PDF Oxu

Müxalifət

  • 9

Eynulla Fətullayev artıq dinindən-imanından da imtina edir

Eynulla Fətullayev artıq dinindən-imanından da imtina edir
Kimin kim olduğu onun milli, dini mənsubiyyətindən asılı olan cəhətindən qaynaqlanır. Şəxsiyyətlər və fiqurlar anlayışı elə bu prizmadan insanların şüurunda yer tutur. Çünki insanı əhatə edən hər şeyin dəyişməsi mümkün olduğu halda, onun daxili hisslərinin çevrilişə məruz qalması nadir hallarda baş verir. Bu mənada, reallıq və zaman gerçək prinsiplərin ortaya çıxmasında ən başlıca meyardır. Prinsiplər və maraqlar naminə güdaza verilən kimliklər isə bəşəriyyətin tarixində az rast gəlinən hal deyildir. Bəşər cəmiyyəti mövcud olduğu anlardan böyük şüura, düşüncəyə malik olan insanı həmişə yüksək ideyalar maraqlandırır. Bir nəticənin hasil olmasına nail olan insan digər ideyalarının da, gerçəkləşməsində israrlı olur. Sadəcə olaraq, kamil insan düzgün və dəqiq müstəvidə bir xətt üzrə addımlamağı bacarır. Bacarmayanlar isə gerçəkliyin içində itib məhvə düçar olurlar. Özü-özündən "qəhrəman" düzəltmək iddiasında olanlara isə ən yetərli cavabı zaman verir. Bu faktor bu gün də belədir. Çünki reallıqdan kənara çıxmağın özü inkaredilməz bir prinsipdir. Çünki gerçək zamanda yaşadığımız üçün insan acizliyi, şəxsiyyətin uçuruma yuvarlanması kimi cəhətlər də adi bir hal alıb. Eynullaların əməlindən nəsə düzəltmək istəyən cərəyanlar isə ibtidai təfəkkürün məhsulu olan gerçəklikdən kənara çıxa bilmirlər. Xristian kilsəsində şam yandırıb, bütə sitayiş etmək anlamı yalnız Eynulla Fətullayev kimi "müsəlman"ların simasında görünə bilərdi. Göründü də... bütün çılpaqlığı, lütlüyü ilə... Cəmiyyətin gözünə kül üfürməklə astronomik bilgilərə sahib olan şəxs görüntüsü yaratmaq ideyası baş tutan deyil, "axber". Əgər sən Şuşanı işğal edən erməni ordusunun önündə gələn Zori Balayanın sonradan kilsədə şam yandırıb göz yaşı tökməsinə üzülürsənsə, bu zamanın problemi deyil. Demək, problem şəxsiyyətin içində yatan və bir günə üzə çıxacağını gözləyən reallıq imiş. Bunu da, insanlar E.Fətullayevin şəxsiyyətinin simasında görmüş oldular. Maraqlar və gerçəkliklər çərçivəsində qula çevrilmiş E.Fətullayev bu gün mənsub olduğu bütün kriteriyalardan imtina etməklə əsrin faciəsinə imza atmış oldu. İki sözünün birində İsa Peyğəmbəri, İncili, Rus ədəbiyyatının şovinist ideyalarını dilə gətirən E.Fətullayev üçün, görəsən, daha itirilməmiş bir şey qaldımı? Bu gün real cəmiyyət, doğrudan da, gözü ilə görə bilməyəcəyi mənzərədən hali olur. Şəxsiyyətin deqredasiyası nəticəsində faciə gözümüzün önündə canlanır. Dinindən-imanından imtina etməklə E.Fətullayev kimlik dərəcəsinin kriteriyalarını açıq aydın nümayiş etdirdi. Onun bundan sonra daha nə kompozisiyalar göstərəcəyi isə, həmişə olduğu kimi, zamanın işidir.

Digər xəbərlər