PDF Oxu

Müxalifət

  • 12

Müsavatda inqilabi əhval-ruhiyyə hökm sürür

Müsavatda inqilabi əhval-ruhiyyə hökm sürür
Demokratik cəmiyyət quruculuğunun əsas atributlarından biri də xalqın iradəsinə söykənən azad seçkilərin keçirilməsidir. Siyasi partiyaların cəmiyyətdə yeri və rolu da demokratik seçkilərdə üzə çıxır. Birinci məsələ ilə bağlı, demək olar ki, 1993-cü ildən bu günə qədər Azərbaycanda beynəlxalq prinsiplərə əsaslanan demokratik seçkilər keçirilib. Bunu seçki prosesini yaxından izləmiş onlarla yerli və xarici müşahidəçilər də təsdiq edib. Siyasi partiyaların cəmiyyətdə nüfuz dairəsinə gəldikdə isə, heç də bu məsələni bütün siyasi partiyalara şamil etmək olmaz. Çünki xalqın partiyası olan Yeni Azərbaycan Partiyası istisna olmaqla digər partiyalar cəmiyyətdə dəyərsiz partiyalar kimi qiymətləndirilir. Xüsusilə də, müxalifət düşərgəsində təmsil olunan radikal partiyalar cəmiyyətdə arzuolunmaz təşkilatlar hesab olunurlar. Bu da onunla bağlıdır ki, AXCP (i), Müsavat, ADP, ALP kimi tör-töküntüdən ibarət olan partiyalar daim xalqa və dövlətə zidd siyasət yeridiblər. Xaricdən verilən qəpik-qruşa aldanaraq ölkədəki mövcud ictimai-siyasi sabitliyi pozmağa çalışıblar. Bu il noyabrın 7-də keçirilməsi nəzərdə tutulan parlament seçkiləri ilə əlaqədar olaraq daha radikal görkəm alan müxalif məxluqlar ultimativ bəyanatlarla çıxış edir, xalqa hədələyici mesajlar ünvanlayırlar. Amma bir məsələ var ki, "sirkə nə qədər tünd olsa da, öz qabını çatladar" deyiblər. Müxalifət başbilənləri də nə qədər xarici antiazərbaycan mövqeli qüvvələrin sifarişlərinin icraçılarına çevriləcəklər bir o qədər də, xalqın gözündən düşmüş olacaqlar. Nəhayət də, isə özləri özlərinə qənim kəsilib bir-birini zərərsizləşdirməyə çalışacaqlar. Çünki ortada xaricdən verilən pul var. Pul olan yerdə isə müxaliflər bir-birinə əqidə yoldaşı deyil, düşmən kimi baxırlar. Necə ki, artıq bu tip proseslərin ilk işartıları Müsavat partiyasında müşahidə olunmaqdadır. Qeyd etmək yerinə düşər ki, İsa Qəmbərov "Yeni Müsavat" qəzetinin təsisçiliyindən imtina etdikdən sonra Rauf Arifoğlunun Müsavat fünksionerlərinə qarşı olan zərərsizləşdirmə kampaniyası daha geniş xarakter alıb. Sülhəddin Əkbərin "təxribatçı", Vurğun Əyyubun "mədəniyyətsiz", Mustafa Hacıbəylinin isə "siyasətə dəxli olmayan şəxsiyyətsiz sima" adlandırılması R.Arifoğlu mətbəxinin yeni mərhələdə hazırladığı menyulardandır. Hətta son günlər İ.Qəmbərovu hədəfə alan R.Arifoğlu Müsavat başqanlığına olan iddialarını da reallaşdırmağa çalışır. Bunu üçün partiyanın rəhbər strukturlarında təmsil olunan şəxsləri müxtəlif yollarla ələ alır və bununla da başqanlıq yolunda üzə çıxa biləcək maneələri aradan qaldırmağa çalışır. Baş verənlərə əsasən, demək olar ki, yaxın günlərdə Müsavatda yeni qalmaqalların əsası qoyulacaq. Daha doğrusu, Müsavatda İ.Qəmbərova qarşı hazırlanan sıradan çıxarma planının icrasına başlanılacaq. Bu isə R.Arifoğlunun əli ilə Müsavatın dağılması demək olacaq. Hər halda proseslər bu istiqamətdə inkişaf edir.

Digər xəbərlər