İsa Qəmbərov Azər Əhmədova əxlaq dərsi verir
Onsuz da pərakəndə və dağınıq halda olan müxalifət partiyaları parlament seçkilərinin son mərhələsində daha biabırçı vəziyyətlə üzləşiblər. Düşərgədə bir-birini söyüb təhqir etmək, gözdən salmaq adi hala çevrilib. Dünən bir-birinə dost deyən partiya funksionerləri parlament seçkiləri ilə əlaqədar olaraq, biri digərini ittiham hədəfinə çevirib. Hazırkı mərhələdə əsas rolda Müsavat və AXCP (i) funksionerlərinin olduğunu desək, səhv etmərik. Bir neçə gün əvvəl Müsavat Ali Məclisinin keçmiş üzvü Tapdıq Abbas partiyadan istefa verməsi ilə "açdı sandığı, tökdü pambığı" məsəlinə uyğun olaraq, Müsavat başqanı İsa Qəmbərov və onun müavini Arif Hacıyev haqqında ən ilkinc ittihamlar səsləndirdi.
T.Abbas dolayısı ilə hər iki partiya liderini xarici qüvvələrə işləməkdə günahlandırdı. Doğrudan da, bir qədər sonra İ.Qəmbərovun Almaniyada Erməni Ümummilli Hərəkatının lideri Aram Manukyanla qarşılıqlı əməkdaşlığa dair müqavilə imzalaması haqda T.Abbasın ittihamlarının heç də əsassız olmadığı üzə çıxardı. Azərbaycandakı bəzi siyasətçilər İ.Qəmbərovun erməni müxalifətinin lideri ilə əməkdaşlıq müqaviləsinin imzalanmasını rəzalət kimi dəyərləndirdilər.
İ.Qəmbərovun əməli rüsvayçılıq olduğu halda, özünü eşitməzliyə, bəzən isə lallığa qoyur. Hətta bir qədər də uzağa gedərək, bəzən əqidə dostlarına, məfkurə yoldaşlarına əxlaq dərsi keçməyə çalışır. A.Əhmədovun bu günlər internet saytlarında bir qadınla eşq, məhəbbət macərası yaşaması və açıq-aşkar şəkildə kişiyə xas olmayan hərəkətlərlə dolu videogörüntünün yayımlanmasına İ.Qəmbərov özünəməxsus şəkildə münasibət bildirib. İ.Qəmbərov "Ferq.Tv" onlayn internet televiziyasının qonağı olarkən, özünü heç də qonaq kimi aparmayıb, ənənəvi ampluasından çıxış etməyə üstünlük verib. İlk öncə, ailədən kənar seksin tərəfdarı olmadığını bildirən İ.Qəmbərov "Azadlıq" qəzetinin keçmiş direktoru Azər Əhmədovun əməlini pisləyib. Başqanın bildirdiyinə görə, guya A.Əhmədov ictimai fiqur olub və ona görə də, hərəkətlərində diqqətli olmalı idi: "Eşitdiyimə görə, o, evli adamdır. Əgər onun bu qədər seksə ehtiyacı vardısa, bəs ailə qarşısındakı məsuliyyəti nə qədərdir? Bu, düzgün hal deyil."
İ.Qəmbərov A.Əhmədovun əxlaqsız hərəkət ilə müxalifətə problemlər yaratdığını da bildirib. Fikrini də onunla əsaslandırıb ki, A.Əhmədov AXCP (i)-nin mətbu orqanı olan bir qəzetin rəhbərlərindən biri kimi, ümumilikdə, müxalifətə problemlər yaradan addım atıb.
Müsavat başqanı son fikirləri ilə həm də AXCP (i) sədri Ə.Kərimova "şapalaq vurmaqdan" da çəkinməyib. Bununla parlament seçkilərində məğlub olacaqları halda, günahın əsas hissəsinin AXCP (i)-yə aid olacağına işarə vurub. Çünki əvvəlki vaxtlar olsaydı, İ.Qəmbərov ən azı bu məsələ ilə bağlı verilən suala qeyri-müəyyən şəkildə cavab verərdi. Necə ki, vaxtilə "Palmalı" restoranında Qənimət Zahidovla Azər Əhmədov əxlaqsız hərəkətlər etdikləri barədə fotogörüntülər mətbuata çıxarıldığı zaman İ.Qəmbərov daha çox susmağa üstünlük vermişdi. Bu mövzuda verilən suallara isə, "yaxşı olardı ki, bu sualın cavabını AXCP (i) rəhbərliyi versin" deyə bildirmişdi. Hazırkı məqamda isə, A.Əhmədov olayını İ.Qəmbərov birbaşa AXCP (i)-nin günahı kimi dəyərləndirir. A.Əhmədovu qınamaqla, özünü əxlaqlı göstərməyə çalışan İ.Qəmbərov bununla həm də insanlara münasibətlərində Ə.Kərimovla onun arasında fərqin olduğunu göstərməyə çalışır. Amma bir məsələ var ki, "Müasir Müsavat" partiyasının sədri Hafiz Hacıyev dəfələrlə İ.Qəmbərovun əməllərində sapmaların olduğunu söyləyib. Hətta 2003-cü il prezident seçkiləri zamanı İ.Qəmbərov haqqında H.Hacıyev yazılması etik normalara sığmayan itttihamlar səsləndirmişdir. Müsavat başqanının İstanbul sərgüzəştlərindən danışan H.Hacıyev buna görə, İ.Qəmbərovun siyasi proseslərdə iştirakının yolverilməz olduğunu qeyd etmişdir.
Bir sözlə, "öz gözündə tük seçmir, başqasının gözündə tük axtarır" məsəlinə uyğun olaraq, İ.Qəmbərov Ə.Kərimova açıq şəkildə deyə bilmədiklərini A.Əhmədovun qabırğasına döşəyib. Yəqin ki, rüsvayçı hərəkətlərindən sonra ölkədən didərgin düşərək Türkiyəyə qaçan A.Əhmədov İ.Qəmbərovun əxlaq dərsinə münasibət bildirəcək. Yəqin ki, A.Əhmədovu dövriyyəyə buraxan Ə.Kərimov İ.Qəmbərov haqqında ustadnamə dedizdirəcək.