PDF Oxu

Müxalifət

  • 10

Radikal müxalifət rüsvayçı vəziyyətlə üzləşir

Radikal müxalifət rüsvayçı vəziyyətlə üzləşir
Düzü, müxalifətdən yazanda, ayrı-ayrı məsələlərə toxunurdumsa, bu dəfə istəyirəm ki, müxalifətin özündən, yəni bu "bəylərin" özü ilə danışım. Amma açıq və təmiz söhbətlə. Fikirləşəcəsiniz ki, bu, nə söhbətdir? Hə, neyləmək olar? Məsələnin mahiyyətini anlamayanı dürüst başa salmaq xeyirxahlıqdır. Bu adamlar, əvvəlki seçkilərdə olduğu kimi, növbəti parlament seçkilərinə də, sən demə "etiraz edirlər". İndi elə bu yerdə adamı bir gic gülmək tutur ki, gəl görəsən. Pah atonnan, adamda sifətə bax da! Adama deyərlər ki, radikal müxalifət, pis çıxmasın, "altını isladır", bunlar da durub "boykotdan" dəm vururlar. "Qospadin" İsa, Etibar, Rəsul və Əli "bəylər", gedin gündən-günə "maviləşən" düşərgənizə bir baxın, sonra da başınızdan yuxarı hoppanın da. Yoxsa düz demirəm? Əlbəttə, düz deyirəm. Sizin hamınız siyasi ÖLÜLƏRSİNİZ? Lap yüz dənə Şeyx Nəsrullah gətirsələr də, nə qədər ki, yarıtmaz isalarınız, əliləriniz, etibarlarınız, rəsullarınız... var, siz heç vaxt "dirilməyəcəksiniz". Nə deyirsiniz? Daha nə də deyə bilərsiniz? Yüz faiz düzəlməyəcəksiniz. Sizin, adını çəkmək istəmədiyim Allahın heyvanı qədər də olsa, beş-üç nəfərin yanında hörmətiniz yoxdur və bu da düzdür? Ancaq bunu da sizin həmfikirləriniz söyləyib ki, "ağılsız liderlərin ağılı o heyvanın ağılından aşağı səviyyədədir". Gördünüz, indi nə deyə bilərsiniz? Heç deməyə də sözünüz yoxdur. Çünki siz həmin adamlarsınız ki, hakimiyyət və qrant üçün günü bu gün, nəinki bir-birinizin, hətta bələkdəki uşaqlarınızın da başını kəsməyə hazırsınız. Sizin referendumla bağlı iddialarınız o dərəcədə gülüncdür ki, hətta Avropadakı "tərəfdaşlarınız" da sizə anormal baxırlar. Siz artıq bütün xarici kanallar üçün "oynanılıb qurtarmış" siyasi kuklalarsınız. Əgər savadınız olsaydı, heç olmasa Tolstoyun dediyi sözü xatırlayıb, hərəkət edərdiniz. Ancaq neyləmək olar, yenə də yadınıza salıram. Tolstoy deyirdi ki, "mənasız ömür, vaxtsız ölümə bərabərdir". Allah o kişiyə rəhmət eləsin, elə bil, bunu sizin üçün deyib. Sizlər də bunu bilə-bilə, görünür, "prosto" baş aparırsınız. İndi də parlament seçkilərinə qarşı çıxanlar haqqında bir-iki kəlmə. İsa bəy, gəl kişi kimi danışaq. Yəqin ki, 2003-cü ildəki prezident seçkilərini yaxşı xatırlayırsınız. Elə mən də. Siz o vaxt bizimlə qonşu binada idiniz (indi olmayasınız). Həmin vaxt, daha dəqiqi desək, oktyabrın 15-də axşam saat 7-8 radələrində qərargahınızın qabağında yığışan jurnalistlər "telexranitel"ləriniz tərəfindən hücuma məruz qalırdılar. Hətta siz qapqara gülləkeçirməz maşınınız ilə (deyirdilər ki, bu maşını sizin "baş nazir" elan etdiyiniz Rəsul Quliyevin pulu ilə alıblar. Sonra da yazıq R.Quliyev çığır-bağır saldı ki, bəs Müsavat funksionerləri pullarımı yedilər, üstündən də su içdilər. Bəlkə yalan deyirəm? And içmirəm, ancaq o qızıl başına and içirəm, hər şeyi olduğu kimi deyirəm.) qərargaha gələndə, boynuyoğun keçəlləriniz, biz jurnalistlər bir yana, müsavatçıları təpik altına salıb yoldan kənarlaşdırırdılar. Sonra da seçkilərin nəticələri bilinəndən sonra, bilə-bilə ki, uduzmusunuz, başladınız iyrənc niyyətlərinizi həyata keçirməyə. Siz İsa Qəmbərov hər yerdə deyirsiniz ki, iqtidar sizə imkan vermir "qalib" olasınız. Deyəndə ki, sizin ağlınız o " heyvanın" ağlı qədər də deyil, inciyirsiniz. Sizi kim qalib edə bilərdi? Xalq. Əgər siz həmin vaxt sadəlövh insanları polislə qarşıdurmaya sürükləyərək onlara qarşı amansızlıq etdinizsə, o zaman hansı "qələbədən" danışırsınız. Özünüz isə, inciməyin, heç bir azərbaycanlı kişisinin özünə sığışdırmayacağı şəkildə Müsavatın dal qapısından dabanınıza tüpürüb evə qaçdınız (bəlkə də qaçırıldınız). Lap dəqiqini desəm, oktyabrın 15-də gecə saat 11-də Azərbaycan televiziyalarının əməkdaşlarını Müsavatın qərargahına buraxmayıb xarici TV-lərə müsahibə verirdiniz. Həmin brifinqdən cəmi on-on beş dəqiqə sonra "sehrli xalatla" yoxa çıxdınız. Sabahısı gün yazıq müsavatçıları küçələrə töküb özünüz evdə "kef" edirdiniz. Bu da yalandı? Ətövbə! Bu gün isə, utanmadan ya seçkiyə qatılırsınız, ya da seçkini boykot edirsiniz. Siz İsa Qəmbərov indi hansı müsavatçını yenidən "oyuna" çağıracaqsınız? Əlinizdə tutduğunuz o qara müşdüyünüzü dəyişsəniz də, xasiyyətinizi dəyişə bilməmisiniz. Çünki sizin bütün "oyunlarınız" çoxdan bitib. Eləcə də, Etibar, Əli, Rəsul, Lalə, nə bilim... Yox olanın hay-küyü də mənasızdır. Ona görə də, çoxdan sizlər heç kimin marağında da deyilsiniz. Bir nəfər də olsun müxalifətçi sizinlə həmrəy deyil. Çünki artıq onlar sizi qəbul etmirlər. Olmayan düşərgə nəyə etiraz edə bilər ki? Gördünüz ki, sizlərlə təmiz söhbət etdim. Sizin və müxalifətin əsl durumunu dedim. Sizin kimi nə yalan, nə də böhtan dedim. İndi nə qədər gec deyil, yığışın, oturun, yerinizdə. Çünki təkcə bu milləti yox, həm də düşərgə funksionerlərinin əsəblərini boğaza elə yığmısınız ki... İndi başınızın çarəsini qılın.

Digər xəbərlər