PDF Oxu

Müxalifət

  • 19

"Seçkiərəfəsi demokratlar"

"Seçkiərəfəsi demokratlar"
Müxtəlif zamanlarda müxalifət düşərgəsinin icazəsiz, qeyri-qanuni, səviyyəsiz, düşünülməmiş mitinqlər və piketlər keçirməyə cəhd etdiyini dəfələrlə görmüşük. Onu da görmüşük ki, həmin mitinqlərdə 30-40 nəfərdən çox adam olmayıb. Maraqlısı da budur ki, radikal müxalifətin keçirmək istədiyi mitinq və piketlər ölkədə keçiriləcək seçkiərəfəsi başlayır. Mitinq də baş tutmayanda, başlayırlar hay-küy salmağa ki, ölkədə, nə bilim, "demokratiya" boğulur "iqtidar təzyiqlər edir", "imza toplamağa imkan verilmir" daha nələr, nələr... Adama deyərlər ki, ay... seçici səni tanımırsa, sənə etibar etmirsə, buna hakimiyyət neyləsin?! Bu günlərdə keçirilən bir tədbirdə ADP sədri Sərdar Cəlaloğlu iqtidar partiyasına yalvarışlı müraciət edərək bildirdi ki, "neyləyək ki, seçici imza vermək əvəzinə, qapını üzümüzə bağlayır. Olmaz ki, bizə də kömək edəsiniz?" Belə olan halda, soruşmaq istərdik ki, ay seçkilərə qatılmaq istəyən radikallar, oktyabrın 10-da keçirəcəyiniz mitinqə kimlər qatılacaq? Hələ bir gedin imza toplayın, sonra da mitinq keçirin. Bir də, özünüz demişkən, müxalifətdə 20-30 il olmağınıza baxmayaraq, hələ indiyə qədər 200 imza belə toplaya bilmirsiniz. Topladığınız o imzaları da üzünüzə üzlük tutaraq min bir tənələri götürməklə yığmısınız. Sərdarın bir ifadəsi də yadıma düşdü: "İmza toplamağa kimi göndərim? Yanımda bir-iki nəfər adam var, onlar da dirənirlər üzümə. Deyirlər ki, seçici nəinki imza verir, bizi elə isladır ki..." Ay S.Cəlaloğlu, "islanmışın, yağışdan nə qorxusu". Belə olan halda, hansı üzlə bir də mitinq və piket keçirmək istəyinə düşürsünüz? Axı yaxşı bilirsiniz ki, 17-18 ildir ki, həm xalq, həm də öz funksionerləriniz sizin uğursuzluğunuza nifrət edir. Görünür, hələ də 1991-ci ilin ab-havası ilə yaşayırsınız və "bəlkə də baş tutdu" xəyallarınızın həyata keçiriləcəyinə əmin olursunuz. Bir də, iqtidarı ölkədə demokratiyanın olmaması ilə günahlandırmaqla özünüzü düşərgə sakinlərinin qarşısında "təmizə" çıxarmaq istəyirsiniz. Ancaq bir anlığa "demokratiya carçıları"ndan soruşmaq istərdik ki, "demokratik" anlayışın nə demək olduğunu başa düşürlərmi? Əgər başa düşsəydilər, o zaman icazəsiz mitinqlər keçirməzdilər və onlara ayrılmış yerlərdən istifadə etmək əvəzinə, icazə verilməyən ərazilərdə piketlər keçirməyə cəhd göstərməzdilər. Belə olduğu təqdirdə, öz vətəndaşlarının rahat yaşamasına xüsusi diqqət və qayğı ilə yanaşan dövlətimiz müxalifətin icazəsiz mitinqlərinin qarşısını alırsa və onları insanları narahat etməyə qoymursa, sizcə, bu, demokratiyanın pozulmasıdır? Bu fikirlərlə razılaşan ADP sədri Sərdar Cəlaloğlu onu da bildirdi ki, müxalifəti bu vəziyyətə salanlar Ə.Kərimov və İ.Qəmbərov kimilərdir. Ona görə də, müxalifət düşərgəsində demokratiyanın mənasını anlamırlar: "Mən neçə illərdir ki, "demokratiya adı altında çıxış edən müxalifət liderlərində demokratik şüurun olduğunun şahidi olmamışam. Buna görə də, bu gün hansısa siyasi mübarizədən söhbət gedə bilməz. İkinci bir tərəfdən, seçkiyə qatılırlarsa, gedib seçiciləri ilə dil tapsınlar, iş görsünlər. Yoxsa seçkiərəfəsi mitinqlər keçirməklə qələbə qazanmaq ağılsızlıqdır. Çünki 5-10 nəfərlə mitinq keçirmək olmaz. Mitinqdə 10-15 min adam iştirak etmədisə, onu mitinq adlandırmaq olarmı?" S.Cəlaloğlunun sözlərinə görə, özünü "ana" müxalifət adlandıranlar özləri öz aralarında dialoqa girə bilmirsə, bir-biriləri ilə yol gedə bilmirlərsə, hansı birlikdən və yaxud da demokratiyadan danışırlar? "Düşünürəm ki, bir-biri ilə təmasa girməyən siyasi təşkilatlar antidemokratik qüvvələrdir. Bunun başqa izahı yoxdur. Əks halda, gərək məsələyə ikili standartla yanaşaq. Demokratik mübarizə üsulu tələb edir ki, ən müxtəlif çalarları, rəngarəngliyi özündə birləşdirsin. Yəni seçim bir neçə nəfərin, təşkilatların deyil, çoxlu sayda insanların, təşkiltların arasında aparılsın. Ə.Kərimov və i.qəmbərovlar deyirlər ki, yox, biz birliyə ancaq Elçibəy ideologiyasının, Rəsulzadə ideyasının daşıyıcılarını seçməliyik. Mən də deyirəm ki, bu, demokratik mübarizəyə ziddir. Onlar da məni qınayırlar ki, nəyə görə belə deyirsən?! Axı bilmirlər demokratiya nədir? Bu da onu göstərir ki, müxalifətin demokratiyadan uzaqlaşma prosesi gedir" deyə S.Cəlaloğlu bildirmişdir. ADP sədri müxalifət düşərgə sakinlərinin öz şəxsi ambisiyalarını demokratiya pərdəsi altında həyata keçirdiklərini bildirib: "Nəticədə onlar insanlar arasında nüfuzlarını, inamlarını və etibarlarını itiriblər. Həm də elə itiriblər ki, bir daha qazana bilməyəcəklər. Biz də onların "qurbanına" çevrilmişik. Xarici təşkilatlardan çoxlu maddi vəsait alan "bəy"lər bu vəsaitləri ancaq özlərinə xərclədikləri üçün onların partiyasının üzvləri artıq etiraz etməyə və partiyadan uzaqlaşmağa başlayıblar. Belə bir vəziyyətdə seçkiərəfəsi "özündən deyən" "bəy"lərin oktyabr ayının 10-da mitinqlər keçirmək haqqında bəyanatlarının nə mənası? Mənə elə gəlir ki, bu gün özünü müxalifət adlandıran partiyaların hamısına müxalifət demək olar. Sadəcə olaraq, onların bəziləri iqtidara həddindən artıq yaxındır, bəziləri uzaqdır. Bəziləri siyasi mübarizə ilə düşmənçiliyi qarışdırır, bəziləri isə heç mübarizə aparmırlar. Kim özünü müxalifət adlandırırsa - çoxda ki, gecə iqtidara işləyir - o, müxalifət olur. Deyirlər müxalifət iqtidarın əlinə işləyir. Onda mən sual verirəm, bə xalq kimin əlinə işləyir? Xalq onun siyasətindən razılıq edir. Deməli, müxalifət də bu hökumətin siyasətindən razıdır da".

Digər xəbərlər