PDF Oxu

Müxalifət

  • 381

Yarımçıq müxalifətin məğlub strategiyası

Yarımçıq müxalifətin məğlub strategiyası
Hələ ötən seçkilərdən sonra ölkənin ənənəvi müxalifət partiyalarının və onların əməkdar sədrlərinin ictimai reytinqinin az qala sıfır səviyyəsində olduğu ortaya çıxmışdı. Öncəki seçkilərdə də müxalifət böyük uğursuzluğa düçar olmuşdu və cüzi səs faizi toplayaraq özlərinin ölkədəki reytinqlərinin nə dərəcədə aşağı olduğunu özləri də istəmədən cəmiyyətə çatdırmışdılar. 1993-cü ildə artıq iflasa uğramış radikal strategiya özünün labüd məhvə düçar olduğunu həmin vaxtdan bəri keçirilən bütün seçkilərdə göstərmişdi. Ölkə müxalifəti bütün seçkiləri biabırçı uğursuzluqla başa vuraraq, qarşıdakı parlament seçkilərində növbəti çirkin əməllərə əl atmaqdan belə çəkinmir. Bu proseslərdə (müxalifətdaxili parçalanmalar və xəyanətkarlıq) ən aktiv rol oynayan radikallardan olan AXCP (i) sədri Əli Kərimov düşərgə funksionerləri tərəfindən özünün liderlik ambisiyalarını hər şeydən üstün tutan aşağı reytinqli sədr kimi qəbul edilir. Partiya funksionerləri Sahib Əhmədov, İslam Sarıyev və Füzuli Nağıyev "Səs" qəzetində olarkən söhbət əsnasında "Ə.Kərimov mənəviyyatsızlıq simvolunun nümunəsidir" fikrini söylədilər. Neçə illər nüfuzsuz partiya sədri ilə birlikdə fəaliyyət göstərdikləri üçün özlərinə nifrət etdiklərini bildirdilər: "Elə bu şərəfsizliyi neçə illərdir ki, daşıyan Ə.Kərimovun yenidən hansı üzü var ki, parlament seçkilərinə qoşulur? Hər seçki zamanı özünü daha da rüsvay etməyə, seçkidən sonra siyasətdən danışmağa onun haqqı çatır ki? Axı seçkiyədək "bizim böyük elektoratımız var", "sosial bazamız böyükdür", "tərəfdarlarımız çoxdur" kimi sərsəmləmələrdə bulunan liderlərdən seçkidən sonra soruşacaqlar ki, bəs hanı sizin dedikləriniz? Bunu həm də beynəlxalq təşkilatlar və qrant verən qurumlar da soracaqlar. O zaman təkcə siyasi ölüm deyil, həm də mənəvi ölüm anı olacaq, Ə.Kərimov və İ.Qəmbərov kimilər siyasi səhnədən birdəfəlik və rüsvayçı şəkildə silinib, ən yeni siyasi tariximizin qara səhifələrində yaşayacaqlar. Bunları istər Ə.Kərimov, istərsə də İ.Qəmbərov yaxşı bilirlər. Elə o səbəbdən də, yeganə çıxış yolu kimi boykotu və yaxud da mitinq, küçə yürüşlərində görürlər. Məsələnin məntiqi izahı və səbəbləri məhz bundadır". Beləliklə də, göründüyü kimi, qarşıdakı parlament seçkisində məğlubiyyətə uğrayacağına yüz faiz əmin olan radikallar müxtəlif bəhanələr və böhtanlarla ölkədə siyasi qarışıqlıq yaratmağa çalışırlar. Məhz bu səbəbdən də, müxalif düşərgədə mübarizə müxalifət-iqtidar müstəvisindən, müxalifət-müxalifət müstəvisinə keçib. Ona görə də, radikaların çıxış yolu onların siyasi səhnədən birdəfəlik silinməsindədir.

Digər xəbərlər