PDF Oxu

Müxalifət

  • 13

Ədəbsizlik və tarakanlar yuvası

Ədəbsizlik və tarakanlar yuvası
AXCP (i) və "Azadlıq" qəzeti rəhbərlərinin mənəvi-əxlaqi cəhətdən aşınmaya uğraması artıq heç kəsə sirr deyil. Söhbət ondan gedir ki, sözdə ədəb-ərkandan, əxlaqdan, mədəniyyətdən, saflıqdan dəm vuran bu şəxslər əməldə bunun tam əksini sübut edirlər. Ədəbsizlikləri, əxlaqsızlıqları aşkar olunanda da utanmadan deyirlər ki, bu, bizim şəxsi həyatımızdır və heç kəs bizim şəxsi işlərimizə qarışa bilməz. Belə məqamda isə deyirlər ki, adətən, öz gözündə tiri görməyən başqasının gözündə tükü seçir.
Belələrinin milli-mənəvi dəyərlərimizə zidd əməlləri, əxlaqsız həyat tərzi barədə KİV-lərdə çoxsaylı faktlar açıqlanıb. Əslində, hər zaman suyu bulandırıb balıq tutmaq istəyən, məqsədli şəkildə müxtəlif qalmaqallar yaradaraq, gündəmdə qalmağa çalışan bu şəxslərin belə hərəkətləri qətiyyən təəccüblü deyil. Korporativ maraqları naminə işğalçı Ermənistanın siyasi dairələri ilə iş birliyinə getməyə hazır olan belə adamlar şərəf, ləyaqət, qürur hissini çoxdan itiriblər.
Bir müddət əvvəl, Xocalı soyqırımı günü "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid və qəzetin direktoru Azər Əhmədovun "Üç palma" restoranında içkili halda əxlaqsızlıqla məşğul olmaları faktı aşkar olunanda, bəziləri bunu təsadüf sanmışdı. O zaman onların hər ikisi ciddi-cəhdlə özlərini təmizə çıxarmağa çalışaraq, iddia edirdilər ki, guya içkili olduqlarından fahişələrin qoynuna necə düşmələrindən xəbərləri olmayıb. Bu barədə - hadisənin necə baş verməsi haqqında televiziya və mətbuatda təkzibolunmaz materiallar verildikdən sonra bu şəxslər qeyri-ciddi şəkildə iddia edirdilər ki, guya, əxlaqsız qadınları zorla onların yatağına salıblar.
Lakin sonradan baş verən bir sıra olaylar, bir neçə gün əvvəl isə lYoutube" portalında və lFaacebook" sosial şəbəkəsində Azər Əhmədovun əxlaqsız əməlləri haqqında yayılanlar, videokadrlar belələrinin gerçək simasını, daha doğrusu, simasızlığını bir daha ortaya qoydu. Hərdən AXCP (i) və "Azadlıq" qəzetinin rəhbərləri bu tipli məlumatların onları gözdən salmaq üçün, qəsdən yayıldığını iddia edirlər. Lakin "Azadlıq" qəzeti daxilində baş verənlər bunun tam əksini sübut edir. Bu qəzetin keçmiş və indiki əməkdaşlarının açıqladığı bir sıra faktlar burada qəzetdaxili mühitin həddən atıq dözülməz olduğunu göstərir. Eyni zamanda, bu qəzetdə baş verənlərin göstəricisi yalnız yuxarıda sadalanan faktlar deyil. Belə ki, məlum rolik internetdə yayılmamışdan öncə də, qəzetdəki iyrənc daxili mühit, maliyyə fırıldaqları barədə çoxsaylı məlumatlar yayılırdı.
Diqqəti çəkən odur ki, "Azadlığ"ın sabiq əməkdaşı Mirzə Sakit məlum rolik-internetdə yayımlanandan 1 gün əvvəl axar.az saytına müsahibəsində bir çox qaranlıq mətləblərə aydınlıq gətirmişdi.
Həmin müsahibədə Mirzə Sakit bildirirdi ki, deputatlığa namizəd kimi qeydə alınmaq üçün lazım olan sənədləri toplayarkən, "Azadlıq" qəzetinin rəhbərliyi ona bu qəzetin işçisi olması barədə arayış verməkdən imtina edib: "Yaşayış yerimdən arayış almaq üçün getdim Nərimanov rayon Mənzil-İstismar Sahəsinə. YAP-ın üzvü olan rəis məni çox mehribanlıqla qarşıladı və lazım olan sənədi hazırlayıb verdi. Sonra mən neçə illər can qoyduğum, çalışdığım "Azadlıq" qəzetindən iş yeri kimi arayış istədim. Qəzet rəhbərliyi mənə belə bir arayış verdi ki, filan vaxtdan filan vaxta qədər "Azadlıq" qəzetində köşə yazıları yazıb. Həbsdə olanda "Azadlıq" qəzetinin matah əməkdaşı idim. Çünki bu rəhbərliyə sərf edirdi. Artıq hamıya məlumdur ki, mən həbsdən azad olunandan sonra "Azadlıq" qəzetindən uzaqlaşdırıldım. Yazılarımı vermədilər. Görünür, xarici təşkilatlardan qrant alıb yeməkdən ötrü qəzet rəhbərliyinə mənim həbsdə qalmağım daha çox sərf edirmiş. Çünki həbsdən azad olunandan sonra məni işdən uzaqlaşdırdılar. Sənəd gərək olanda isə, bəlli oldu ki, heç mən bu qəzetin işçisi olmamışam. O zaman qəzet rəhbərliyindən soruşuram, bəs niyə görə, həbsdə olanda məni qəzetinizin əməkdaşı adlandırırdınız, buna israr edirdiniz, yəni mənə verdiyiniz arayışdakı kimi təqdim etmirdiniz? Həbsdən çıxandan sonra mənim yazılarımı vermədilər. Aclıq elan etdim. Yenə xeyiri olmadı".
Bu deyilənlərdən aydın görünür ki, qəzetin rəhbərliyi öz əməkdaşına münasibətdə aşkar şəkildə fırıldağa, qeyri-səmimiliyə yol verib, əmək qanunvericiliyinin tələblərini - həm Əmək Məcəlləsinin, həm də Cinayət Məcəlləsinin müvafiq maddələrini kobud şəkildə pozub. Mirzə Sakit qəzet rəhbərliyinin maliyyə fırıldaqları barədə söylədikləri də bunu əyani şəkildə sübut edir. Maraqlıdır ki, bütün bunları başqası yox, məhz neçə illərdir "Azadlıq" qəzetinin və AXCP (i) rəhbərliyinin qəhrəman kimi təqdim etdiyi Mirzə Sakit söyləyib və qəzetin maliyyə fırıldaqlarını ifşa edib. Əgər bir qədər əvvəl müxalif həmkarlarını fanatikcəsinə müdafiə edən Mirzə Sakit onlardan bu qədər narazıdırsa, onda "Azadlıq"da çalışan digər işçilərin vəziyyətini təsəvvür etmək çətin deyil. O, qəzetin böyük maliyyə maxinasiyalarına yol verdiyini, işçilərin halal haqlarını mənimsədiyini də dilə gətirib. Diqqəti çəkən odur ki, Mirzə Sakit bütün bunlarda məhz Azər Əhmədovun günahkar olduğunu açıq şəkildə deyib: "Son bir ildə üst-üstə "Azadlıq" qəzetinə 100 mindən çox pul gəlib. Gerd Butserius Fondunun "Şərqi Avropada azad mətbuat" pul mükafatı, KİV-ə Dəstək Fondu, Prezidentin yardımıyla birgə bu qədər məbləğin üstünə qəzet satışından da əldə edilən gəliri gələk. Hanı bu qədər pul? Hara axır? Qəzetin gəliri şəffaf olmadığından və şəffaflığa nəzarət mexanizmi olmadığından, bu pulları işçilər görmür".
Deyəsən, Mirzə Sakit Azər Əhmədovun bu pulları hara xərclədiyini öyrənmək üçün çox da gözləməli olmayıb. Cəmi bir gün sonra internetdə yayılan videorolik "Azadlıq" qəzeti işçilərinin halal pullarının necə harama çevrildiyini aşkara çıxarıb. Bəlli olub ki, redaksiy anın hesabına daxil olan maliyyə vəsaitindən 5-10 manata qıyıb, adi bir zibilqabı almaq istəməyən Azər Əhmədov bu pulu çox böyük səxavətlə əxlaqsız qadınlara xərcləyir. İşçilərin natəmizlik və antisanitariya şəraitində çalışması isə onu qətiyyən narahat etmir. Çünki natəmizliyə, napaklığa və zinakarlığa çoxdan alışıb.

Digər xəbərlər