PDF Oxu

Müxalifət

  • 9

AXCP(i)-Müsavat bloku dağılır

AXCP(i)-Müsavat bloku dağılır
Payız gəlməmiş saralan yarpaq kimi müxalifət düşərgəsində də, seçkilər başa çatmamış qopmalar, istefalar ara-sıra müşahidə olunmağa başlayıb. Xüsusilə də fəaliyyətlərini yalnız xarici maraqlı qüvvələrin sifarişləri əsasında quran radikal müxalifət partiyaları daxilindən qopmalar daha çox diqqəti cəlb edir. Çünki bu partiyalardan olan istefalar kollegial orqanlarda təmsil olunan şəxslərdir. Düzdür, partiyalara şəxsi əmlakları kimi baxan Əli Kərimov, İsa Qəmbərov, İqbal Ağazadə, Lalə Hacıyeva, Sərdar Cəlaloğlu və digərləri şirnikləndirici vasitələrdən istifadə etməklə qopmaların qarşısını almağa çalışırlar. Məsələn, əldə olunan məlumatlara görə, Gözəl Bayramovanın, Qabil Hüseynlinin, Vaqif Hacıyevin, İbrahim Vəliyevin, Nəsiman Məmmədlinin istefa qərarından çəkindirilməsində onların hər birinə 1750 manant pulun verilməsi olub. Amma bu cür metodlar heç də bütün hallarda müxalifət liderlərinin işinə yaramır. Elə hallar olur ki, fikirlərində qəti olan və heç bir şirnikləndirici vədləri qəbul etmək istəməyən müxalifət yetkililəri, eləcə də, sıravi üzvlər partiyalardan istefa verirlər. Statistik məlumatlara əsasən, demək olar ki, yalnız imza toplama kampaniyasına start verilməsi prosesindən sonra radikal müxalifət düşərgəsindən, ümumilikdə 123 nəfər istefa verib. Ehtimal olunur ki, seçkilərin başa çatmasından sonra istefalar kütləvi xarakter alacaq. Hətta bəzi partiyaların buraxılması və tarixin arxivinə atılması prosesi daha diqqətçəkən olacaq. Çünki seçki uğursuzluğundan sonra siyasətdə qalmağın onlar üçün rüsvayçılıq gətirdiyini dərk edənlər çıxış yolunu siyasi mənsubiyyətlərini dəyişməkdə görəcək və bununla bağlı konkret addım atacaqlar.

Digər xəbərlər