PDF Oxu

Müxalifət

  • 5

İsa Qəmbərovun gizlin "iş" planı ifşa olundu

İsa Qəmbərovun gizlin "iş" planı ifşa olundu
Aylardır ki, düşərgədə mövcud süstlüyü pozmaq cəhdi ilə dəridən-qabıqdan çıxan Müsavat başqanı İsa Qəmbərovun son günlər qanı yaman qaralıb. Bildirək ki, üç həftə öncə ona sifariş göndərən "Soros" və "Nauman" təşkilatı Almaniya və Kambocada İ.Qəmbərova yeni göstərişlər verəcəyi barəsində məlumat verilmişdi. Məhz bu məsələyə görə, yerə-göyə sığmayan İ.Qəmbərov uşaq kimi sevincək olmuşdu. Az qalırdı ki, əyninə şortik geyinib küçələrdə çığır-bağır salsın. Ardıcıl olaraq partiyada qalmış olan üç-beş qotur tərəfdarını yığıb onlara yeni məsləhətlər və göstərişlər verən İ.Qəmbərovun hərəkətlərindən də, onun hansı mətləbə görə bu dərəcədə xoşhal olduğu məlum idi.
Amma onun bu sevinci həmişəki kimi heç də uzun ömürlü olmadı. İndi əlindən oyuncağı alınmış uşaq kimi boynu bükülü qalan İ.Qəmbərov bu məsələdə hansı səhvə yol verdiyini çək-çevir edir. Təzəcə AXCP (i) sədri ilə izdivaca girmiş başqan Qəmbərov bu məsələnin də, heç dadını çıxara bilmədi ki, bilmədi. Başından qara yellər əsən başqan üçün 2010-cu il, demək olar ki, heç düşərli olmadı. Ümidini ancaq payızda keçiriləcək parlament seçkilərinə bəsləmiş İ.Qəmbərov bu prosesdə uğur qazanmağın deyil, ona asılı olduğu təşkilatların həmin ərəfədə çoxlu vəsait ayıracağı günü gözləyir. Çünki onun özü də bilir ki, nə yuvanın quşudur. Ona görə də, xalqdan dəstək istəyib onun deputat olmasına köməklik etməyə üzü qalmayan başqan Qəmbərov çıxış yolunu başqa yerlərdə axtarmağa çalışır. Elə bu səbəbdən də, İ.Qəmbərov belə bir məqamda "Soros" və Almaniyada fəaliyyət göstərən daha çox radikal qüvvələrin təmsil olunduğu "Nauman" təşkilatının sifarişini canla-başla qəbul etməli olub. Amma yuxarıda qeyd etdiyimiz kimi, son məqamda yenə də, İ.Qəmbərovun başına bəla gəlib. Sentyabrın sonunda həmin təşkilatların sifarişi əsasında Almaniya və Kambocada hesabat verəcək İ.Qəmbərovun "iş" planı alt-üst olub.
Belə ki, həmin vaxt bundan öncə almış olduğu pulların hesabatını verəcək İ.Qəmbərov, eyni zamanda, yeni göstərişlər və sifarişlər alacağı müqabilində xeyli miqdarda vəsait də qoparmağı planlaşdırmışdı. Amma onun növbəti dəfə də, murazı gözündə qaldı. Çünki "Soros" fonduna rəhbərlik edən Corc Sorosun İ.Qəmbərova qəzəbi tutub. O bildirib ki, Müsavat partiyası ancaq pul yeyən mexanizmdir. Ona görə də, bundan belə bu partiyaya vəsaitin görüləcək "iş"dən sonra ayrılmasını təklif edən C.Soros bu addımı ilə İ.Qəmbərovun, demək olar ki, belini birdəfəlik qırmış olub. Eyni zamanda, həmin qurumla qarşılıqlı əməkdaşlıq edən "Nauman" təşkilatı da, İ.Qəmbərovla "iş" görmək məsələsində son anda fikir dəyişikliyi edib. Bu üzdən də, İ.Qəmbərovun Almaniya və Kambocaya məlum sifarişli dəvəti bəri başdan onun üçün gözlənilməz sürprizlərlə yadda qalıb. Belə sürprizlərə alışmış başqan nədənsə, bu dəfə özünə heç cür gələ bilməyib.
Qeyd edək ki, bundan öncə İ.Qəmbərov bir sıra donor təşkilatlarla qarşılıqlı əlaqədə olub və onlardan aldığı vəsaitin müqabilində müəyyən göstəriş və sifarişləri yerinə yetirib. Beləliklə də, son 20 ildə siyasi arenada ancaq bazar prinsipləri ilə qalmağa çalışan İ.Qəmbərov yeni metodlara tab gətirməyərək, sıradan çıxmaq üzrədir. Məlum səfərdən özü üçün çox şey gözləyən başqan üçün prosesin bu cür sonluqla bitməsi az qala göz yaşları ilə qarşılanıb. İndi bir küncə çəkilib sevgilisindən ayrılmış gənc kimi dizlərini qucaqlayan İ.Qəmbərov harada nə "iş"lər çevirdiyini, nə xətalara yol verdiyinin təəssüfünü çəkməkdədir. Onun üçün həlledici məqamda pul məsələsinin yoluna qoyulmaması, demək olar ki, İ.Qəmbərov üçün ölümlə eyni səviyyədə qiymətləndirilir. Nəzərə alsaq ki, bu il parlament seçkiləridir və bundan əlavə, onun başqanlıqdan getməsi üçün vaxt da artıq yetişib. Bu səbəbdən də, İ.Qəmbərovun yeganə çıxış yolu şələ-şüləsini götürüb siyasi arenadan birdəfəlik getməkdən ibarətdir. Əgər o, bu yolu seçməsə hər şey onun üçün daha betər olacaq. Rəhbərlik etdiyi partiyada hər kəsin ona qarşı çıxması, payızda keçiriləcək parlament seçkilərində iştirak etmək gücü qalmamış qurumun aqibəti İ.Qəmbərovun sonluğa doğru sürətini bir qədər də artırmış olacaq.

Digər xəbərlər