Kərimov və onların rəhbərlik etdiklərii "siyasi dilənçilər"in hər zaman Qərbdə özlərinə dayaq axtarmaları hamıya bəllidir. Maraqlıdır ki, "bu dayaqlar" Ə.Kərimov və İ.Qəmbərovun xəyanət damarını yaxşı bilirlər və ondan məharətlə istifadə edirlər. Bir neçə il bundan öncə, Avropa Liberal- Demokratlar Partiyalar İttifaqının sıralarına daxil olan Müsavat partiyası qondarma erməni "soyqırımı"nı tanıyan, cinsi azlıqların hüquqlarının müdafəsi ilə məşğul olan bir qurumla əməkdaşlıq etdiyini bilmirdimi? Və ya bir neçə ay öncə, əli Azərbaycan xalqının qanına batmış ermənilərlə "qardaşlıq" müqaviləsi bağlayan İsa Qəmbərov hesab edirdi ki, Azərbaycan xalqı bu addımına görə ona təşəkkür edəcək? Əsla! siyasi karyerası dövründə yalnız ona-buna yarınan, xalqın və dövlətin maraqlarını öz şəxsi ambisiyaları üçün qurban verənlərin aqibəti İsa Qəmbərovdan yuxarı olmur.

ƏLİ KƏRİMOV ƏXLAQSIZLIQ VƏ YARAMAZLIQ SİMVOLUNA ÇEVRİLİR

Ə.Kərimov son illər öz fəaliyyəti ilə antimilli mövqeyini açıq şəkildə nümayiş etdirib. Özünün maliyyə və digər maraqlarını reallaşdırmaq üçün Azərbaycanın əleyhinə olan xarici qüvvələrlə əməkdaşlıq edən AXCP (i) sədri əsl mahiyyətini ortaya qoyub. Eləcə də, onun öz ətrafına topladıqları şəxslərin də kifayət qədər ziddiyyətli, milli maraqları qurban verənlər, əxlaqi keyfiyyəti aşağı, quldurluqla məşğul olanlardan və s. ibarət olduğu aydın görünür. Fakt kimi ermənilərlə əməkdaşlıq edən Ruslan Bəşirlini, əxlaq məsələləri ilə bağlı "məşhurlaşmış" Qənimət Zahidovu, Azər Əhmədovu və Aqil Xəlili, həmçinin, quldurluğa görə həbs olunmuş Qabil Məmmədrzayevi göstərmək olar. Əlbəttə ki, ətrafına belələrini toplamış birisinə insanlar heç zaman etimad göstərməz.
Bir sözlə, son olaraq qeyd etmək yerinə düşər ki, bu seçkilərdə seçicilər hətta müxalifət təmsilçiləri arasında seçim etmək məcburiyyətində qaldıqları halda necə seçim etdiklərini ortaya qoydular. Yəni seçicilər radikal, dağıdıcı, xarici güclərin oyuncağına çevrilən, siyasi dilənçilik edən müxalifət təmsilçilərinə deyil, konstruktiv, azərbaycançılıq məfkurəsindən çıxış edən əsl müxalifət təmsilçilərinə səs verdilər. Ə.Kərimov və İ.Qəmbərov kimi siyasi dilənçilərə isə "yox" dedi. Yəni onları bir daha tarixin zibilliyinə göndərdi. Yəqin ki, bundan sonra İ.Qəmbərov və Ə.Kərimov özlərinə başqa məşğuliyyət axtarmalı olacaqlar.

Digər xəbərlər