Uzun müddətdir ki, düşərgədə mövcud olan qalmaqallarda və münaqişələrdə aparıcı rolda çıxış edən "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu indi də, özünün növbəti hiyləsinə əl atıb. Payızda keçiriləcək parlament seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürmüş R.Arifoğlunun özü ətrafında süni ajiotaj yaratması hiddət doğurur.
Ölkəmizdə mövcud olan Seçki Məcəlləsinin tələb və prinsiplərinə əsasən, hər bir namizəd müəyyən olunmuş vaxt müddətində özünün təbliğat və təşviqatı ilə məşğul ola bilər. Amma göründüyü kimi, R.Arifoğlu özünün bazar qaydalarından çıxış edərək, növbəti dəfə şou yaratmaqda maraqlı görünür. Çünki o, həmişə mənsub olduğu düşərgədə digərlərindən fərqli olduğunu göstərməyə çalışıb. Elə bu məqsədlə də, R.Arifoğlu son iki həftədə əməlli-başlı özünün reklam "iş"ini qurmağa cəhd edib. Parlament seçkilərində namizədlər üçün ayrılmış reklam müddətinin start götürməsinə müəyyən bir vaxtın qalmasına məhəl qoymayan "Yeni Müsavat" qəzetinin baş redaktoru indidən əl-ayağa düşüb. Keçən həftə qəzetinin redaksiyasında əlaltılarını toplayıb, onlara yeni göstərişlər və təlimatlar verən R.Arifoğlu artıq müəyyən "iş"lərə başlamağın vaxtının da çatdığını bildirmişdi. Məhz bu hadisədən dərhal sonra bir sıra adamlarına özünün İstanbulda çəkdirdiyi şəkillərinin üzərinə müəyyən pafoslu sözlər yazdırıb, küçə divarlarına yapışdırtdıran R.Arifoğlu, nədənsə, qanun və qaydalara həmişəki kimi tabe olmaq istəmir. Deputat olmaq üçün dəridən-qabıqdan çıxmağa hazır olan R.Arifoğlu bu aralarda nə pis hərəkət desən, onu etməyə hazır görünür.
Qeyd edək ki, ölkəmizdə Seçki Məcəlləsinin prinsip və tələblərinə uyğun olaraq, seçkiyə müəyyən vaxt qaldıqdan sonra namizədlər üçün təbliğata və təşviqata rəsmi şəkildə icazə verilir. Amma R.Arifoğlu kimi başa düşməzlərə bu qanunu gündə yüz dəfə başa sal, yenə də, başa düşmürlər. Problemin kökündə də, məhz bu anlaqsızlıq və qanmazlıq prinsipi dayanır ki, görəsən, bu tipajlar nə vaxta qədər öz havalarında olub saymazlıq edəcəklər? Bir daha R.Arifoğlunun yadına salmaq istəyirik ki, bu prinsiplər hamı üçün eynidir. Yoldaş Arifoğlu, sizi yuxarıdan səbətlə-zadla atmayıblar ki, şəkillərinizi də, indidən küçə divarlarına, körpü dirəklərinə yapışdırtdırasınız! Bir məsələyə də aydınlıq gətirək ki, R.Arifoğlunun şəkil məsələsində bu dərəcədə həssaslıq etməsi məlum səbəbdən başa düşüləndir. Emosiyalara və hisslərə qapılıb Türkiyənin İstanbul şəhərinin Laləlilər məhəlləsində çəkdirdiyi şəkillərə baxıb aludə olmuş R.Arifoğlu bəlkə heç etdiklərinin fərqində deyil? Adam yəqin ki, hələ də, oralarda yaşamış olduğu "hiss"lərin təsirindən çıxa bilməyərək, "aparın şəkillərimi yapışdırın" deyə kuryerlərinə göstəriş verib. Öz aramızdır, R.Arifoğlu bu şəkillərə baxıb nə hisslər keçiribsə, Müsavat başqanı İsa Qəmbərov da belə bir hissə qapılıb. Amma birdən yaddaşı pozulmuş Qəmbərovun yadına düşüb ki, "bir-iki günə Almaniya və Kambocada olacam, oradan maraqlı şəkillər çəkdirib gətirib divarlara vurduraram".
Bir məsələni də qeyd edək ki, R.Arifoğlunun bu şəkil məsələsi onun özü üçün də, gözlənilməz olub. Birdən-birə belə bir addım atmış "Yeni Müsavat" qəzetinin baş redaktoru mənsub olduğu düşərgədə bir çoxlarının hiddəti ilə qarşılanıb. Əksər partiya sədrləri R.Arifoğlunun görməmişlikdə suçlayaraq, ona bir qədər təmkinli olmağı, hər şeyə bu dərəcədə həssas yanaşmamağı tövsiyə ediblər. Axı onların özləri hər bir məsələyə guya ağılla yanaşırlar. R.Arifoğlu kimisinin isə belə bir məqamda özü ətrafında süni şəkildə ajiotaj yaratmaq cəhdləri hər bir halda, ikrah doğurmaqdadır. Çünki cəmiyyət bilir ki, R.Arifoğlu, İ.Qəmbərov, Əli Kərimov və onlara oxşarlar kimlərdir və kimlərin quludur. Ona görə də, bu tipajların özləri və adları ətrafında yaratmaq istədikləri süni qalmaqallar ucuz şou müğənnilərinin hərəkətlərindən başqa heç nəyə bənzəmir. Seçkidə, onsuz da, heç bir uğur əldə etməyəcəyinə əmin olan, ancaq bu prosesə müəyyən təşkilatlardan pul qoparmaq xatirinə qoşulan müxalifət yetkililəri üçün sonun başlanğıcı, deyəsən, yaman biabırçı görünür. Əgər belə olmasaydı, bu gün radikal müxalifət təmsilçilərinin bütün eybəcərlikləri cəmiyyətə gün kimi aydın olmazdı. Aydın olan digər bir məqam isə, ondan ibarətdir ki, zamanın acı arxivinə son dərəcə yaxın olan radikal müxalifət üçün hər bir şeyin sonu çoxdan başlayıb. Sadəcə olaraq, onlar bu gün öz mövcudluqlarını hiss etdirməkdə maraqlı görünürlərsə, bu, onların nə dərəcədə çirkab içində çabaladıqlarına işarədir.
Bir faktı da əlavə edək ki, R.Arifoğlu son günlər əlaltılarını təbliğat-təşviqat kampaniyası başlamadan küçə və xiyabanlarda özünün platformasını əks etdirən fotoşəkillər və materiallar "yapışdırmaq kampaniyasına" məcbur edib. Eyni zamanda, R.Arifoğlu öz çirkin əməllərini platformasında əks etdirərək, onu rəhbərlik etdiyi "Yeni Müsavat" qəzetinin səhifələrində çap etdirir. Elə buna görədir ki, bu işdə ona havadarlıq edən xarici donor təşkilatlarının göstərişlərinə zərgər dəqiqliyi ilə "əməl edən" R.Arifoğlu mənsub olduğu düşərgədə deqradasiya olunmuş şəxs kimi tanınır.
R.S. Rauf Arifoğlunun qaranlıq keçmişi, İstanbulun Laləlilər məhəlləsindəki "macəraları", onun seçkiyə kimlərin və hansı donor təşkilatların diqtəsi ilə qatılması barədə böyük rezonans yaradacaq məlumatları izləyin.