PDF Oxu

Müxalifət

  • 7

Müxalifətin seçki iddiaları fiaskoya uğrayır

Müxalifətin seçki iddiaları fiaskoya uğrayır
İstənilən siyasi partiyanın imkanları, gücü və sosial bazasının sayı seçkilərdən seçkilərə müəyyənləşir. Bu zaman siyasi partiya liderlərinin də nüfuz dairəsinin hansı şkala üzrə olduğu da bəlli olur. Azərbaycan siyasi partiyalarına nəzər yetirsək, siyasi partiyaların böyük əksəriyyətinin zəif və diqqətdən kənar olduğunu görmək olar. Diqqətçəkən məqam ondan ibarətdir ki, müxalifyönlü siyasi partiyaların fəaliyyətləri xüsusilə biabırçılıqdır. Çünki cəmiyyətdə bir yığın toplum kimi dəyərləndirilən müxalif partiyalar ölkədə gedən istənilən ictimai-siyasi proseslər də tamamilə kənarda qalırlar. Seçkilərdə məğlubiyyət isə onlar üçün alın yazısına çevrilir. Ötən seçki praktikasına hazırkı proseslərə əsasən, demək olar ki, bu il noyabrın 7-də keçiriləcək parlament seçkilərində müxalifət növbəti məğlubiyyətlə üzləşməli olacaqlar. Çünki sosial bazadan məhrum olunan müxalifət partiyaları, daxili yaramaz qüvvələrin dəstəyindən də məhrum olunublar. Yalnız ümidləri xarici maraqlı qüvvələrə bağlanıb ki, bu da "yetimə gəl deyən çox olar, amma çörək verən az" məsəlinə bənzəyir. Bunun üçün əsaslar da var: xarici maraqlı qüvvələr radikal müxalif ünsürlərdən yalnız Azərbaycanda çirkin məqsədlərini həyata keçirmək üçün istifadə etməyə çalışır. Onlar üçün az əhəmiyyətlidir radikal müxalifət seçkilərdə uğur qazanacaq və ya məğlubiyyətə düçar olacaq. Birmənalı şəkildə demək olar ki, müxalifətin yarıtmaz siması hesab olunan Müsavat, AXCP (i), ADP, AMİP, "Ümid" və bu kimi digər radikal partiyalar daha biabırçı məğlubiyyətlə üzləşəcəklər. Çünki onlar məğlubiyyətlə yanaşı, seçkilərdən sonra partiyalarında qalan 15-16 nəfərlik qrupda seçki rüsvayçılığından sonra evlərinə dağılışacaqlar. Düzdür, Müsavat AXCP (i) kimi partiyalar xaricdən verilən təlimata əsasən bic tərpənib, istefa vermək niyyətində olacaq şəxslərdən izahatlar alır. Hətta məlumatlara görə, Əli Kərimov daha sərt tədbirlər görərək, bəzilərinin şəxsiyyət vəsiqələrini də girov kimi özündə saxlayır. AXCP (i) sədr müavini Razi Nurullayev şəxsiyyət vəsiqələrinin girov kimi saxlanılmasının bəzi ölkələrin təcrübəsinə əsaslandığını bildirib. Qeyd edib ki, AXCP (i)-yə üzv olanların sonradan partiyanın öz istəkləri ilə getmələri tamamilə yolverilməzdir. Bir sözlə, radikal müxalifət partiyaları seçki məğlubiyyətindən sonra gözlənilən istefaları əngəlləmək üçün rüsvayçı metoddan istifadə etməyi nəzərdə tutur. Amma inandırıcı deyil ki, istefa qərarı verən hansısa sıravi müxalifətçi həyatlarını da liderlərin planlarının əsirinə çevirsinlər. Yəni, təhqir edilmələri ilə barışmayaraq İ.Qəmbərov, Ə.Kərimov və digərləri ilə sərt şəkildə əlbəyaxa döyüşə çıxacaqlar. Təbii ki, döyülən liderlər olacaq. Hər halda, araşdırmalar və proseslər bunu deməyə əsas verir.

Digər xəbərlər