PDF Oxu

Müxalifət

  • 15

Müxalifətin milli xəyanət taktikası

Müxalifətin milli xəyanət taktikası
Bir qədər öncə ölkə mediasında AXCP (i) və Müsavata müxtəlif öhdəliklər müqabilində xaricdən maliyyə ayrılacağı barədə məlumat yayıldı. Erməni mətbuatında isə bildirilirdi ki, AXCP (i) sədri Əli Kərimov xarici dairələrdən yardım müqabilində Dağlıq Qarabağ münaqişəsinin istənilən yolla həllinə hazır olduğunu bildirib. Bundan ruhlanan ermənilər müxtəlif kanallarla AXCP (i)-yə və onun sədri Əli Kərimova dəstək vermək üçün hərəkətə keçiblər.
Bir neçə gün öncə, Almaniyanın Potsdam şəhərində Azərbaycan, Ermənistan və Gürcüstanın siyasi partiyaları arasında birgə bəyannamə imzalanıb. Sənədə Müsavat partiyasının sədri İsa Qəmbərov, Erməni Ümummilli Hərəkatının sədri Aram Manukyan və Gürcüstan Respublikaçı Partiyasının sədri David Usupaşvili imza atıblar. Tərəflər Cənubi Qafqazda münaqişələrin dinc yolla nizamlanmasına dair üzərilərinə öhdəlik götürüblər.
Sənədin mətni tam açıqlanmasa da, Müsavatdakı məlumatlı mənbənin verdiyi məlumata görə, sənəddə Dağlıq Qarabağ münaqişəsi və ümumiyyətlə, Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı Azərbaycanın maraqlarına zidd digər məsələlər də öz əksini tapıb. Göründüyü kimi, ölkə mətbuatında "AXCP (i)-Müsavat" blokunun xarici dairələr qarşısında öhdəlik götürdüyü, İsa Qəmbərov və Əli Kərimovun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ermənipərəst qüvvələrlə işbirliyinə getdikləri və milli maraqlarımıza qarşı çıxdıqları əyani şəkildə öz təsdiqini tapır.
Ən dəhşətlisi isə odur ki, İsa Qəmbərov Azərbaycan torpaqlarının işğalını həyata keçirmiş Erməni Ümummilli Hərəkatı (EÜH) ilə sazişə imza atır. Erməni Milli Konqresinin əlaqələndiricisi Levon Zurabyan EÜH -in Müsavat ilə Potsdamda imzaladığı birgə bəyannaməni şərh edərkən deyib ki, "EÜH Qarabağ məsələsində heç bir güzəştə getmədən azərbaycanlıların sülhpərvər ifadələr səsləndirməsinə nail oldu. Halbuki Ermənistan rəhbərliyi indiyədək çoxsaylı güzəştlərə getsə də, Azərbaycanın hərbi ritorikasını dəyişə bilməyib."
Göründüyü kimi, ölkə mətbuatında lAXCP (i)-Müsavat" blokunun xarici dairələr qarşısında öhdəlik götürdüyü, İsa Qəmbərov və Əli Kərimovun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ermənipərəst qüvvələrlə işbirliyinə getdikləri və milli maraqlarımıza qarşı çıxış etdikləri əyani şəkildə öz təsdiqini tapır.
Bu fakt, şübhəsiz ki, xarici qüvvələrin sifarişi ilə gerçəkləşdirilib və müxalif düşərgənin antimilli mövqedə dayandığını, öz hakimiyyət maraqlarının təmin olunması üçün Azərbaycan xalqının və dövlətinin əleyhinə istənilən sənədə imza atmağa hazır olduğunu göstərir.
Azərbaycan torpaqları məhz Erməni Ümummili Hərəkatının lideri Levon Ter-Petrosyanın Ermənistan prezidenti olduğu zaman işğal edilib və hazırda adıçəkilən hərəkat Dağlıq Qarabağ məsələsində ölkəsinin təcavüzkar siyasətini davam etdirən Serj Sarkisyanı belə xəyanətdə və satqınlıqda suçlayır.
Siyasi ambisiyalar naminə düşmənlə əməkdaşlıq etmək o deməkdir ki, öz dövlətinə də, öz millətinə də düşmənsən. Xatırladaq ki, İsa Qəmbərov bir müddət öncə elə Almaniyanın özündə cinsi azlıqları müdafiə edən partiya ilə saziş imzalamışdı. Təbii ki, bu, bizim milli dəyərlərimizə, mentalitetimizə zidd bir addım olduğundan, cəmiyyətdə pis qarşılanmışdı. Ermənilərlə son əməkdaşlıq məsələsi isə, müxalifətin hakimiyyət üçün hər cür satqınlığa, milli xəyanətə hazır olduğunu göstərir.
Ermənilər artıq bütün dünyaya bəyan ediblər ki, Azərbaycanın aparıcı müxalifət partiyası ilə demokratik inkişaf, istərsə də, digər məsələlərlə bağlı mövqeləri birdir. Sənəddə yazılır ki, bölgədəki proseslər sülh yolu ilə həll olunmalıdır. Burada işğal olunmuş ərazilərin azad olunmasından söhbət getmir. Özünü həddən artıq ağıllı hesab edən İsa Qəmbərov orada bu məzmunda bir cümlə də yazdırmır ki, işğal olunmuş ərazilər azad olunsun. Heç olmasa, təklif edə bilərdi, amma etməyib. Çünki bunda maraqlı deyil.
Bundan başqa, tapşırıq onlara Qərbdən gəlib. Əgər müxalifət lideri azərbaycanlılara qarşı soyqırımda birbaşa iştirak edən və barələrində cinayət axtarışı olan şəxslərlə saziş imzalayırsa, ondan bu millətə xeyir gəlməz. Vətənə və millətə bundan böyük xəyanət olmaz.

Digər xəbərlər