PDF Oxu

Müxalifət

  • 13

Simasında yaltaqlıq və riyakarlıq cəm olmuş şəxs-Rauf Arifoğlu

Simasında yaltaqlıq və riyakarlıq cəm olmuş şəxs-Rauf Arifoğlu
Radikal müxalifət düşərgəsi daxilində belə arzulanmayan fiqurlar az deyildir. Bu tipajlar artıq öz mövcudluqları ilə, nəinki cəmiyyətin, təmsil olunduqları qüvvələrin də hiddəti ilə qarşılaşırlar. Çünki artıq Azərbaycan cəmiyyəti Rauf Arifoğlu kimi tiplərin simasızlığını eninə-uzununa görüblər. Sadəcə olaraq, belə şəxslərin indiyə qədər "siyasi alver"lə məşğul olmaları onların daxili zidiyyətləri ilə sıx bağlılıq təşkil edir. Əgər onlar, siyasi mədəniyyət və etika bir kənara qalsın, sadə bir qabiliyyət sahibi olsaydılar, yəqin ki, bu gün cəmiyyətdə özlərinə ən pis halda, iyrənc imic qazanmış olmazdılar. "Yeni Müsavat" qəzetinin baş redaktoru R.Arifoğlu bu gün illərdir "maraqların təmin olunsun" dediyi və bir yerdə olduğu Müsavat başqanı İsa Qəmbərovun üzərinə od püskürür. Bir müddət öncə, Müsavatın, şəxsi keyfiyyətləri cəhənnəmə, saçını, saqqalını belə itirmiş başqanı İ.Qəmbərovu, onu niyə parlament seçkilərində iştirak edəcək namizədlər sırasına salmadığına görə, kabinetində basıb-döyməyə belə cəhd etmiş R.Arifoğlu harınlığını yerə-göyə sığdırmır. Çünki onun nə vecinə ki, kim harada qaldı, və neynədi?! Təki "Soros" fondunun və Avropada olan pulverən "qağalarının" canı sağ olsun. Əgər onlar bu gün Raufa desələr ki, dur, İ.Qəmbərovu təhqir et, R.Arifoğlu "böyük" məmnuniyyətlə bunu edəsidi. Ona görə də, tamamilə qanacağını və qabiliyyətini Türkiyənin İstanbul şəhərindəki Laləlilər adlanan məhəlləsində itirən R.Arifoğlu özünün harınlığının ən pik nöqtəsinə çatıb. Onun üçün sifarişin ermənidən belə gəlməyinin heç bir əhəmiyyəti yoxdur. Təki pul olsun... Çünki uzun müddətdir radikal müxalifət düşərgəsində tutduğu postdan bərk-bərk yapışan şəxslər burada iyrənc bir durumun yaranmasını təmin ediblər. Düşərgədə arzuolunmaz şəxslərdən olan, bir zamanlar Müsavat başqanına müavinlik etmiş "Yeni Müsavat" qəzetinin başsız baş redaktoru R.Arifoğlu yenidən aktivlik nümayiş etdirməkdədir. Onun bu aktivliyi isə, həmişə olduğu kimi, düşərgədəki rəqiblərini zərərsizləşdirmək məqsədinə hesablanır. Çünki o, artıq siyasiləşmiş, kimlərinsə sifarişinin ünvanı olan bir qəzetin baş redaktorudur. Onun şəxsi keyfiyyətlərindən bəhs etməzdən öncə, qeyd edək ki, R.Arifoğlu müxalifət düşərgəsində bir sıra partiyalar üçün əməlli-başlı baş ağrısına çevrilib. İş o həddə çatıb ki, bu günlərdə AXCP (i)-Müsavat yaxınlaşmasından söhbət getdiyi bir halda, hamı bu məsələdə başlıca problem mexanizatoru kimi R.Arifoğlunun olduğunu bildirir. Hətta AXCP (i) sədrinin müavini Razi Nurullayev də, gələcəkdə Müsavat-AXCP (i) danışıqlarına birbaşa "Yeni Müsavat" qəzetinin də qoşulmasını təklif edib. Bu, onunla izah olunur ki, R.Arifoğlu maraqları təmin olunmadığı bir məsələdə istədiyi kimi hərəkət edir. Məsələ ondan ibarətdir ki, R.Arifoğlu AXC-Müsavat hakimiyyəti illərində də, ən arzuolunmaz bir şəxs kimi qarşılanırdı. Artıq onu bu işə cəlb edənlər belə, özlərində peşmançılıq hissləri yaşayırdılar. Bir faktı da qeyd edək ki, AXC lideri mərhum Əbülfəz Elçibəy onu Kələkidə ziyarətə gəlmiş nümayəndə heyətinin içindən yalnız R.Arifoğlunu geri qaytarması deyilənləri bir daha təsdiqləmiş olur. Məhz bundan sonra R.Arifoğlu rəhbərlik etdiyi qəzetdə AXC lideri barəsində ən təhqiramiz yazılar dərc etdirməyə başladı. Bu hadisədən sonra Ə.Elçibəy ətrafındakılara "mən sizə demişdim ki, qoy Rauf içini təmizləsin, sonra gəlsin" deyə müraciət edib. Amma görünən odur ki, R.Arifoğlu bu cür hallarla çirkab içində ola-ola, öz içini təmizləyə bilməyəcək. Saqqal saxlamaqla özünü pəjmürdə göstərməyə çalışan R.Arifoğlunun nəyə və kimə xidmət etdiyini özündən başqa heç kəs bilmir. Onun bilinən, görünən tərəfi ondan ibarətdir ki, R.Arifoğlu istənilən halda maraqları naminə ən iyrənc oyuna girməyə belə hazırdır. Oyunun isə iki tərəfi olur. Bir tərəfdə R.Arifoğlu, digər tərəfdə onun asılı olduğu donor təşkilatlar və rəhbərlik etdiyi qəzetdə sifarişli yazıları dərc etdirənlər dayanır.

Digər xəbərlər