PDF Oxu

Müxalifət

  • 13

Azər Əhmədov Qənimət Zahidovun Şamaxıdakı evində gizlənir

Azər Əhmədov Qənimət Zahidovun Şamaxıdakı evində gizlənir
Mənəviyyatsızlığı, əxlaqsızlığı özlərinə peşə edən müxalifət partiya liderləri və onların təsiri altında olan mətbu orqanların rəhbərliyi iyirmi ilə yaxındır ki, daxili aləmləri kimi sifətlərini də dəyişə bilməyiblər. Görünür buna görədir ki, el arasında "qozbeli qəbir düzəldər" deyirlər.
Bəziləri bunun radikalların meydan təfəkküründən hələ də qurtula bilməmələri ilə bağlı olduğunu bildirsələr də, əslində, səbəblərdən biri də, onların hələ uşaqlıqdan mənəviyyatlarının pozulmaları ilə əlaqədardır. Elə radikalların təxribat maşını olan qəzetlərinin baş bilənlərinin də əxlaqsızlığa daha çox meyil göstərmələri "atı atın yanına bağlasan həmrəng olmasa da, həmxasiyyət olar" məsəlindən irəli gəlir.
"Yeni Müsavat", "Bizim yol" və "Azadlıq" qəzeti rəhbərlərinin mənəvi aşınmaya uğraması və milli-mənəvi dəyərlərimizə zidd əməlləri, pozğun və əxlaqsız həyat tərzi barədə KİV-lərdə çoxsaylı faktlar açıqlanıb. Həmin şəxslər ciddi ictimai qınağa məruz qalıb, cəmiyyət qarşısında tam ifşa olunublar. "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun qəzetin əməkdaşı ilə Türkiyədə min hoqqadan çıxması barədə saytlarda və mətbu orqanlarda müxtəlif pozalarda fotolar yayılması hər kəsə bəlli olan məlumatdır. R.Arifoğlunun fotolara biganə qalması və bu məsələ ilə bağlı ona verilən suallara cavab vermək istəməmsi əxlaqsızlığın yeni formalarından hesab oluna bilər.
Eyni zamanda, Xocalı soyqırımı günü "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidov və qəzetin direktoru Azər Əhmədov "Üç palma" restoranında içkili halda əxlaqsızlıqla məşğul olmaları barədə televiziya və mətbuatda çoxsaylı materiallar verilib. Həmin dövrdə bu şəxslər məsələnin quraşdırıldığını və təxribata məruz qaldıqlarını iddia etsələr də, cəmiyyətdə buna inanan olmadı. Sonralar isə qəzetin redaksiya dəhlizlərində utanıb çəkinmədən "bu bizim şəxsi işimizdir" deyə bildirmişlər.
Bir neçə gün əvvəl isə A.Əhmədovun daha biabırçı vidieokadrları yayımlandı. "Youtube" portalında və "fecebook" sosial şəbəkəsində Azər Əhmədovun əxlaqsız əməlləri haqqında videokadrlar əks olundu. Təbii ki, ətürpədici mənzərə televiziyaların bu kadrları sonadək yayımlamağa imkan vermir. Həmçinin, mətbuat mənəvi dəyərləri tapdalayaraq məsələ barədə ətraflı yaza bilmədi. Lakin cəmiyyət mətbuat səhifələrində ona əxlaq dərsi keçən, hakimiyyət, tanınmış ictimaiyyət nümayəndələri haqqında olmazın uydurmalar yayan bu şəxslərin əslində kim və hansı mənəviyyat daşıyıcıları olduqlarını bilməlidirlər.
Təkzib edilməsi qeyri-mümkün olan və Azərbaycan milli mənəvi əxlaqına zidd olan bu kadrlardan sonra hansı AXCP(i) üzvü və ya "Azadlıq" qəzetinin müxbiri özündə cəsarət tapıb kimlərisə günahlandıra bilər və cəmiyyət bundan sonra onların uydurmalarına inana bilərmi? Əgər Əli Kərimovda azda olsa siyasi mədəniyyət olsaydı, tabeçiliyində olan şəxslərin əxlaqsız davranışına görə, AXCP(i) sədrliyindən istefa verərdi. Necə ki, bu yaxınlarda Türkiyədə ana müxalifətinin lideri olan Dəniz Baykal ifşa edilməsinə görə, partiya sədrliyindən istefa vermişdir. Ə.Kərimov isə yalnız, A.Əhmədovu qurban verməklə kifayətlənməli oldu. Hətta Ə.Kərimov dezinformasiya yaydırdı ki, guya hadisədən dərhal sonra Azər Əhmədov Gürcüstan vasitəsilə Azərbaycanı tərk edib və hazırda Türkiyədədir. Lakin indi məlum olub ki, o, əslində, Azərbaycandan heç bir yerə getməyib və Qənimət Zahidovun Şamaxıdakı evində gizlənir.
Videoda A.Əhmədovla birlikdə olan qızın kimliyi də maraq doğurur. Araşdırmalar zamanı məlum olub ki, həmin qız A.Əhmədovun yaxın qohumudur və hələ yetkinlik yaşına çatmayıb. Etika naminə həmin qızın kimliyi barədə məlumat vermirik. Hazırda həmin qız da A.Əhmədovla birlikdə gizlənir. Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarında araşdırma başlandığı barədə məlumat var. Məlumata görə, videokadrlarda A.Əhmədovla bir yerdə olmuş qızın rəfiqəsi Qənimət Zahidova yaxın olub və o da A.Əhmədova qoşularaq Şamaxıya gedib. Q.Zahidov tez-tez Şamaxıya, A.Əhmədov və öz rəfiqəsinin yanına gedib gəldiyi barədə məlumatlar var.
Göründüyü kimi, bu insanlar heç bir halda, öz bəd əməllərindən və əxlaqsızlıqlarından geri çəkilmək niyyətində deyillər və sağlam düşüncəli, pak əqidəli vətəndaşlarımıza, bütün cəmiyyətə meydan oxumaqda davam edirlər.

Digər xəbərlər