Azər Əhmədovun ailəsi dağılır
Radikal müxalifət düşərgəsində baş verən bütün eybəcərliklər və iyrənc əməllər buradakı şəxslərin simasını yenidən cəmiyyət üçün bəlli etmiş oldu. Xarici donor təşkilatların yerli icraçıları kimi çıxış edən radikal müxalifət ünsürlərinin bu çirkin əməlləri son günlər daha qabarıq şəkildə görünməkdədir.
Nəzərə alsaq ki, gələn ay ölkəmizin ictimai-siyasi həyatında mühüm əhəmiyyət kəsb edən parlament seçkilərinin keçirilməsinə az bir müddət qalıb. Amma müxalifət düşərgəsində, hələ də, bu prosesə şəxsi prizmadan xarici təşkilatların diqtəsi ilə yanaşanlar mövcuddur. Bütün bunlardan əlavə müxalifətin iyrənc ünsürlərinin biabırçı əməlləri də, gündəmi zəbt etməkdədir. Bu mənada, "Azadlıq" qəzetinin baş direktoru Azər Əhmədovun "Facebook" sosial şəbəkəsində yayımlanan biabırçılıqla dolu intim videogörüntüsü müxalifətin ümumi simasını daha açıq şəkildə qabartmış oldu. Belə ki, məlum videogörüntü də özünün 16 yaşlı baldızı qızı ilə biabırçı şəkildə intim münasibətdə olan A.Əhmədov fakt ortaya çıxdıqdan dərhal sonra, "Azadlıq" qəzetində tutmuş olduğu vəzifədən istefa vermişdir. Sonradan belə bir məlumata yayıldı ki, A.Əhmədov cəmiyyət qarşısına çıxa bilməməkdən "ar edərək" Türkiyəyə qaçıb. Eyni zamanda, A.Əhmədovun Azərbaycan kişisinə yad olan bu cür iyrənc əməlləri onun ailəsi tərəfindən də hiddətlə qarşılanıb. Məhz bu fakt ortaya çıxdıqdan sonra, A.Əhmədovun həyat yoldaşı ondan boşanmaq üçün Nəsimi rayon məhkəməsinə müraciət edib. Öz növbəsində, əlaltılarının bu cür eybəcər hərəkətlərindən heç bir utanc hissi keçirməyən AXCP (i) sədri Əli Kərimov faktı ört-basdır etmək üçün müəyyən üsullara da əl atıb. Həmişə bu cür iyrənc işlərə "böyük ustalıqla" yanaşan Ə.Kərimov növbəti dəfə hiyləsinin baş tutmasından bərk məyus olub.
Belə ki, bir müddət öncə AXCP (i) sədri Əli Kərimovun köməkçisi vəzifəsində çalışan Qabil Məmmədrzayev bir qrup cinayətkar şəxslə əlbir olaraq, vətəndaşların evlərinə basqınlar həyata keçirirmiş. Məhz bu cür cinayətkar üsullarla əldə olunan çirkli pullar isə AXCP (i) sədri Əli Kərimova çatdırılırmış. Lakin sonradan hüquq-mühafizə orqanlarının səyi nəticəsində məsuliyyətə cəlb olunan Əli Kərimovun köməkçisi bu cür yollarla əldə olunan pulları liderinə çatdırdığını etiraf edib. Bundan əlavə, AXCP (i)-nin mətbu orqanı kimi fəaliyyət göstərən "Azadlıq" qəzetinin əməkdaşı Aqil Xəlilin də iyrənc əməlləri Ə.Kərimovun simasını yenidən cəmiyyətə təqdim etmiş oldu. Özünün "kişi" sevgilisi ilə aralarındakı insident nəticəsində bıçaqlanan Aqil Xəlil ona liderlik edən Ə.Kərimov tərəfindən az qala "qəhrəman" kimi təqdim edilirdi. Məhz sonradan A.Xəlillə uzun müddət "sevgili" olmuş Sergey Strekalin bıçaqlanmanın onun tərəfindən qısqanclıq zəminində törədildiyini etiraf etmişdir. Elə bu faktdan sonra cəmiyyətin ona qarşı olan münasibətini nəzərə alan A.Xəlil iyrənc əməllərini Fransada davam etdirmək qərarına gəlir.
AXCP (i) sədri Ə.Kərimovun əlaltılarının bir-birinin ardınca bu cür iyrənc əməllərinin ortaya çıxması ümummüxalifət düşərgəsindəki vəziyyətin nə dərəcədə acınacaqlı olduğunu bir daha təsdiqləmiş oldu. Məhz bu cür iyrəncliklərin ardınca Ə.Kərimovun mətbu orqanı kimi fəaliyyət göstərən "Azadlıq" qəzetinin baş direktorunun, yuxarıda qeyd etdiyimiz kimi, iyrənc hərəkətlərinin meydana çaxması da, radikal müxalifətin böyük bir çirkab içində olduğunu isbatlayır.
Qeyd edək ki, A.Əhmədov məlum biabırçı videogörüntüdən sonra Gürcüstana, ordan da Türkiyəyə qaçdığı barəsində Ə.Kərimov tərəfindən məlumatlar yayılmışdı. Lakin sonradan məlum oldu ki, A.Əhmədov heç də xarici ölkədə deyil. O, hal-hazırda "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidin Şamaxı rayonunda fəaliyyət göstərən mərkəzi univermağın yanında yerləşən evində gizlənib. Eyni zamanda, məlum vidogörüntüdə ona partnyorluq etmiş baldızı qızı da hal-hazırda A.Əhmədovla birlikdə Qənimət Zahidin Şamaxıdakı evinə sığınıblar. Bir faktı da diqqətinizə çatdıraq ki, "Azadlıq" qəzetinin baş direktoru A.Əhmədovla məlum biabırçı vidoegörüntüdə olan qızın 21 yaşlı rəfiqəsi hazırda Qənimət Zahidlə eşq macəraları yaşamaqdadır. Digər bir mənbə isə Q.Zahidin həmin xanımı AXCP (i) sədri Ə.Kərimovun evində gizlətdiyi haqda məlumat verir.
Radikal müxalifət düşərgəsində baş verən bu cür eybəcərliklər isə, təbii ki, cəmiyyətin növbəti dəfə hiddəti ilə qarşılanıb. Çünki boğaza qədər çirkaba batmış müxalifət ünsürlərinin bundan sonra daha biabırçı əməllərinin ortaya çıxacağı gözlənilir.