PDF Oxu

Müxalifət

  • 15

"Eurovision" Mahnı Müsabiqəsinin milli seçim turuna start verilib

"Eurovision" Mahnı Müsabiqəsinin milli seçim turuna start verilib
"Eurovision" mahnı müsabiqəsinin Azərbaycan üzrə təşkilatçısı və yayımçısı olan İctimai Televiziya və Radio Yayımları Şirkəti 2011-ci ildə Almaniyada keçiriləcək növbəti müsabiqədə ölkəmizi təmsil edəcək ifaçını müəyyən etmək üçün milli seçim turuna start verib. Müsabiqə tam olaraq "Eurovision" mahnı yarışmasının qaydalarına və tələblərinə uyğun aparılacaq. Seçim turunda şəffaflığı və obyektivliyi təmin etmək, ictimaiyyətin rəyini öyrənmək məqsədi ilə peşəkar münsiflər heyəti ilə yanaşı, tamaşaçıların da rəyi eyni dərəcədə nəzərə alınacaqdır. Yaşı 16-dan yuxarı olan, öz istedadına və peşəkarlığına güvənənlər müsabiqəyə qatıla bilərlər. Müsabiqə iştirakçıları gözəl səsi, rəqsetmə bacarığı və səhnə mədəniyyəti ilə fərqlənməlidirlər. Bütün müraciət edənlər arasında yalnız 100 nəfər seçim turuna buraxılacaqdır.

Digər xəbərlər