PDF Oxu

Müxalifət

  • 10

Ümid"lə "ANİF" arasında növbəti qalmaqal

Ümid"lə "ANİF" arasında növbəti qalmaqal
Son zamanlar müxalifət düşərəgəsində baş verən yeni münaqişələr növbəti qalmaqalın daha geniş şəkil almasına gətirib çıxarıb. Bu da səbəbsiz deyil. Belə ki, parlament seçkilərinə start verildikdən sonra müxalifət düşərgəsində bir çox düyünü açılmayan və "xoruz səsi" eşitməyən sözlər ortaya çıxır. Müxalifət də adət etdiyi vərdişlərindən əl çəkə bilməz. Elə bunun nəticəsidir ki, daha çox bir-birini görməyə gözü olmayan müxalifətçilər, açıq şəkildə mübarizə aparmaqdan çəkinmirlər. Baş verən qalmaqal isə, daha çox şou müğənnilərin gündəmdə qalmalarına bənzəyən radikal müxalifət liderlərinin bir-birilərini təhqir etməklə, özlərinə imic qazanmağa çalışmalarıdır. Deyilənlərə əsas olaraq, xüsusilə də, müxalifətin seçki bloklarının qeydiyyatından sonra bu təhqirlər daha da kəskinləşib. Qəribə görünən isə odur ki, bu gün müxalifət düşərgəsində qanlı düşmənçilik və nifrət prinsipləri ilə də fəaliyyət göstərən partiyalar seçkilərə yaratdıqları blokla qatılsalar da, yeni qalmaqallar yaratmaqla gündəmdə qalmaq istəyirlər. Bir də, sizcə, nə etməlidirlər? Çünki yaxşı bilirlər ki, bu seçkidə də onları böyük uğursuzluq gözləyir. Digər bir cəhət isə, odur ki, onlar yaxşı dərk edirlər ki, nə qədər "birlikdən" danışsalar da, heç vaxt birləşə bilməyəcəklər. Qəribə görünən isə odur ki, ağızdolusu birlikdən danışan müxalifət liderləri, seçkinin vaxtı azaldıqca aralarında olan haqq-hesabı tapdalamaqla yanaşı, ört-basdır etdikləri sirlərini də açıb tökürlər. Görünür, elə bu səbəbdəndir ki, 17 ildən artıq müddət ərzində vahid bir nöqtəyə yıxınlaşa bilməyən müxalifət seçkilərdə biabırçı uğursuzluğa düçar olur.
Bu gün müxalifət düşərgəsində qanlı düşmənçilik və nifrət prinsipləri ilə də fəaliyyət göstərən partiyalar növbəti parlament seçkiləri ərəfəsi yeni qalmaqal yaratmaqdadır. Misal olaraq keçmiş AXC-nin köynəyindən çıxmış AXCP (i), "KAXCP", BAXCP və Böyük Quruluş partiyaları arasında heç bir normal münasibətdən söhbət belə gedə bilməz.
Doğrudur, BAXCP və Böyük Quruluş partiyaları arasında sonradan bir qədər mülayim münasibətlər yaransa da, bunu daimi qiymətləndirmək sadəlövhlük olardı. İkinci bir səbəb isə, müxalifət düşərgəsində artıq köhnə və çürük təfəkkürlü münaqişələrin aparılmasıdır. Əgər müxalifət öz mübarizəsini birbaşa efirdən və yaxud da mətbuatdan elan edirsə, bunun nəyini köhnə adlandırmaq olar? Amma bir qədər geriyə nəzər saldıqda, o dövrlərin hakimiyyəti illərində belə davalar adi hal idi. Hətta insanların da gözü onların bu hərəkətlərinə bir növ adət etmişdi. Çünki həmin vaxtlarda müxalifətçilərin bir-birilərini vəhşicəsinə döyməklə hədələdikləri və yaxud da, əxlaqsız fikirlər söylədiklərini Azərbaycan cəmiyyəti yaxşı bilir və bu halları çox görüb. Həmçinin, müxalifət düşərgəsində olan partiyalar da yaxşı bilirlər ki, belə vəziyyətin yaranmasına səbəbkarlar kimlərdir. Bu günlərdə "ANİF" prezidenti Eldar Namazov ilə "Ümid" partiyası arasında baş verən olaylar daha çox diqqət mərkəzində olub. Mətbuata açıqlama verən "ANİF" başçısı Eldar Namazov bildirib ki, müxalifətin birliyinə ən böyük zərbəni "Ümid" partiyasının sədri İqbal Ağazadə və digərləri vurur. Ona görə də, ilk öncə, belələrinin müxalifətin adından parlamentdə təmsil olunmamasına çalışmaq lazımdır. Çünki İqbal Ağazadənin deputatlığı ilə Aynur Camalqızının deputatlığı arasında heç bir fərq görmürəm".
E.Namazovun fikrinə görə, İ.Ağazadə kimi danışığını, sözünü bilməyənlərdən uzaq olmağı daha əhəmiyyətli hesab edir. Qeyd edib ki, İ.Ağazadə hər zaman oyun oynamağı, istənilən birliyi pozmağı bacarandır: "Bundan isə, qürur duymaq lazım deyil. Qürur o şeydən duyular ki, birlik yaradasan. Ona görə də, müxalifətlə, həmçinin, onların fəaliyyət göstərdikləri siyasi meydandan da vidalaşmaq ən yaxşı çıxış yoludur. Bir də düşərgədə təmsil olunanlar və müxalifətdə olmaqları ilə "qürur" duyanlar bilməlidir ki, böhtan atmaq, hay-küy salmaq heç də güclülüyü təsdiqləmir. Ona görə də, siyasət onlarlıq deyil. Elə götürək, AXCP (i) sədri Əli Kərimov, Müsavat başqanı İsa Qəmbərov, "MBH" lideri Lalə Hacıyeva, ALP-nin sədr əvəzi Əvəz Temirxan və digər bu tip simasızların bacardıqları ikiüzlülük və satqınlığın siyasətə heç bir dəxli olmayan şeydir. Ancaq təəssüf ki, dünyagörüşünə, savada malik olmayan radikal "bəylər", bütün bu çirkin əməlləri siyasət adlandırırlar.

Digər xəbərlər