PDF Oxu

Müxalifət

  • 13

Əli Kərimov bir daha oğurluqda ittiham edildi

Əli Kərimov bir daha oğurluqda ittiham edildi
Qarşıdan gələn parlament seçkilərində iştirak etməyə qərar verən partiyalar arasında son günlər konfrantasiyanın genişlənməsi AXCP (i) sədri Əli Kərimovun gerçək iç üzünü bir daha ortaya qoyub. Müxalifət liderlərinin rəhbərlik etdikləri qurumlarda diktatura rejimi yaratdıqları, müxtəlif xarici dairələrdən partiyalarına, nəzarətlərində olan mətbu orqanlarına ötürülən qrantlar və digər vəsaitləri mənimsədikləri barədə mətbuatda çoxsaylı faktlar göstərilib. Xüsusilə, AXCP (i)-yə xarici havadarlarının ayırdığı qrantlar təyinatı üzrə istifadə olunmur. Araşdırmalar zamanı həmin siyasi qurumlardan ötürülən vəsaitlərin təyinatı üzrə istifadə olunmadığını və mənimsədildiyini müəyyən etmiş bəzi xarici fondlar və dairələr artıq AXCP (i) və Müsavat kimi partiyalara yardım göstərməkdən imtina ediblər. Cəmiyyətdə antimilli mövqeyi ilə tanınan, şübhəli xarici təşkilatların qrantları hesabına maliyyələşən "Azadlıq" qəzetinin nihilist və inkarçı mövqeyi də məhz bundan qaynaqlanır. Bəzi beynəlxalq təşkilatların Azərbaycanda siyasi prosesləri öz ssenariləri əsasında yürütməkdə maraqlı tərəfə çevrilməsi AXCP (i)-nin destruktiv fəaliyyəti ilə üst-üstə düşür. Radikal müxalifət daxilində - populizm, radikallıq, dağıdıcılıq, qaragüruhçuluq, destruktivlik, qisasçılıq kimi neqativ tendensiyalar Azərbaycan siyasəti üçün aktuallığını tamamilə itirsə də, cəmiyyət hələ radikalların özlərinin səmimi etiraflarını gözləyir. Bununla yanaşı, Ə.Kərimov himayəsində və təsiri altında saxladığı  "Azadlıq" qəzetini özünün şəxsi maraqlarının təminatçısına çevirərək, ötürülən qrantları mənimsəyir. Rusiyada yaşayan azərbaycanlı iş adamı Sakit Allehverdiyevin mətbuata açıqlaması bir daha deyilənlərin doğru olduğunu sübut edir.
AXCP (i) sədrinin Azərbaycanda iftira kampaniyasının ruporu kimi tanınan "Azadlıq" qəzetini özünün gəlir mənbəyinə çevirməsi onun şəxsi maraqlarının mahiyyəti ilə şərtlənir. Müxalifəti gözdən salan təkcə elektoratın azlığı, sosial baza qıtlığı ilə yanaşı, müxalifət başçılarının qrant müqabilində konyuktur taktikalarıdır. Ölkənin siyasi palitrasında qaragüruh konsepsiya əsasında mübarizənin konturları açıq-aşkar sezilməkdədir. Cəmiyyətin sosial və siyasi müstəvisini yalnız qara fonda görən radikal müxalifət öz fəaliyyətlərini maddi maraqlar üzərində kökləyiblər. İş adamı S.Allehverdiyev bildirir ki, AXCP (i) sədri Əli Kərimov və onun müavinləri ilə mütəmadi təmaslarım sayəsində bəlli olub ki, AXCP (i)-də tam diktaturadır, burada demokratiyadan danışmağın yeri yoxdur: "2005-ci ildə "Azadlıq" qəzetinə yardım məqsədi ilə Əli Kərimova pul verdim. Sonra bildim ki, qəzetə bir qəpik də verilməyib. Mənə deyirdilər ki, qəzetin vəziyyəti ağırdı, əməkdaşlara maaş verə bilmir, mətbəəyə borcu var və s. Mən də ona görə qəzetə maliyyə yardımı etdim ki, qəzet borclarını ödəsin, işçilərinə yaxşı maaş versin. Mənə məlumat verildi ki, bu pullar son qəpiyinəcən mənimsənilib".
"Azadlıq" qəzetinin  Ə.Kərimov üçün alver mənbəyi olduğunu etiraf edən S.Allehverdiyev qəzetin 2000-2005-ci illərdə "Azərbaycan" nəşriyyatına külli miqdarda borclu olduğuna da toxunub: " Axı mən Əli Kərimova pulu ona görə vermişdim ki, borcu ödəsin, şəxsi problemlərini həll etmək üçün verməmişdim. Qəzetin əməkdaşları da etiraf edər ki, 2005-ci ildə onlara heç bir yardım olmayıb".
"Belə bir şəxsin müxalifət partiyasının sədri olmağa nə siyasi, nə də mənəvi haqqı var. Bu da bir növ büdcə oğruluğudur. Partiyanın, qəzetin büdcəsini oğurlayan partiya sədri də büdcə oğrusudur", -deyə bildirən iş adamı Ə.Kərimovun pulları mənimsəməsi faktını bütün çılpaqlığı ilə ortaya qoyub. İstər AXCP (i), istərsə də, Müsavat fəaliyyət göstərdikləri bütün dövrlərdə ortalığa etimadsızlıq, ambisioz fəaliyyət, korporativ maraqlar qoyduğuna görə, ictimai fikirin diqqətini çəkmir. Azərbaycanın ictimai-siyasi həyatında əsaslı dönüş yaradacağını vəd versələr də, sonda heç bir nəticəsi olmayıb. Hazırkı durum da göstərir ki, bu partiyaların maliyyə asılılığı düşərgədə daxili narazılıqlarının yaranması üçün daha bir əsas yaradır. Çünki bir-birinə güzəştə getməyən qüvvələrin özlərinə müxalifətdə tutduqları ömürlük vəzifələri məhz qrant maraqlarına hesablanıb. Yaranmış siyasi reallığa uyğunlaşmayan, hakim elitanın siyasi və mənəvi məsuliyyətinin yükünün əhəmiyyətini dərk edə bilməyən radikal müxalifət düşərgəsində təmsil olunan partiya sədrləri öz fəaliyyətlərinin xaricdən verilən sifarişlər əsasında hökumətin ünvanına ancaq uydurma ittihamlar əsasında qururlar. Siyasi və seçki məğlubiyyətlərinin davamlı olaraq təkrarlanmasına baxmayaraq, radikal müxalifət partiyaları siyasi səhnəni niyə vaxtında və üzüsulu tərk etmirlər? Azərbaycan reallığında, hələlik, belə bir təcrübəyə rast gəlinməyib. Əslində, bu təcrübənin böyük əhəmiyyəti var. Azərbaycanda radikal müxalifət partiyalarının sədrləri hesab edirlər ki, onların gedişi ilə siyasətdə vakuum yaranacaq. Amma onlar böyük səhvə yol verirlər.

Digər xəbərlər