PDF Oxu

Müxalifət

  • 7

"Seçkiərəfəsi demokratlar"

"Seçkiərəfəsi demokratlar"
Müxtəlif zamanlarda biz müxalifət düşərgəsinin icazəsiz, qeyri-qanuni, səviyyəsiz, düşünülməmiş minitqlər və piketlər keçirməyə cəhd etdiyini gördük. Bu mitinqlərin hər birində 3-5 insan iştirak edərək yalan, boş-mənasız ifadələr işlətməklə məşğul olurlar. Maraqlısı da budur ki, bu mitinq və piketlər keçirmək həvəsi də ölkədə keçiriləcək seçkiərəfəsi başlayır. Mitinq baş tutmayanda, başlayırlar hay-küy salmağa ki, ölkədə, nə bilim, "demokratiya" boğulur və s. və i.a. Yaxşı bilirlər ki, həm xalqın, həm də öz funksionerlərinin nifrətinə düçar olduqları üçün 17 ildən çoxdur ki, uğursuz yol gedirlər. 1991-ci ilin ab-havası ilə yaşayan radikal liderlər hələ də "bəlkə baş tutdu" xəyallarının həyata keçiriləcəyinə əmin olaraq iqtidarı ölkədə demokratiyanın olmaması ilə günahlandırmağa çalışırlar. Ancaq bir anlığa "demokratiya carçıları"ndan soruşmaq istərdik ki, "demokratik" anlayışın nə demək olduğunu başa düşürlərmi? Əgər başa düşsəydilər, o zaman icazəsiz mitinqlər keçirməzdilər və onlara ayrılmış yerlərdən istifadə etmək əvəzinə, icazə verilməyən ərazilərdə piketlər keçirməyə cəhd göstərməzdilər. Belə olduğu tədqirdə isə, öz vətəndaşlarının rahat yaşamasına xüsusi diqqət və qayğı ilə yanaşan dövlətimiz müxalifətin icazəsiz mitinqlərinin qarşısını alırsa və onları insanları narahat etməyə qoymursa, bu demokratiyanın pozulmasıdır? Bu fikirlərlə razılaşan ADP sədri Sərdar Cəlaloğlu da müxalifətin demokratiyadan uzaq olduğunu söyləyib: "Mən neçə illərdir ki, "demokratiya adı altında çıxış edən müxalifət liderlərində demokratik şüurun olduğunu şahidi olmamışam. Buna görə də, bu gün hansısa siyasi mübarizədən söhbət gedə bilməz. İkinci bir tərəfdən, seçkiyə qatılırlarsa, gedib seçiciləri ilə dil tapsınlar, iş görsünlər. Yoxsa seçkiərəfəsi mitinqlər keçirməklə qələbə qazanmaq ağılsızlıqdır. Çünki 5-10 nəfərlə mitinq keçirmək olmaz. Mitinqdə 10-15 min adam iştirak etmədisə, onu mitinq adlandırmaq olarmı?" S.Cəlaloğlunun sözlərinə görə, özünü "ana" müxalifət adlandıranlar özləri öz aralarında dialoqa girə bilmirsə, bir-biriləri ilə yol gedə bilmirlərsə, hansı birlikdən və yaxud da demokratiyadan danışırlar? "Düşünürəm ki, bir-biri ilə təmasa girməyən siyasi təşkilatlar antidemokratik qüvvələrdir. Bunun başqa izahı yoxdur. Əks halda gərək məsələyə ikili standartla yanaşaq. Demokratik mübarizə üsulu tələb edir ki, ən müxtəlif çalarları, rəngarəngliyi özündə birləşdirsin. Yəni seçim bir neçə nəfərin, təşkilatların deyil, çoxlu sayda insanların, təşkilatların arasında aparılsın. Bunlarsa deyirlər ki, yox, biz birliyə ancaq Elçibəy ideologiyasının, Rəsulzadə ideyasının daşıyıcılarını seçməliyik. Mən də deyirəm ki, bu, demokratik mübarizəyə ziddir. Onlar da məni qınayırlar ki, nəyə görə belə deyirsən?! Axı bilmirlər demokratiya nədir? Bu da onu göstərir ki, müxalifətin demokratiyadan uzaqlaşma prosesi gedir" deyə S.Cəlaloğlu bildirmişdir. ADP sədri müxalifət düşərgə sakinlərinin öz şəxsi ambisiyalarını demokratiya pərdəsi altında həyata keçirdiklərini bildirib: "Nəticədə onlar insanlar arasında nüfuzlarını, inamlarını və etibarlarını itiriblər. Həm də elə itiriblər ki, bir daha qazana bilməyəcəklər. Bir məsələni də qeyd etmək lazımdır ki, xarici təşkilatlardan çoxlu maddi vəsait alan "bəy"lər bu vəsaitləri ancaq özlərinə xərclədikləri üçün onların partiyasının üzvləri artıq etiraz etməyə və partiyadan uzaqlaşmağa başlayıblar. Belə bir vəziyyətdə seçkiərəfəsi "özündən deyən" "bəy"lərin oktyabr ayının birinci ongünlüyündə mitinqlər keçirmək haqqında bəyanatlarının nə mənası?". Məsələyə münasibət bildirən AXCP (i)-nin Saaatlı rayon təşkilatının funksionerlərindən Rauf Vəliyev və Hüsni Mansurov seçkiərəfəsi müxalifətin mitinq keçirməsinin regionlarda kəskin etirazla qarşılandığını bildirdi. Onların sözlərinə görə, xüsusilə də, Əli Kərimovun nəinki mitinq keçirməyə, Saatlı sakinlərinin, onun, hətta rayona daxil olmasına etiraz etdiklərini bildirdilər. Funksionerlər onu da vurğuladılar ki, istər AXCP (i) sədri Əli Kərimov, istərsə də Müsavat başqanı İsa Qəmbərov şəxsi maraqlarını həmişə üstün tutublar: "Ona görə də AXCP (i) və Müsavat kimi siyasi partiyaların apardığı siyasət demoqogiya xarakterindədir. Parlamentdə oturan bəzi deputatlar, o cümlədən, müxalifətdən olan deputatlar xalqın mandatını alsalar da, faktiki olaraq xalqın iştirakı olmadan mübarizəyə cəhd edirlər. Onlar proseslərdə xalqın iştirakını istəsəydilər, onda xalqın bütün təbəqələrini birliyə cəlb eləməliydilər. Amma məhdud bir qüvvəni birliyə cəlb edirlərsə, bu, o deməkdir ki, demaqogiya ilə məşğuldular. Belə məhdud dairə ilə onsuz da ümumi maraqlara xidmət etmək mümkün deyil. Mənə elə gəlir ki, bu gün özünü müxalifət adlandıran partiyaların hamısına müxalifət demək olar. Sadəcə olaraq, onların bəziləri iqtidara həddindən artıq yaxındır, bəziləri uzaqdır. Bəziləri siyasi mübarizə ilə düşmənçiliyi qarışdırır, bəziləri isə heç mübarizə aparmırlar. Kim özünü müxalifət adlandırırsa - çoxda ki, gecə iqtidara işləyir - o müxalifət olur və hamı da deyir ki, Azərbaycanda 30 müxalifət partiyası var. Deyirlər müxalifət iqtidarın əlinə işləyir. Onda mən sual verirəm, xalq kimin əlinə işləyir. Xalq onun siyasətindən razılıq edir. Deməli, müxalifət də bu hökumətin siyasətindən razıdır da. Qurtardı getdi".

Digər xəbərlər