Radikal müxalifətin antitəbliğat siyasəti
Son illərdə Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarında (İKT) inqilabi sıçrayışlar internet məkanında radikal müxalifətin yeniləşmə görüntüsünə ayrıca bir rəng verib. İctimai rəydə çaşqınlıq yaratmaq məqsədilə "konstruktiv əməkdaşlıq" və "sağlam siyasi rəqabət"də potensial imkanları olmayan müxalifət partiyalarının rəhbərləri müxtəlif spekulyasiyalar edirlər.
Cəmiyyətin siyasi birliyinə nail ola bilməyən radikal müxalifətin əsas qanadına çevrilən AXCP (i), Müsavat, "VİP", "MBH", ADP, AMİP, "KAXCP" siyasi prosesləri sivil məcraya yönəltmək imkanlarını düzgün istiqamətləndirməkdə aciz qalıb. Zəngin və müasir proqram servisə malik sosial operativ internet resurslarda müxalifət təmsilçiləri kütləvi bloqlardan, platformalardan geniş istifadə edirlər. Müasir dövrün əsas sosial elementlərindən "səmərli" istifadə etməyə çalışan radikal müxalifətin ötən seçki təcrübəsi göstərdi ki, imkanlarını böyük iddiaları ilə uzlaşdıra bilməyən və siyasi mübarizədə mühafizəkar metodlara üstünlük verən radikallar bununla da öz məğlubiyyətlərini şərtləndirirlər.
Seçki ərəfəsində təhqir, böhtan, yalanlara "silahlanan" muzdlu bloqçular, ayrı-ayrı muzdlu antitəbliğatçılar sosial şəbəkələrdə siyasiləşmə prosesini gücləndiriblər. Müxtəlif yerli və xarici dairələrin sifarişi ilə Azərbaycanda hər hansı mövzu ətrafında rəy yaratmaq cəhdləri ətrafında manipulyasiyaları radikal müxalifətin təmsilçilərinin sifarişləri əsasında həyata keçirilməklə, vətənpərvərlik mövzuları ilə bağlı daha ciddi işlər arxa plana keçib. Ümummilli məsələlərin həllində spekulyasiyaları davam etdirən muzdlu işbazların cəmiyyətdə fikir ayrılığı yaratma cəhdləri beynəlxalq arenada Azərbaycana mənfi münasibət bəsləyən dairələrə əlavə "arqumentlər" verir. Bununla yanaşı, ölkəmizə qarşı mənfi münasibət bəsləyən dairələrin fikirləri ilə də spekulyasiyalar edən radikal müxalifət belə vəziyyətdə əsassız hesabatlara ciddi və operativ reaksiya vermək əvəzinə, onların maraqlarına uyğun olaraq antimilli prinsiplər üzrərində köklənməklə destruktiv fəaliyyətlərini davam etdirirlər.
Sosial-internet şəbəklərində dövlətçilik əleyhinə kampaniya aparan Ə. Kərimovun və İ.Qəmbərovun tabeçiliyində olan partiya funksionerləri seçki ərəfəsində rəhbərlərinin mühafizəkar siyasi dünyagörüşünü ictimai fikrin diqqətinə sırımağa cəhdlər göstərirlər. Radikal müxalifət daxilində proseslərin flaqmanı kimi görünmək istəyində olan Ə. Kərimov və İ.Qəmbərovun "mövsümi birlik modeli"ni Azərbaycan müxalifətində müsbət təcrübəsini kimi qiymətləndirilir. Postseçki təcrübəsi göstərir ki, onlar istər seçki ərəfəsi, istərsə də seçkilərin gedişində qanunvericiliyə müvafiq fəaliyyət göstərmək əvəzinə, konyunktur maraqlarının girovuna düşərək nəticədə bir-birini məğlub edirlər. Müsavat başqanının müxalifətdəki qüvvələr nisbətini öz xeyirinə dəyişməyə və müəyyən siyasi dividendlər əldə etməyə çalışması, seçkilərdə praqmatik, rasional proqramla çıxış edə bilməyən radikal müxalifət siyasi taleyini daha da ağırlaşdırıb. Əksər internet istifadəçilərinin marağını cəlb edən sosial şəbəkələrdə (facebook, myspace, odnoklasnik, livejournal ve s.) radikal müxalifətin muzdlu adamları rasional proqramla çıxış etmək əvəzində, onların fikir və mülahizələri çayçı söhbətləri səviyyəsinə qədər enib. Sosial şəbəkələrdə, forumlarda və bloqlarda yerləşdirilən uydurma məlumatların davamlı olaraq təkrarlanması radikal müxalifətin iç üzünü ortaya qoyur. Dəyişən, yeniləşən informasiyanı, təbliğat və əks-təbliğatı çatdırmaq, paylaşmaq vasitəsi hesab edən AXCP (i) sədri Ə.Kərimov müxtəlif saytlar, sosial şəbəkələr, bloklar, bütövlükdə internet, yeni texnologiyalar vasitəsilə informasiya çatdırmaq imkanlarının çox artdığını qeyd edir: "Bütün bu və sadalamadığım digər vasitələr ictimai rəyə təsir imkanlarıdır".
Azərbaycanda İKT-nin geniş imkanlarından bəhrələnməyə çalışan AXCP (i) funksionerləri bütövlükdə internet, yeni texnologiyalardan öz məqsədləri üçün istifadə edir, sosial şəbəkələrdə dövlətçilik əleyhinə ciddi təbliğat aparırlar. Radikal müxalifət təşviqat kampaniyasını destruktiv radikal şüarlar üzərində qurmaqla, Azərbaycan seçicisini 1992-1993-cu ildə AXC-Müsavat hakimiyyəti dövründə tüğyan edən xaos və anarxiyaya sürükləməyə cəhd edir, siyasi-iqtisadi böhranla bugünkü ictimai-siyasi sabitlik arasında mövcud olan kəskin fərqi görməzlikdən gəlir. Azərbaycanda vətəndaşların dinamik iqtisadi inkişafı müqayisə etmək imkanı olduğundan, radikal müxalifətə inamın olmaması düşərgə daxilində siyasi münasibətlərin dərinləşməsinə mane olur, virtual aləmdə qınaq obyekti yaradır. Buna baxmayaraq, virtual aləmdə özünə dayaqlar axtaran müxalifət seçkilərdəki uğursuzluqlarda əsas günahı xalqın siyasi passivliyi kimi dərk edir. Radikal müxalifətin təsiri və himayəsi altında təbliğat-təşviqat sahələrinin əsas aparıcı qüvvələri sayılan jurnalistlər, ayrı-ayrı mətbuat nümayəndələri sosial şəbəkələrdə muzdlu ruporlara çevrilərək, Ə.Kərimov və İ.Qəmbərovun tükənən sosial dayaqlarını bərpa etməyə çalışır.
Sosial şəbəkələrdə antitəbliğat xarakterli informasiyalar yaymaqla, söz və məlumat azadlığından sui-istifadə edərək ictimai nüfuza sahib şəxslər haqqında etik normalara, mənəvi-əxlaqi dəyərlərimizə zidd, peşəkarlıq, obyektivlik, qərəzsizlik prinsiplərindən uzaq məlumatlar yerləşdirilir. Qeyri-obyektiv, qərəz prinsipləri üzərində köklənən informasiyaların yerləşdirilməsi qara piardır. Onlar bu yolla oxucu auditoriyası qazanmaq, gündəmdə qalmaq niyyəti güdür, Azərbaycan dövlətçiliyinə qarşı fəaliyyət göstərən daxili və xarici qüvvələrin sifarişlərini yerinə yetirirlər.