PDF Oxu

Müxalifət

  • 9

Mühafizəkar müxalifətin neobolşevik baxışlarında ziddiyyətlər

Mühafizəkar müxalifətin neobolşevik baxışlarında ziddiyyətlər
Parlament seçkilərdə iştirak edən radikal müxalifət partiyaları xarici donor təşkilatlardan qrant almaq üçün gərgin iş aparır. Xarici qrantlar hesabına müstəqil siyasət yeritmək imkanlarından məhrum olan destruktiv qüvvələr, demokratiya libaslı avantür meyilərin daşıyıcısına çevrilib. Xalqın dəstəyindən məhrum müxalifət partiyalarının siyasi baxışlarında xarici qüvvələrin maraqlarına uyğun fəaliyyət istiqaməti onların məruz qaldığı siyasi böhranla şərtlənir. Radikal müxalifəti təmsil edən partiya nümayəndələri siyasi fəaliyyətlərini əsasən hökumətin həyata keçirdiyi islahatları kor-koranə tənqid etməklə, yanlış rəy formalaşdırmaq üzərində köklənib. Azərbaycanda siyasi hakimiyyətin uzun illər ərzində həyata keçirdiyi iqtisadi inkişaf proqramlarına, uğurlu inkişaf strategiyasına qarşılıq olaraq, radikal müxalifət populist şüarlar səsləndirməklə kifayətlənir. Neobolşevik xarakterini bütün çılpaqlığı ilə ortaya qoyan radikal müxalifəti təmsil edən partiyalar zaman-zaman belə iddialarla çıxış edərək hakimiyyətə gələcəkləri təqdirdə, Azərbaycanın milli maraqlarına belə yenidən baxılması kimi məsələlər ətrafında fikirlər səsləndirirdilər. Bu radikal müxalifət təmsilçilərinin şüurunun nisbi müstəqilliyinin kommunizm prinsipləri üzərində köklənməsi təsadüfi deyil.
İmitasiya xarakteri daşıyan mövsümi birlik modelləri əsasında sosial dayaqlarını tamamilə itirən ultraradikallar yalnız mətbuat vasitəsilə mövcudluqlarını büruzə vermək istəyirlər. Sosial dayaqları tamamilə tükənmiş radikal müxalifətin xaricdən dəstək gözləməsi, Qərbin dünyaya sırımağa çalışdığı "demokratiya prinsipləri" nihilist və inkarçı qüvvələrin siyasi xarakterindən irəli gəlir. Azərbaycandakı pozitiv inkişaf meyillərini siyasi məğlubiyyətlərini pərdələmək məqsədilə arqumentsiz formada müzakirə obyektinə çevirən partiyaların şər-böhtan kampaniyası üzərində qurulan seçki təbliğatı mühafizkar sütunlar üzərində qurulub. Seçki ərəfəsində mühafizəkar müxalifətin neobolşevik baxışlarının nəticəsidir ki, fərdin hüququndan deyil, xalqın adından və hüququndan daim ağız dolusu danışır. Radikal müxalifət "millətlərin öz müqəddəratlarını təyin etmək" hüququndan da öz təbliğatlarında sui-istifadə edir, ətraflarına bu yolla sosial dayaqlar toplamağa çalışırlar. AXC-nin şinelindən çıxan AXCP (i), "KAXCP", Müsavat və digər radikal müxalifət partiyalarının "siyasi ənənələr"i müasir siyasi mübarizə prinsiplərindən uzaq düşüb. Hakimiyyət uğrunda mübarizədə əsasən zorakı metodlara, dağıdıcı üsullara, ifrat radikallığa söykənən partiyaların parlament seçkiləri ərəfəsində birgə koalisiya yaratmaq iddiasının tərkib hissəsidir. Bununla yanaşı, Azərbaycanda demokratiyanın yoxluğunu iddia edən radikallar Azərbaycan gerçəkliyinə şər və böhtan atan, qara yaxan donosları beynəlxalq qurum və təşkilatlara göndərməklə antiazərbaycançı şəbəkənin ruporuna çevriliblər. Bir sıra donor beynəlxalq donor təşkilatlarının postsovet ölkələrində ictimai institutların maliyyələşdirilməsi vasitəsilə "demokratiyanın inkişafına" göstərdiyi yardımların Azərbaycan müxalifəti tərəfindən mənimsənilməsi faktları məlumdur. Ayrılan yardımların mənimsənilməsi birbaşa Azərbaycan müxalifətinin şəxsi maraqlarından qaynaqlanır. Araşdırmalar nəticəsində məlum olub ki, ayrılan vəsaitlər müvafiq proqramların icraçısı və iştirakçısı olan fərdlər tərəfindən mənimsənilir. Məhz radikal müxalifətin neobolşevik baxışlarında yaranan ziddiyyətlərin nəticəsidir ki, postseçki ərəfəsində Azərbaycanın bir müstəqil ölkə kimi köklü dövlətçilik maraqlarını firqə maraqlarına qurban verərək, seçkilərin beynəlxalq təsisatlar tərəfindən keçirilməsi xahiş edilmişdi. Postseçki dövrünün reallıqlarında radikal müxalifətin pozucu xarakteri, ictimai-siyasi sabitliyin pozulmasına xidmət edən təxribat xarakterli bəyanatları ölkəmizin beynəlxalq imicinə ləkə salmaq istəyindən doğur.

Digər xəbərlər