AXCP (i) sədri Əli Kərimov müxalifətin flaqmanına çevrilib
Parlament seçkiləri yaxınlaşdıqca radikal partiyaların "vahid namizədlik" uğrunda mübarizəsi əsasən AXCP (i)-nin üzərində narazılıqlar yaradıb. Özəl şirkətləri xatırladan, rəhbərləri tərəfindən avtoritar qaydada idarə olunan təşkilatlara çevrilən radikal partiya sədrlərinin flaqmanına çevrilməyə çalışan Əli Kərimovun maraqları Müsavat başqanı İsa Qəmbərovu çətin vəziyyətə salıb. 2010-cu ilin parlament seçkilərində radikal müxalifətin "vahid namizədlik" uğrunda mübarizəsində İ.Qəmbərovun "vazkeçilməz" namizədlərindən Ə.Kərimovun imtina etməsi radikalların "birlik ideyasını"nı sual altına qoyub. Uzun illər bir cinahda partiya rəhbərləri olan və avtoritar idarəçiliyi ilə məşhurlaşan İ.Qəmbərov və Ə.Kərimov hazırda düşərgə daxilində çıxılmaz vəziyyət yaradıblar.
Xarici qüvvələrlə separat danışıqlara getmək, qrant alma imkanalarını genişləndirmək məqsədilə düşərgədə təklənən digər siyasi partiyalarla müqayisədə daha çox Ə.Kərimovun partiyasının İ.Qəmbərovun partiyasına zərbə vurmaqla, seçki prosesində Müsavat funksionerlərini kənarda saxlamağa çalışır. Ə.Kərimovun müxalifətin yeniləşmə görüntüsü yaratmaq məqsədilə ictimai rəydə "konstruktiv əməkdaşlıq" və "sağlam siyasi rəqabət" aparmaq cəhdləri, seçkilərdə potensial imkanları olmayan müxalifət partiyalarının siyasi mövcudluğunu təsir altında salıb. Sosial dayaqları olmayan müxalifətin xaricdən verilən sifarişlər hesabına siyasi mübarizədə mühafizəkar metodlara üstünlük verməsi onların bir daha məğlubiyyətlərini şərtləndirir. Radikal müxalifət partiyalarının parlamentə keçiriləcək seçkilərə də münasibəti əvvəlkilərdən heç nə ilə fərqlənmir.
Düşərgəni təmsil edən partiyalar köhnə amplualarından əl çəkməyərək, bir-birinə qarşı siyasi mübarizə aparırlar. Faktiki olaraq, təklənən müxalifət partiyaları bir yerdə fəaliyyət göstərməyin mümkünsüzlüyünü anlayıblar. Radikal müxalifət partiyaları arasındakı münasibətlərin gərginləşdiyi bir vaxtda AXCP (i) sədrinin Müsavat təmsilçilərinin fikirlərinə qeyri-ciddi yanaşması, ayrı-ayrı mətbuat səhifələrində ziddiyyətləri daha da dərinləşdirir. Müxalifət düşərgəsində hazırda iki qütbə bölünən partiya funksionerləri arasında qarşılıqlı ittihamların güclənməsi partiya təmsilçiləri ayrı-ayrı mətbuat səhifələrində verdikləri açıqlamalarla bir-birilərini ifşa edirlər. Müsavata yaxın baş redaktorun namizədliyinin AXCP (i) tərəfindən yox, "Qarabağ" bloku tərəfindən dəstəklənməsinə paralel olaraq, AXCP (i)-nin namizədi Mirzə Sakitin İ.Qəmbərov tərəfindən dəstəklənməsi gözlənilən idi. Müsavat başqanı partiyanı hələ uzun müddət əldə saxlamaq üçün qabaqlayıcı tədbirlər haqqında artıq indidən fikirləşməyə başlayıb.
Siyasi maraqları naminə "şeytanla" belə, əməkdaşlığa getməyə hazır olduğunu dəfələrlə sübuta yetirən İ.Qəmbərovun müxalifətdəki vəziyyəti öz xeyirinə dəyişmə cəhdlərindən Ə.Kərimovun faydalanması, Müsavat daxilində siyasi özbaşınalıq yaradıb. "Yeni Müsavat" qəzetində "İki partiyanın çözə bilmədiyi problem" başlıqlı məqalədə qeyd edilirdi ki, mübahisəli dairələrə namizədliyini irəli sürməyi planlaşdıran müsavatçılarla cəbhəçilər geri çəkilmək fikrində deyillər. Müsavat partiyasının əsas təbliğat ruporu olan "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun, başqan müavini Qabil Hüseynlinin "vahid namizədlik" uğrunda mübarizədə İ.Qəmbərovun Ə.Kərimovla razılaşmasının bağışlanmaz olduğunu, düşərgənin maraqlarına zərbə kimi qiymətləndirirlər. Bu vəziyyət seçkilərdə praqmatik, rasional proqramla çıxış edə bilməyən radikal müxalifətin ölkədə təşviqat kampaniyasında daha çox xarici qrantlar hesabına qidalanan namizədlərə üstünlük verməsindən qaynaqlanır. AXCP (i) və Müsavatın xarici qüvvələrlə danışıqlara bərabər getməsi haqqında gizli danışıqların aparılmasından Müsavat funksionerlərinin xəbərsiz olması bunu deməyə əsas verir. Radikal müxalifət daxilində qarşılıqlı ittihamların və ziddiyyətlərin son vaxtlar daha da dərinləşməsi düşərgədə ciddi müzakirələrin getdiyini göstərir. Postseçki dövrünün reallıqları radikal müxalifətin pozucu xarakterini, ictimai-siyasi sabitliyin pozulmasına xidmət edən təxribatçılıq cəhdləri mövcud vəziyyətdə Müsavat daxilində ziddiyyətlərin dərinləşməsinə hesablanıb. Konkret olaraq xaricdən verilən tələblər əsasında sonradan fəaliyyət göstərən radikal partiyaların uğursuzluğunu şərtləndirən əsas amillər, pozucu müxalifətin bugünkü simasını təsdiqləyir. Müxalifət düşərgəsində uzun illərdir kəskin qarşıdurmalar, ziddiyyətlər, prinsipsiz birləşmə və parçalanmalar, ideyasızlıq mühitində Ə.Kərimovla İ.Qəmbərovun birləşməsi cəmiyyət üçün gözlənilməz olmayıb.