PDF Oxu

Müxalifət

  • 14

Radikal müxalifət düşərgəsində boş çoxluğa xidmət edən bloklar

Radikal müxalifət düşərgəsində boş çoxluğa xidmət edən bloklar
İctimai-siyasi proseslərdə hələ də, özünü təsdiq etməyi bacarmamış radikal müxalifət partiyaları hər seçkiöncəsi özlərini reklam etmək üçün müəyyən oyunlara əl atırlar. Nəzərə almaq lazımdır ki, tamamilə xarici donor təşkilatların asılılığında olan müxalifət partiyalarının istənilən proses öncəsi özlərini nümayiş etdirmələri onların maraqları müstəvisində olur. Çünki riyakar müxalifət ünsürləri bu və ya digər prosesə ancaq şəxsi maraqlar müstəvisində qatılmağa üstünlük verirlər. Onların milli və digər vətənpərvər məsələlərdə tutmuş olduqları mövqe hər kəsə məlumdur. Özlərini tamamilə "Soros" və "Nauman" kimi fond və təşkilatların quluna çevirmiş isa qəmbərovlar, əli kərimovlar, lalə hacıyevalar, eldar namazovlar elə onların sifarişi ilə də gündə bir məntiqdən çıxış edirlər. Bir məsələni də diqqətə çatdıraq ki, bu il ölkəmizin həyatında mühüm əhəmiyyətə malik olan parlament seçkilərinin vaxtı yaxınlaşdıqca, radikal müxalifət düşərgəsində də anormal proseslər baş verməkdədir. Yağışdan sonra çoxalan göbələklər kimi, radikal müxalifət düşərgəsində hal-hazırda demək olar ki, addım başı bir oyuncaq bloka rast gəlmək olur. Proqnozlaşdırıldığı kimi düşərgədə hər seçkiöncəsi yaradılan blok və birləşmələr də, sadəcə olaraq, mövsümi xarakter daşıyır. Hələ seçkinin başlanmasına müəyyən bir vaxt qalmış ortaya atılmış bu cür oyun və hiyləgərliklər müxalifətin hansı imkan və gücə malik olduğunu növbəti dəfə aşkara çıxarmışdı. Amma bu dəfə də, düşərgədə özlərini hamıdan ağıllı göstərməkdə iddialı olan Müsavat başqanı İsa Qəmbərov və AXCP (i) sədri Əli Kərimov nəhayətdə öz gücsüzlüklərini sığortalamaq üçün seçki bloku yaratmağa qərar verməli oldular. Hələ bu günə qədər də, başa çatmayan bu qərarın icrası İ.Qəmbərov və Ə.Kərimovun bütün iyrənc işlərini açıq şəkildə cəmiyyətə nümayiş etdirdi. Məlum oldu ki, heç bir halda, radikal müxalifət düşərgəsində iki tərəfin bütün prinsipial cəhətləri kənara ataraq, birləşməsi mümkünsüzdür. "AXCP (i)-Müsavat" seçki blokunun yaradıldığını elan edən İ.Qəmbərov və Ə.Kərimov cütlüyü də sonradan başlarının daha böyük qalmaqala girəcəyindən xəbərsiz idi. Belə ki, AXCP (i)-nin namizədi kimi irəli sürülmüş Qənimət Zahidov Müsavatın namizədinə güzəştə getməyəcəyini, eyni zamanda, Müsavat ali məclisinin sədri Sülhəddin Əkbər AXCP (i) namizədinə güzəştə getməmək barəsində konkret qərar verib. Bu isə hər iki partiya arasındakı münasibətlərə yeni bir baxış tələb edir ki, sonluqda yenidən tərəflərin düşmənçilik prinsiplərini bərpa edəcəyi qaçılmaz görünür. Analoji hal ADP və "Ümid" partiyası tərəfindən yaradılmış "Qarabağ" seçki blokunda da baş verməkdədir. Burada da, ADP sədri Sərdar Cəlaloğlu daha çox Qarabağ müharibəsi əlillərinin blokun namizədi kimi göstəriləcəyini bildirsə də, amma qohumbazlığı ucbatından, vədinə əməl etməyərək, öz qardaşının namizədliyini önə çəkib. Bu addım isə təbii olaraq, "Ümid" sədri İqbal Ağazadə tərəfindən birmənalı qarşılanmayıb. İ.Ağazadə S.Cəlaloğlu ilə aralarındakı razılaşmanı birmənalı şəkildə pozduğunu və ona əlaqələrdəki dinamizmi davam etdirməkdə əlindən gələni etməyi tövsiyə edib. Amma bunun əksinə olaraq, S.Cəlaloğlu öz hərəkətində heç bir qəbahətin olmadığını bildirib. O, qeyd edib ki, qardaşı da Qarabağ müharibəsində iştirak edib. Ona görə də, blok tərəfindən qardaşının da "Qarabağ" seçki bloku tərəfindən namizədliyi dəstəklənməlidir deyən S.Cəlaloğlu kimin bu məsələdən narahat olmasının onun üçün heç bir önəm kəsb etmədiyini də dilə gətirib. Müxalifətin iki çılğın nümayəndəsinin bu məsələyə görə, sakit qalması isə sual doğurur. Çünki az keçməz ki, tərəflər arasında bu problem üzündən böyük bir qalmaqal yaşanar. Müxalifət üçün tipik cəhətlərdən olan birinin sözünün başqasının boğazından keçməməsi ALP və "VİP" tərəfindən yaradılmış "İnsan naminə" seçki blokunda da, özünü açıq şəkildə göstərməkdədir. Məhz böyük bir qalmaqalın olacağından və növbəti dəfə biabırçılıqla üzləşəcəyindən ehtiyat edən ALP lideri Lalə Hacıyeva parlament seçkilərinə qatılmaqdan imtina edib. O, bir müddət öncə, blokun vahid namizədi kimi göstərilsə də, sonradan fikrini dəyişməklə tərəfdarlarını çıxılmaz durumda qoymuş olub. Ona görə də, bu gün bu blokda da əsəblərin tarıma çəkildiyini müşahidə etmək olar. Ümumilikdə isə, hazırda düşərgədəki çaxnaşma və yeni-yeni yaradılmış blokların bir-birinə qarşı dayanması müxalifət üçün yaxşı heç nə vəd etmir. Proqnozlar və düşərgədə olan hadisələr onu deməyə əsas verir ki, payızda keçiriləcək parlament seçklərində böyük uğursuzluqla və acı məğlubiyyətlə barışmaq istəməyən radikal müxalifət qüvvələri məhz sonluqda özləri-özlərinə qarşı dayanacaqlar. Çünki bu cür hallar müxalifət üçün heç də yeni bir tendensiya deyil. 2003-cü ildə keçirilmiş prezident seçkiləri, 2005-ci ildə keçirilən parlament seçkiləri və bunun ardınca 2008-ci ildə növbəti dəfə keçirilən prezident seçkisi, 2009-cu ildə keçirilmiş bələdiyyə və referendum müxalifətin ümumi mənzərəsini cəmiyyət üçün dəfələrlə açıq şəkildə nümayiş etdirdi. Məhz bu seçkilərin ümumi sonluğunda isə müxalifət yetkililəri qazanmış olduqları acı məğlubiyyətin səbəblərini bir-birilərinin ayağına yazmaqla özlərini sığortalamağa çalışdılar. Elə bu parlament seçkilərindən sonra da, analoji vəziyyətin baş verməsi gözləniləndir.

Digər xəbərlər